Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması fonunda onun vəzifədə olduğu illər ərzində ölkədə bir çox sahələrdə törətdiyi əngəllər gündəmə gətirilib. Mehdiyevin hökmranlıq dövründə mədəniyyət sahəsini də əsarətində saxlaması haqda bir neçə Xalq artisti artıq mətbuatda çıxışlar edib.
Pravda.az bununla bağlı Xalq artisti Afaq Bəşirqızının da fikirlərini öyrənməyə çalışıb.
A.Bəşirqızı suallarımıza bunları deməklə kifayətlənib: “Mən belə şeylərə cavab vermək istəmirəm. Heç o kişini tanımıram. Ancaq adını bilirdim, ona şəxsi salamım da yox idi. Tanımıram, bilmirəm, nəsə deyə bilmərəm..."















