Guya ATƏT var idi ki? .....                     “Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” .....                     Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. .....                     Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” .....                     Əhali dərmana niyə 1 milyard manat xərcləyib? .....                     "Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" .....                     TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı .....                     Rusiyanı NATO-suz da uda bilərik .....                     “Premium Bank”da yeni təyinat .....                     RabitəBank İFLAS HƏDDİNDƏ... .....                     “Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb .....                     «Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB .....                     Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü .....                     ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, .....                     Aparıcı "Kontakt Home"u rüsvay etdi .....                     Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? .....                     Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... .....                     Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? .....                     Əliyevlə mühüm razılaşma: .....                     Putin Tokayevlə telefon danışığı aparıb .....                     Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” .....                     Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb .....                     Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək .....                     Putindən ermənilərə mesaj .....                     Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq .....                     “Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Dövlət qurumu 40 milyon manata nələr alıb? .....                     İrəvanın yeni cığallığı: .....                     Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? .....                     "Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" .....                     Yağış yağacağı ehtimalı var .....                     Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? .....                     “Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..." .....                     "Mən ola-ola həyat yoldaşıma qız tapmışdı" .....                     Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI .....                     Bəs, USAİD-dan qrant alan dövlət orqanları? .....                     Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq .....                     Bu, Suriyaya müharibə elanıdır .....                     Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı .....                     "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir! .....                 

Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” – Onlar niyə vuruşur?
Tarix: Bu gün, 13:02 | Çap et

Əfqanıstan və Pakistan arasındakı münaqişə, konkret desək, sərhəd atışmaları dünənin, bu günün məsələsi deyil. Ötən ilin martında da sərhəd boyunca silahlı toqquşmalar olub.

“Taliban” 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan və Pakistan arasında sərhəd münaqişələri dəfələrlə alovlanıb. Pakistan hökuməti “Taliban”ı İslamabadı təhdid edən “Təhrik-e-Taliban” hərəkatına sığınacaq verməkdə ittiham edir.

Dünyanın qəribə işlərindən biri də budur. 1979-1989-cu illər arasında Əfqanıstana soxulmuş sovet-rus hərbi kontingentinə qarşı əfqan müqavimətinin əsas bazası məhz Pakistanda yerləşirdi. ABŞ və onun müttəfiqlərinin, eləcə də teokratik ərəb ölkələrinin əfqan mücahidləri üçün göndərdikləri ərzaq, silah, pul yardımları Pakistanda toplanır, ondan sonra döyüşən əfqanlara çatdırılırdı.

Başqa sözlə, həmin illərdə Pakistanın əməli və hərtərəfli yardımı olmasa, bəlkə də Əfqanıstan müstəqil dövlət olmaz, ya da müasir Tacikistan kimi Moskvadan tam asılı vassala çevrilərdi. Əslində artıq belə olmuşdu. Amma Pakistan bu ölkəni dartıb “rus ayısı”nın caynağından alan əsas dövlət oldu.

2024-cü il martında isə əfqanlar Pakistana qarşı vuruşan qüvvələrə ciddi dəstək verməyə başlayblar. “Taliban”ın pakistanlılardan ibarət qolu partlayıcılarla dolu yük maşın ilə sərhəd məntəqəsində Pakistan əsgərlərinə hücum ediblər. Yük maşınının partlaması və hücum nəticəsində Pakistanın 7 əsgər həlak olub. Hücuma görə məsuliyyəti “Ceyş-e-Fursan-e-Məhəmməd” kimi tanınan silahlı qrup öz üzərinə götürüb. Pakistan hökuməti onun üzvlərinin “Tehrik-e-Taliban Pakistan”ın bir hissəsi olduğunu iddia edib. Ancaq “Taliban” hökuməti cinayəti törədənlərin Əfqanstan ərazisindən hərəkət etdiklərini inkar edərək durumu gərginləşdirib.

Bundan bir neçə gün sonra Pakistanın hərbi hava qüvvələri Əfqanıstanın şərqindəki Xost və Paktika əyalətlərinə iki hava hücumu həyata keçirib. Əfqanıstan hökuməti hava hücumlarında beş qadın və üç uşağın öldüyünü iddia edib. Hava hücumlarına cavab olaraq Əfqanıstan Müdafiə Nazirliyi sərhəddə Pakistanın çoxsaylı mövqelərini hədəf alıb, Kürramda 4 mülki şəxs və 3 əsgər yaralanıb, pakistanlı kapitan həlak olub.

Sonra sərhəd döyüşləri Bəlucistan vilayətində davam edib, martın 22-də bir kamikadze maşınını Pakistanın hərbi karvanına çırpıb. Hücum nəticəsində iki pakistanlı əsgər həlak olub, daha 15 nəfər yaralanıb.

Mart ayı boyunca davam edən və səngiyən döyüşlər bir də ilin axırında, dekabrda bərpa olunub. Bu dəfə “Təhrik-e Taliban” qüvvələrinin Cənubi Vəziristandakı posta hücumu nəticəsində ən azı 16 Pakistan əsgəri həlak olub. 4 gün sonra Pakistan hərbi hava qüvvələri Paktika əyalətinin 4 kəndinə hava hücumu həyata keçirib və 20-25 terrorçunu öldürüldüyünü iddia edib.

Hava hücumları nəticəsində terrorçuların düşərgələri və komandirlərin sığınacaqları dağıdılıb. “Təhrik-e Taliban”ın komandiri “Şir Zaman” ləqəbli Muxlis Yarın düşərgəsi, Əbu Həmzənin səfərbərlik qərargahı və “Axtar Məhəmməd” ləqəbli Xəlilin kamikadze uşaqlar hazırlayan təlim düşərgəsi məhv edilib.

Bu ilin oktyabr ayında alovlanan münaqişəyə isə artıq “Taliban” döyüşçüləri də qatılıb. Kabildə baş verən partlayışlara görə isə “Taliban” İslamabadı günahlandırıb.

Tərəflər bir-birini ittiham edərkən əks-hücum və “cavab zərbələri” də gecikmir. İslamabadın əsas tələbi odur ki, özlərini “Taliban”ın qolu sayan “Pakistan talibləri”nin Əfqanıstan ərazisindəki fəaliyyətinə son qoyulsun və onlar Pakistana təhvil verilsinlər. Çünki “Taliban” 2021-ci ildə hakimiyyətə gələndən bəri “Pakistan talibləri” Pakistanın yüzlərlə əsgərini öldürüblər. Bu, gösərir ki, onlar güclərini “Taliban”dan alırlar və bu təşkilatın himayəsindədirlər. Onlar Pakistanda ərazi nəzarəti əldə etmək istəyirlər, ancaq buna terror aktlarıyla nail olacaqlarını düşünürlər. “Pakistan talibləri”nin taktikaları Əfqanıstan “Taliban”ının xarici müdaxiləyə və marionet hökumətə qarşı apardığı müharibə zamanı istifadə etdiyi taktikanın eynisidir.

Belə görünür ki, Əfqanıstanda hakimiyyəti götürən, özlərinə inamı birə yüz artan “Taliban”ın adı qulağına dəyib, eyforiyaya qapılıb və öz “inqilab”ını regionda yaymaq, region ölkələrini qorxu altında saxlamaq istəyir.

Pakistan isə həm böyük, nüvə dövlətidir, həm də bu ölkədə pis-yaxşı demokratik sistem var, qanunlarla idarə olunur. Ona görə də onun quldarlıq quruluşunu bərpa etmək, 21-ci əsrdə satraplıq yaratmaq istəyən terrorçu dövlətə boyun əyməyəcəyi şübhəsizdir.

Hərbi qüdrətlərinə gəldikdə isə Pakistanla Əfqanıstanın gücü müqayisəolunmaz şəkildədir. Müasir qırıcılarla pulemyot quraşdırılmış pikapları müqayisə edin.

Hazırda Pakistan “Taliban”a ağır artilleriya, tanklar, pilotsuz uçuş aparatları və döyüş təyyarələri ilə cavab verir.

Bir sözlə, vaxtilə əfqan mücahidlərini himayə və silah-sursatla təmin edən, əfqan xalqının öz dövlətçiliyini qorumasına böyük kömək göstərən Pakistan dövləti, heç demə, uzaq perspektivdə özünə bəla böyüdürmüş.

Ona görə də hansısa dövlətin daxilində bölücülüyə can atan, bu zaman ən iyrənc üsullardan, terror aktlarından istifadə edən qüvvələr heç bir dövlət tərəfindən dəstəklənməməlidir. Çünki həmin qüvvələr öz məqsədlərinə çatan kimi birinici “çörək verəninə kəm baxan yetim” kimi hərəkət edir, onun üzünə ağ olurlar. Dünyada bunun onlarla presedenti var.

Burası da var ki, Pakistan-Əfqanıstan müharibəsi ABŞ prezidenti Trampdan başqa heç kimə sərf etmir. Trampa da ona görə sərf edir ki, o, tərəflərə müraciət edəcək, onsuz da böyük müharibəyə həvəsli olmayan tərəflər atəşkəs razılaşmasına gedəcəklər, nəticədə Tramp deyəcək ki, “daha bir müharibəni dayandırdım”.

Araz Altaylı, Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Guya ATƏT var idi ki? - REAKSİYA
Bu gün, 16:18
“Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” - AÇIQLAMA
Bu gün, 16:17
Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. - Dövlət Gömrük Komitəsində kürsü savaşı
Bu gün, 16:11
Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” - İLGİNC
Bu gün, 16:06
Əhali dərmana niyə 1 milyard manat xərcləyib? - AKTUAL
Bu gün, 15:56
"Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" - deputat
Bu gün, 15:54
TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - TƏFƏRRÜAT
Bu gün, 15:46
Rusiyanı NATO-suz da uda bilərik - Poroşenko
Bu gün, 15:43
“Premium Bank”da yeni təyinat - bu vəzifəyə...
Bu gün, 15:41
RabitəBank İFLAS HƏDDİNDƏ... - Mənfəət yox... ZİYAN ARTIR...
Bu gün, 15:38
“Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb
Bu gün, 15:35
«Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB - BUNDAN SONRA...
Bu gün, 15:33
Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü - VİDEO
Bu gün, 15:29
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, yeni tarix üzərində iş aparılır
Bu gün, 15:26
Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı
Bu gün, 15:23
Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? – Rusiya onu qabağa versə...
Bu gün, 15:16
Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... - ONA GÖRƏ DƏ...
Bu gün, 15:11
Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? - GÜNÜN SUALI...
Bu gün, 15:07
Əliyevlə mühüm razılaşma: - Paşinyan Ermənistanda bu məsələyə nöqtə qoydu
Bu gün, 15:05
Putin Tokayevlə telefon danışığı aparıb
Bu gün, 13:08
Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” – Onlar niyə vuruşur?
Bu gün, 13:02
Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb - Ermənistan xarici işlər naziri
Bu gün, 12:52
Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək
Bu gün, 12:51
Putindən ermənilərə mesaj - Paşinyanın “sirri” ifşa edildi
Bu gün, 12:44
Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq - ATƏT sədri
Bu gün, 12:40
“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:35
Dövlət qurumu 40 milyon manata nələr alıb? - SİYAHI
Bu gün, 12:34
İrəvanın yeni cığallığı: - 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 12:26
Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:23
"Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" - deputat
Bu gün, 12:16
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14
Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:59
“Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..."
Bu gün, 11:53
"Mən ola-ola həyat yoldaşıma qız tapmışdı"
Bu gün, 11:48
Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI - MƏQALƏ
Bu gün, 11:45
Bəs, USAİD-dan qrant alan dövlət orqanları? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
Bu gün, 11:38
Bu, Suriyaya müharibə elanıdır - Şaraa
Bu gün, 11:35
Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı – Bakıya qəribə mesaj
Bu gün, 11:31
"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
Bu gün, 11:25
Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb... - NARAZILIQ VAR...
Bu gün, 11:08
Bakının hər yerini tırtıllar basıb - SOS
Bu gün, 11:01
Qızılın 1 qramı 274 manat olacaq – Proqnoz
Bu gün, 10:58
Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI - İLK DƏFƏ
Bu gün, 10:56
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır - BƏYANAT
Bu gün, 10:52
“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” - GİLEY
Bu gün, 10:49
İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq? – Misir Mərdanov deyir ki...
Bu gün, 10:28
Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:24
Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər – Akobyan
Bu gün, 10:14
Ermənistanda türk adı qarğışa bərabərdir - Məşəlyan
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru