“Ukrayna NATO-nun iştirakı olmadan da Rusiyanı məğlub edə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Petro Poroşenko deyib.
“Biz sizin əsgərlərinizi tələb etmirik, bizə birlik və həmrəylik lazımdır”, - o bildirib.
Poroşenkonun sözlərinə görə, Ukrayna NATO-ya üzv olmadan Avropada dayanıqlığı təmin edə bilməz, ona görə də alyans Kiyev üçün qapılarını açıq saxlamalıdır. O vurğulayıb ki, NATO-nun rolu Avropanın təhlükəsizlik sistemində həlledici əhəmiyyət kəsb edir.