Amerikanın pizza şəbəkəsi "Domino's Pizza"nın bu ilin üçüncü rübündə gəliri 6,2% artıb, lakin xalis mənfəəti 5,2% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata əsasən, bu dövrdə şirkətin gəliri 1,01 milyard dollardan 1,15 milyard dollara yüksəlib. Hesabat rübündə xalis mənfəət isə 146,9 milyon dollardan 139,3 milyon dollara enib.
Eyni zamanda, əməliyyat mənfəəti 12,2% artaraq 223,2 milyon dollara çatıb.
Maliyyə ilinin ilk doqquz ayı ərzində şirkət 596,754 səhmini 274,7 milyon dollara geri alıb.
Qeyd edilib ki, "Domino's Pizza"nın səhmləri bu il ərzində 2,7% azalıb.