Qazaxıstanın Semipalatinsk şəhərində “qanuni oğru” Aytkali Maymuşevin məzarı üzərinə abidə qoyulub.
Lent.az xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Maymuşev 2024-cü ildə Kareliya Respublikasında ciddi rejimli həbsxanada ölü halda tapılıb.
Rəsmi versiya intihardır, lakin hüquq müdafiə təşkilatlarının nümayəndələri və onun yaxın adamları buna inanmırlar.
Qeyd edək ki, "Lexa Semipalatinski" kimi tanınan Aytkali Maymuşev mərhum azərbaycanlı "qanuni oğru" Lotu Qulinin ən yaxın dostlarından biri olub. Digər qazaxıstanlı avtoritet "Arman Diki" ləqəbli Arman Cumagəldiyevi də Lotu Quli ilə tanış edən o olub.