Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrində genişmiqyaslı təmir, abadlıq və kommunal-kommunikasiya işləri üçün satınalma prosesini tamamlayıb.
FED.azxəbər verir ki, tenderin qalibi “Fərid” Firması olub. Şirkət ümumilikdə 9 667 089 manat məbləğində layihəni icra edəcək. Satınalma respublikanın müxtəlif bölgələrində yerləşən məktəbəqədər təhsil müəssisələrini əhatə edir və əsasən təmir-tikinti, abadlıq işləri və mühüm kommunal infrastrukturun yenilənməsini nəzərdə tutur.
Qeyd edək ki, “Fərid” firması 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qubad İbrahimov Kərəm oğludur. Hüquqi ünvanı AZ1149, Bakı şəhəri Xətai rayonu, Əhmədli ŞTQ, Əhmədli dön.1-4, ev 9, m. 12 ünvanında yerləşir.