"Xalq artisti" adını sənə bibin, dayın, əmin, bibin və yaxşı sponsorun verdirə bilər. Amma "Xalqın artisti" olmaq xoşbəxtlikdir. Bunu sənə xalq verir və dövlət təsdiqləyir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "9 otaq" yutub layihəsində deyib. Aktrisa fəxri adlardan danışıb.
"Xalq artisti əyləndirmək çox oyatmalıdır. Əylənmək 1 və ya yarım saat olar. Hər hansı komediya tamaşasına baxanda olar. Hamı istəyir əylənmək. Hərdən adam problemlərdən o qədər boğaza yığılır ki, deyir, başımı nə iləsə qatım. Sosial şəbəkəyə baxırsan alınmır, bilmədiyini də öyrədirlər. Özün özünü əyləndirməyi, başını qatmağı bacarmalısan. Yoxsa yaşaya bilməzsən.
Vəzifə adamı olmağı istəməmişəm. Zəifə, imkansıza, öz aləmində olan aktyora, aktrisaya yardım əli uzadıram. Öz kreslomda oturub bunu etmək mənlik deyil. Orada daha da zəifləyərəm. Belə mübarizəm. Orada mənə çox sözü deməyə qoymayacaqlar. Azadlığı sevirəm. Müəyyən dairələr var, qaydalar var, onların dedikləri ilə oturub-durmalısan. Onlar deyən olmasa səni şampan butulkası kimi atarlar. Deyirlər, dövlət qurumudur, belə etməlisən. Bununla razılaşanlar var, mən yox".