"Mən hər gün atasızlığı hiss edirəm..." .....                     "Qayınanadan ayrı yaşamaq gözəldir" .....                     Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... .....                     Lavrov İrəvanda Paşinyana ultimatum verib: .....                     Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                 

Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Tarix: Dünən, 19:08 | Çap et

Cənubi Qafqazda “Rusiya böhranı” yaşanmağa başlayıb. Kremlin Ukraynada “savaş bataqlığı”na düşdüyü gündən üzü bəri Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmləri öz əhəmiyyətini itirməkdə davam edir. Hətta hazırda elə vəziyyət yaranıb ki, Rusiyanın bu regiondan tamamilə sıxışdırılıb, çıxarıla biləcəyi də qətiyyən istisna deyil. Və Kreml son vaxtlar bu prosesin Rusiya üçün neqativ nəticələrinin geriyədönməz xarakter ala biləcəyindən ciddi şəkildə narahatdır.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər Cənubi Qafqaza münasibətdə aqressiv bolşevik zehniyyətini qoruyan bəzi Rusiya siyasi dairələri Ukrayna savaşı sona çatdıqdan sonra Kremlə arxa çevirən region dövlətləri ilə haqq-hesab çəkiləcəyini bildirirdilər. Əslində, Rusiyanın belə radikal davranışlara yaxın siyasi-ideoloji prioritetlərə malik olduğu qətiyyən şübhə doğurmur. Halbuki, zaman keçdikcə, Rusiya Cənubi Qafqazda sahib olduğu ənənəvi təməl təsir faktorlarından məhrum qalmaq təhlükəsini daha sərt şəkildə hiss edir. Və bu baxımdan, Rusiya siyasi dairələrində olduqca ciddi “Qafqaz təlaşı”nın yaşanması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, Ukrayna savaşının dayandırılması prosesində Tramp-Putin sövdələşməsinin baş tutduğu ilk mərhələdə Rusiya Cənubi Qafqaza açıq təhdidkar mesajlar göndərməyə başlamışdı. Kremldə belə qənaətlər yaranmışdı ki, Rusiya artıq bu regionda itirilmiş mövqelərini daha sərt addımlarla bərpa etmək hüququ qazanmağa başlayıb. Halbuki, Kremlin bu qənaətin doğurduğu əminliyi praktikada reallığa çevirməyə imkan tapmamış Tramp-Putin sövdələşməsi pozuldu. Və ABŞ-ın vasitəçilik missiyasından rəsmən geri çəkilməsiylə, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanma ehtimalı ön plana keçmiş oldu.

Təbii ki, əgər, belə davam edərsə, Cənubi Qafqazın Rusiya üçün olduqca əlçatmaz regiona çevrilə biləcəyini artıq Kremldə də anlamağa başlayıblar. Çünki Gürcüstanın Qərb siyasi dairələri ilə ciddi problemləri olsa da, əslində, rəsmi Tiflis Rusiya ilə də geopolitik proseslərdə tərəfdaşlığa qətiyyən həvəsli deyil. Eyni zamanda, Rusiya ilə strateji müttəfiqlik barədə bəyannamə imzalamış Azərbaycan da Kremlin məmnun qalmayacağı səviyyədə müstəqil xarici siyasət yürüdür və tamamilə sərbəst davranır. Və son vaxtlar Rusiya ilə müəyyən ziddiyyətlərin fonunda, üstəlik, NATO üzvü Türkiyə ilə strateji müttəfiq olan Azərbaycan ümumiyyətlə, Kremlin təsir dairəsindən kənarda fəaliyyət göstərir.

Ona görə də, Kreml bundan sonra da Ukrayna savaşının sona çatmasını gözləyəcəyi təqdirdə, Cənubi Qafqazın “qapılar”ının Rusiyanın üzünə tamamilə qapana biləcəyindən ciddi şəkildə narahatdır. Belə ki, Rusiya siyasi dairələri Cənubi Qafqaz uğrunda həlledici savaşa başlamaq qərarı vermiş kimi görünürlər. Eyni zamanda, Kreml əsas hədəf kimi məhz Ermənistanı seçdiyini də demək olar ki, gizlətmir. Və Rusiyanın bu geostrateji seçiminin kifayət qədər ciddi səbəbləri də olmamış deyil.

Maraqlıdır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın ənənəvi for-postu praktikasına malikdir. Ancaq Paşinyan hakimiyyəti son illərdə Ermənistanı israrla Rusiyadan uzaqlaşdırıb, məhz Qərbə qaçırtmağa çalışır. Yəni, Ermənistan Rusiyaya qarşı “strateji xəyanət” edən yeganə region ölkəsidir. Bu baxımdan, Kremlin Ermənistana qarşı bütün istiqamətlər üzrə hüquqi təzyiq bəhanəsi tapması o qədər də çətin deyil. Və Rusiya siyasi dairələri Ermənistana qarşı təzyiq mexanizmlərinin hələ də güclü təsir potensialını qorumasından yararlanmaq niyyətini biruzə verir.

Məsələ ondadır ki, Rusiya və Ermənistan arasında hərbi müttəfiqlik barədə saziş hələ də hüquqi qüvvəsini qoruyur. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Rəsmi İrəvan son illərdə Qərbə inteqrasiya siyasətində israrlı olsa da, Ermənistanı KTMT-dan çıxartmağa imkan tapmayıb. Eyni zamanda, Ermənistan Rusiya patronajlığı altında olan digər qurumun – Avrasiya İstisadi İttifaqının güzəştli ticarət paketinə möhtacdır. Və bütün bunlara paralel olaraq, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya şirkətlərinin nəzarətindədir, rəsmi İrəvan iqtisadi-ticari asılılığı da mütləq nəzərə almaq məcburiyyətindədir.

Bütün bunlar onu göstərir ki, Kreml Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərinin bərpası üçün manevrlər etmək baxımından, daha geniş imkanlara malikdir. Eyni zamanda, Ermənistanın radikal-revanşist müxalifət düşərgəsinin tamamilə Rusiya xüsusi xidmət servislərinin nəzarətində olması da, Kremlin rəsmi İrəvana daha radikal təzyiqlər üçün əlavə provakativ resurslar yaradır. Və üstəlik, Paşinyan hakimiyyətinin Qərbdən umduğu hərbi təhlükəsizlik, eləcə də siyasi-iqtisadi dəstəyi ala bilməməsi də rəsmi İrəvanı Kreml qarşısında aciz duruma salır.

Ona görə də, son vaxtlar Paşinyan hakimiyyəti tədricən Rusiya-Ermənistan münasibətlərini mümkün qədər normallaşdırmağa can atır. Artıq Paşinyan hakimiyyətinin yüksək rütbəli təmsilçiləri Rusiyaya səfərlərdən əvvəlki kimi imtina etməyə cəsarət göstərə bilmirlər. Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın Rusiyaya son məcburi səfəri çərçivəsində Ermənistanla bağlı bəzi problemlərin Kremlin maraqlarına uyğun həlli mümkün olub. Və Kremldə erməni baş nazirə müəyyən təhdidlər üzərindən Rusiya ilə qarşıdurmanın Ermənistana hansı faciəvi nəticələr vəd etdiyini növbəti dəfə anlatmağa çalışıblar.

Böyük ehtimalla Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana tez-tələsik cavab səfərinin nəticələri erməni baş nazirin Kremldə verilən “dərsi” necə qavradığını ortaya çıxaracaq. Rus nazir bu səfər çərçivəsində ikibaşlı açıqlamalarla diqqəti çəkib. Belə ki, o, bir tərəfdən, Paşinyan hakimiyyətinin siyasi mövqelərinə dolayısı zərbələr endirib. Digər tərəfdənsə, rəsmi İrəvana Ermənistanın Rusiyanın orbitinə dinc yolla dönüşü üçün hələ də “açıq qapı” saxlanıldığına eyham vurub. Eyni zamanda, rus diplomat Kremlin rəsmi İrəvandan Ermənistanın “kupça”sını dərhal istədiyini də sezdirib. Və əks halda, Ermənistanın ümumiyyətlə, müstəqilliyinə yenidən baxıla biləcəyi ilə bağlı xəbərdarlığı dolayısı yolla ultimatuma çevirib.


Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən hər gün atasızlığı hiss edirəm..."
Bu gün, 00:17
"Qayınanadan ayrı yaşamaq gözəldir"
Bu gün, 00:13
Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... - AÇIQLAMA
Bu gün, 00:06
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Dünən, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Dünən, 18:24
Paşinyan Lavrovla görüşüb
Dünən, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Dünən, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Dünən, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Dünən, 18:02
"JEK" 31 ədəd qaloş alır
Dünən, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Dünən, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Dünən, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Dünən, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Dünən, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Dünən, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Dünən, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Dünən, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Dünən, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Dünən, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Dünən, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Dünən, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Dünən, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Dünən, 15:37
Həmin zabitə 11 il həbs verildi
Dünən, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Dünən, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Dünən, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Dünən, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Dünən, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Dünən, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Dünən, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Dünən, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Dünən, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Dünən, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Dünən, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Dünən, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Dünən, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Dünən, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Dünən, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Dünən, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Dünən, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Dünən, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Dünən, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Dünən, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Dünən, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Dünən, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru