Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                 

Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Tarix: Bu gün, 10:04 | Çap et

“Bakıda şəhərin səs-küyündən, izdihamından, beton sədlərdən xilas ola biləcəyimiz daha bir yer yox olmaq üzrədir. Söhbət bir vaxtlar dəniz kənarında təmiz, geniş və həqiqətən məşhur yer olan Bilgəhdəki çimərlikdən gedir”. Bu barədə rusdilli Minval.az saytı yazıb. Bildirilir ki, çimərliyin ya bağlanmaq, ya da pullu xidmətə çevrilmək riski var.

Bilgəh sakinlərinin dənizə hasarsız, ödənişli maneələr və tətbiq olunan xidmətlər olmadan çıxış əldə edə biləcəyi azsaylı kəndlərdən biridir. İnsanlar bura dəsmal və termosda çayla gəlirdilər. İndi çimərlik ərazisində bütöv bir boz infrastruktur fəaliyyət göstərir.

İnstagramda onlarla səhifədə 15 manata kirayə çadırlar təklif olunur - əksər hallarda masa, manqal, dəniz mənzərəsi vəd edilir. Bütün bunlar “təbiətdə mükəmməl həftə sonu” kimi reklam olunur.

Çimərlikdəki vəziyyət qonşu ölkələrlə müqayisədə xüsusilə ağrılıdır. Məsələn, Türkiyədə sahilyanı ərazilər ciddi şəkildə qorunur, yanğınlar qadağandır və bir kağız parçası atmaq külli miqdarda cərimə ilə nəticələnə bilər. Hətta Gürcüstanda çimərliklərə nəzarət edilir və tənzimlənir. Azərbaycanda isə hər şey əksinədir. Sakinlər deyirlər ki, indiyədək nə meriya, nə ekoloqlar vəziyyətlə maraqlanıb.

Yerli sakinlərdən biri Minvala.az-a deyib: “İnsanlar təmiz hava almağa gəlirlər. Ürək-damar və ağciyər sisteminin xroniki xəstəliklərindən əziyyət çəkən böyüklər də var. Qəlyan tüstüsü, bütün sahil boyu yerləşdirilmiş manqallar, yüksək səsli musiqi - bütün bunlar təkcə istirahətə mane olmur, həm də sağlamlığa zərərlidir. Belə "istirahətdən" sonra antisanitar şərait qalır: çimərlik zibilliyə çevrilir. Ziyarətə gələnlər gətirdiklərini yığışdırmadan gedirlər, zibil qalır. Şüşə butulkalar, siqaret kötükləri və enerji içkisi qutuları xüsusilə təhlükəlidir - onlar uşaqları asanlıqla zədələyə bilər. Biz bütün il boyu burada yaşayırıq və bu yerin tamamilə məhv olmasını istəmirik".

Sakinlər istisna etmirlər ki, bir gün çimərliyə giriş bağlanacaq və ya yerində “Ödənişli çimərlik” yazısı olan hasar ucalacaq.

Ekoloq alim Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kimi hallara Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında monitorinq bölməsi nəzarət etməlidir: “Onlar yoxlamalar aparıb, bu barədə nazirliyə məlumat verməlidirlər. Nazirliklər də yoxlama əsasında qərar verməlidir. Ya o obyektlər bağlanmalı, ya da yeni qurum yaradıb mütəmadi olaraq oraları təmizləməlidirlər. Orada obyekt işlədənlərin özlərini məcbur etməlidirlər ki, ərazini təmizləsinlər. Mənim fikrim odur ki, dəniz kənarındakı kafelər, restoranlar bağlansın. Azərbaycanı restorana, kafelərə, çayxanalara döndəriblər. Kafenin çirkab suyu dənizə axıdılır. Kim deyirsə ki, bunu etmir, yalan danışır, heç kim nəzarət etmir. Mən 2015-ci ildə ABŞ-a getmişdim. Okeanın qıraqlarında 30-40 mərtəbəli binalar və meşəliklər var idi, ətrafında bir kafe yox idi. Sahil boş idi, insanlar rahat uzanıb istirahət edirdilər. Bizdə isə hasara alıb hər yeri zəbt ediblər. Əvvəllər dənizə gedirdin nəfəs alırdın, indi isə natəmizlikdən, kafe əlindən nəfəs tutulur. Əgər biz sahildə təmiz təbiət görmək istəyiriksə, bütün kafelər, restoranlar çimərliklərdən aralıda yerləşdirilməlidir”.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda heç bir çimərlik “Mavi bayraq” deyilən beynəlxalq sertifikatı almayıb: “Bu sertifikat Avropa və beynəlxalq təşkilatlar tərəfindən keyfiyyət və təhlükəsizlik məsələlərinə görə qiymətləndirilib. Burada su, ekoloji təhlükəsizlik, çimərlikdə insanların təhlükəsizliyi və bütövlükdə çimərliyin əlçatan olması əsas götürülür. MDB ölkələri arasında ancaq Rusiyada 2 çimərlik həmin sertifikatı alıb. Azərbaycanda isə çimərliklərdən heç biri bunu ala bilməyib. Çünki həmin meyarlara cavab vermir, çimərliklərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb. Bir sıra çimərliklərə kanalizasiyalar axıdılır. Baxmayaraq ki, restoranlar ən azı 30 metr uzaqlıqda tikilməlidir, bir çox restoranlar lap yaxındadır və tullantılar birbaşa dənizə axıdılır”.

Ekoloq Ənvər Əliyev isə bildirib ki, qaydaya görə, kafelər, restoranlar dəniz sahilindən 130 metr kənarda tikilməlidir. Onun sözlərinə görə, çimərliklər ictimai istifadə üçün nəzərdə tutulan sahələr hesab edilir: “Bizdə qanun o qədər yumşaqdır ki, çimərlikdə kafe, restoran işlədənlər, ümumiyyətlə, ona baxmırlar. Çimərliklərdə fəaliyyət göstərən restoranların məişət tullantılarının hamısı dənizə axıdılır. Xəzər dənizinin Abşeron akvatoriyasını təmizləmək mümkün deyil. Xəzər dənizinin suyunun duzluluğu, çimərliklərimizdə torpağın keyfiyyəti - hamısı sanitar-gigeynik normaya təbii şəkildə uyğundur. Bunları itirmək ölkə iqtisadiyyatına qəsd deməkdir. Çimərliklərdə yiyəsizlik, özbaşınalıq hökm sürür. İllərdir ki, deyirik, heç kim eşitmir. Xarici ölkələrdə olmuşam, su hövzəsini o qədər təmiz saxlayırlar ki, hətta çimdikləri gölün suyundan içirlər. Bizdə isə dənizi biznes obyektinə çeviriblər. Dərdimizi kimə deyək? Gedib Cibuti Respublikasından adam gətirək ki, qayda-qanun yaratsın?!”

Qeyd edək ki, xarici ölkələrdə çimərliklərin qorunması ciddi qanunvericilik, nəzarət və ictimai məsuliyyətlə həyata keçirilir. Türkiyədə qanunvericilik "Sahil əraziləri xalqındır" prinsipi ilə qorunur. Çimərliklərin özəlləşdirilməsi qadağandır, yalnız xidmət obyektləri üçün icarə verilir. Manqal, tonqal yandırmaq, tullantı atmaq cərimə ilə nəticələnir (2024-cü ildə bu cərimə 3.000 TL-dən başlayır). Gürcüstanda bütün çimərliklər dövlətə məxsusdur, pulsuz və açıq qalmalıdır. Yerli icra hakimiyyətləri çimərliklərin təmizliyi və təhlükəsizliyinə cavabdehdir. Tullantıların idarəolunması və monitorinq sistemləri mövcuddur. Dövlət qanunvericiliyinə əsasən, dəniz sahilinə çıxış hüququ hamıya açıqdır. Ödənişli çimərlik sahələri olsa da, onların arasında ictimai keçid məcburidir. Qaydalara əməl olunmaması (zibil atmaq, səs-küy, alkoqollu içki istifadəsi) yüksək cərimələrlə nəticələnir (100-500 avro).

ABŞ-da çimərliklər dövlət və yerli bələdiyyələr tərəfindən idarə olunur. Qanunsuz çitləmə və kommersiya fəaliyyətinə qarşı sərt sanksiyalar mövcuddur. Xüsusilə Kaliforniya və Florida ştatlarında sahilyanı təmizliyə nəzarət edən polis və könüllülər fəaliyyət göstərir. Təhlükəsizlik, zibil təmizliyi və qaydalara əməl üçün gündəlik patrullar aparılır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru