Ermənistanın terrorçu eks-prezidenti, Xocalı qatili Serj Sərkisyana qarşı yeni ittiham irəli sürülüb. Bu gün o, həmin iş üzrə ilk dəfə məhkəmə qarşısına çıxacaq. O, müdafiə naziri olarkən 20 illik sövdələşmədə ittiham olunur. Söhbət torpaqların özgəninkiləşdirilməsindən gedir.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak" qəzeti məlumat yayıb.
İttihama görə, Serj Sarkisyan İsakov prospektindəki bəzi torpaq sahələrini digər Xocalı canisi, Ermənistanın ikinci terrorçu prezidenti Robert Köçəryana məxsus “Toyota-Yerevan” şirkətinə keçirmək üçün ucuz qiymətə satıb.
“Hakimiyyət həmin torpaq sahələrininn “Yerablur” məzarlığına yaxın olması ilə bağlı fərziyyələr irəli sürür, lakin cinayət işinin predmetinə çevrilmiş torpaq sahələrinin aslan payının “Yerablur”un qarşısındakı səkidə olduğunu və onun bir hissəsinin Çin səfirliyinin tikintisi üçün ayrıldığını yazmışdıq”, -erməni nəşri belə yazır.
Serj Sarkisyanın vəkili bildirib ki, bu, reallıqla heç bir əlaqəsi olmayan ittihamdır: prokurorluq mülki-hüquqi əməliyyatları cinayət hesab edib.
“Bəlkə də məhkəmə prosesindən daha diqqət çəkən Ermənistanın üçüncü prezidentinin jurnalistlərə müsahibə vermək və Robert Köçəryanın son açıqlamalarına cavab vermək qərarına gəlməsi olacaq.
Ermənistan Respublika Partiyası hələ ki, Köçəryanın mülahizələrinə cavab verməyib; dünən yalnız Armen Aşotyan şərh verib. "İkinci prezident faktiki olaraq üçüncü prezidentin daxili müxalifətin "atəşkəs” təklifini rədd edib. Gözlənilir ki, Serj Sarkisyan ya “müharibə”ni qəbul edib, özünü müdafiə etməyə davam edəcək, ya da yenidən atəşkəs təklifi ilə çıxış edəcək”, -deyə erməni qəzeti bildirir.