Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                 

“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Tarix: Bu gün, 11:56 | Çap et

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.

Bəs “Georgi lenti” taxmağın hüquqi məsuliyyəti varmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Georgi lenti” və ya digər simvolikaya dair xüsusi bənd yoxdur:

“Lakin bu, belə halların tamamilə hüquq boşluğunda qalması demək deyil. Birincisi, “Georgi lenti” imperiya ruhunun rəmzidir. Saleh Səmədovun sinəsinə taxdığı “Georgi lenti” təkcə onun deyil, ətrafına yığışanların da yaddaş və kimlik böhranıdır. Bu fakt artıq fərdi məsələ deyil. Bu, post-sovet nostaljisinə və Rusiya imperializminin simvollarına göstərilən təhlükəli tolerantlığın nəticəsidir.

“Georgi lenti” Rusiya imperiyasının hərbi ordeni ilə bağlıdır. Lentin ilk versiyası 1769-cu ildə II Yekaterinanın fərmanı ilə yaradılmış “Georgi ordeni”nin bir hissəsi kimi təqdim olunmuşdu. Sonradan bu lent SSRİ-də “Zəfər simvolu” kimi təqdim olunsa da, bu gün Putin Rusiyası bu lenti Qələbə günü yox, müasir rus ekspansionizminin, xüsusilə də Ukraynada işğalın simvolu kimi istifadə edir.

Hamımız şahidik ki, Krımı zəbt edən Rusiya əsgərlərinin sinəsini “Georgi lenti” bəzəyir. Donetsk və Luqansk separatçıları öz bayraqlarına bu lentin rənglərini daxil ediblər. Ukraynada bu lent qadağandır. Avropa İttifaqı və NATO ölkələrinin əksəriyyəti onu Rusiya imperializminin rəmzi kimi tanıyır”.

N. Ələsgərov bildirib ki, Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur:

“Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz. Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır.

“İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq sadəcə nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür”.

Natiq Ələsgərovun sözlərinə görə, İmişlidə baş verənlər göstərdi ki, simvolika sadəcə detal deyil:

“Burada günah tək bir şəxsin üzərinə yüklənməməlidir. Bu, siyasi savadsızlığın göstəricisidir. Azərbaycan cəmiyyəti son 30 ildə qırılmış qürurunu Qarabağ zəfəri ilə bərpa edib. Biz Zəfərimizi öz bayrağımızla, şəhidlərimizlə, igidlərimizlə qazandıq.

“Georgi lenti” isə bu xalqın nə acılarını bölüşüb, nə uğurlarında iştirak edib. Əksinə, o lent bizə 20 Yanvarda rus tanklarını, Xocalının fəryadını xatırladır. Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir. Bələdiyyə, rayon, kənd səviyyəsində tədbirlər idarəsiz qalmamalıdır. Təcili şəkildə siyasi simvolikaya dair maarifləndirmə aparılmalıdır. Ən önəmlisi, bu lenti taxan tək bir adam deyil, o lentə göz yuman hər kəs bu məsuliyyəti daşıyır.

Üçrəngli bayrağın kölgəsində yaşayan millət heç vaxt başqa bayrağın altında boynunu əyməməlidir!”

Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə Saleh SəmədovunSSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.

“Bizə desəydilər, əlbəttə ki, belə bir tədbirin keçirilməsinə icazə verməzdik. Adətən tədbir keçirəndə deyirdilər, bu dəfə bizdən heç kimə deməyiblər”.

Bunu “Unikal”a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev İmişlidə SSRİ bayrağı ilə bağlı davam edən müzakirələr fonunda deyib.

Deputatın sözlərinə görə, “Georgi lenti”ni həmin tədbirə rus əsilli bir şəxs aparıb:

“Dima adlı şəxs gedib “Georgi lenti” verib, SSRİ bayrağını tapıblar və s. Bəlkə Dima deyil, Sergeydir, səhv etməyim. Bizim işçilərin həmin tədbirdəki davranışları savadsızlıqdandır. Onun nə lenti olduğunu soruşsan, bilmirlər. Heç soruşmayıblar ki, sən kimsən, bu lent nədir? Gərək orada deyərdilər ki, nə edirik bu lenti? Azərbaycanın üçrəngli bayrağı var, Şuşada da, Xankəndidə də dalğalanır.

Hər halda burada kimsə maraqlı tərəf olub. Bəlkə də bu işdə kiminsə əli olub, bunu ediblərsə də Salehə qarşı ediblər. O hadisədən sonra Salehi görməmişəm. Deyərdim ki, Saleh bəlkə də təvazökarlığından, utandığından üzə də çıxmır ki, görünsün. İnsandır da, başına gələn başmaqçı olur. Ona görə də çalışırıq ki, belə şeylər təkrarlanmasın”.

Eldar Quliyev tədbirdəki imperializm rəmzlərinin görünməsinin təxribat olub-olmadığı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Biz rayonlarda illik hesabat keçiririk. Əməkdaşlarımızdan xahiş etdik ki, informasiya versinlər ki, bir qədər ayıq olmaq lazımdır. Yəni belə provokasiyaların qarşısını vaxtında almaq olsun. Bizi istəyənlər də var, istəməyənlər isə daha çoxdur. Cənab Prezident məhz buna görə 9 may paradına Şuşanı azad edən “Yaşma”nın qəhrəmanlarını göndərdi. Paşinyana da göstərdi ki, Şuşanı alan bu igid oğullardır”.

Deputat İmişlidə Ağsaqqallar Şurasının binasının onun olması ilə bağlı yayılan məlumatlara belə reaksiya verib:

“İmişlidə Ağsaqqallar Şurasının binası var, biz ora kirayə gəlmişik. Guya ki, o bina mənimdir. Mənim orada heç evim də yoxdur. Kimi maraqlandırırsa, mən deyim, gedib baxsınlar ki, kim ilə müqavilə bağlanıb və kimə kirayə verilib. Onların binası yox idi. Biz gedib yer tapdıq, onu təmir etdik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarkisyanı məhkəmədə sıxırlar
Bu gün, 18:24
Paşinyan Lavrovla görüşüb
Bu gün, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Bu gün, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Bu gün, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Bu gün, 18:02
"JEK" 31 ədəd qaloş alır
Bu gün, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Bu gün, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Bu gün, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Bu gün, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Bu gün, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Bu gün, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Bu gün, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Bu gün, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Bu gün, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Bu gün, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Bu gün, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Bu gün, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Bu gün, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru