Mayın 21-də İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, yığıncaqda açıq səsvermə yolu ilə uzun illər İmişli rayon təhsil şöbəsinə rəhbərlik etmiş, respublikanın Əməkdar müəllimi Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Ramiz Əmirov bundan əvvəl də - 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub.