“Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Arkoz Qazax Sement Zavodu” MMC-nin vergi borcu 4 546 956.54 manatdır. Bu vergi borcu 20 may 2025-ci il tarixinə qədər olan məlumatdır.
Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.