Lavrov İrəvanda Paşinyana ultimatum verib: .....                     Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                 

"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Tarix: Bu gün, 15:37 | Çap et

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya (adlar şərti verilib – red.) işgəncə verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Tahir 3 iyul 2024-cü ildə yaşadıqları evdə arvadı Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb. Müxtəlif dərəcəli xəsarətlər yetirməklə qadına əzab verib.
O, iyulun 4-də və 9-da arvadını yenə də əxlaqsız adlandırıb, başqa kişilərlə intim müasibətlərdə olduğunu və guya otelə getdiyini söyləyib, Sonaya müxtəlif dərəcəli xəsarətlər yetirib. Növbəti gündə də hərəkətlərinə davam edib.
“Başqası ilə danışmasından şübhələnirdim, sübut edə bilmirdim”
İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “Mən şirkətdə ekspeditor-sürücü işləyirəm. Sona ilə 2007-ci ildən evliyik. Bu vaxta kimi aramızda söz-söhbət olub, ancaq bu cür konflikt yaşamamışıq. Əvvəllər arvadımı döyməmişəm.
Xeyli müddətdir Sonanın başqa birisi ilə danışmasından şübhələnirdim, amma sübut edə bilmirdim. İyun ayının sonlarında onun telefonuna baxanda “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini gördüm. Bu barədə soruşanda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirdi. Bu sözlərə inanmadım, öz “İnstagram” hesabımdan yazaraq mobil nömrəmi ona verdim.
Hadisədən təxminən on gün sonra həmin adam Rusiya nömrəsi vasitəsilə mənimlə əlaqə saxladı, Sona ilə danışdığını, yazışmaların olduğunu bildirdi. Hətta yazışmaların fotoşəkilini də göndərdi. Mən çox əsəbləşdim”.
“Boynuna aldı, üzr istədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 3-də əsəbi halda evə gəlib, Sonadan anası Sənəmin yanında bu barədə soruşub: “Sona əvvəlcə hər şeyi dandı, sonrad başqa kişiylə danışdığını dedi və üzr istədi.
Mən də əsəbləşdiyimdən özümü saxlaya bilmədim, əlimlə onun üz nahiyəsinə xəsarət yetirdim. Anası Sənəm məni ayırmaq üçün aramıza girdi. Sona mənim telefonumu götürdü və yerə ataraq sındırdı. Bu hadisədən sonra özümü toparlaya bilmədim və gecə evə gəlmədim”.
Tahir bildirib ki, növbəti gün evə gəldikdə anası və Sonanın onu gözlədiyini görüb: “Hələ də əsəbiydim, Sonanın qollarını tutub sıxaraq silkələdim. Mənə qarşı niyə belə hərəkət etdiyini soruşdum. Paltarlarını dolabdan çıxararaq yerə atdım və evdən getməsini tələb etdim.
Sonanın gözünün altı yetirdiyim xəsarətdən göyərmişdi. Qardaşı Vüqar onu ürək həkiminə aparmaq üçün gələndə bacısının gözünün altını gördü. Sona hamamda yıxılaraq xəsarət aldığını bildirdi.
Sona həkimə gedib gəldikdən sonra anam onu vedrə və evdə olan laminatla döyməyə başladı. Mən evdən çıxdım və geriyə gecə qayıtdım”.
“Əxlaqsız olması barədə ərizə yazdırdım”
Tahirin ifadəsinə görə, iyulun 10-da Sonadan hər şeyi etiraf etməsini, səmimi olmasını tələb edib, bu halda onu bağışlayacağını deyib: “Lakin Sona yenə yalanlar danışdı, Ruslana üzünün şəkilini göndərmədiyini dedi. Halbuki Ruslan mənə Sonanın üzünün şəklini göndərmişdi. Biz yenidən dalaşmağa başladıq.
Sonadan evdən çıxmağı tələb elədim, o, növbəti gün gedəcəyini dedi. Sonaya əxlaqsız olduğunu, uşaqların onunla yaşamasına imkan verməyəcimi bildirdim. Ona uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırdım”.
Tahir deyib ki, növbəti gün səhər oyandıqda həm Sonanın, həm onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını görüb: “Telefonumda Sonanın yazışmaları və şəkilləri olduğu üçün onu da özü ilə aparmışdı.
Mən Sonanı iyulun 3-də vurmuşam. İyulun 4-də qollarından tutub sıxaraq silkələmişəm, saçını dartaraq yolmuşam. Qalan xəsarətləri isə Sonaya anam yetirib. İyulun 3-də emosiyalarıma hakim ola bilməmişəm, onu döymüşəm. Buna görə özümü günahkar bilirəm”.
“Borcu olduğuna görə daim dalaşırdı”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, 2007-ci ildə Tahirlə rəsmi nikaha daxil olub, 10 və 16 yaşlarında Amal və Zəfər adında iki övladları var: “Tahirlə təzə ailə qurduğum zamandan daim kiməsə borcu olurdu. Hətta mənim qızıllarımı sataraq borclarını da bağlamışdı.
Həmişə borcları olduğu üçün əsəbi olur, içki içir, daim mənimlə dalaşırdı. Hətta məni döyüb, təhqir etdiyi vaxtlarda olurdu. 2022-ci ildən başlayaraq məni daha çox döyməyə, təhqir etməyə başladı. Evdən çölə çıxdığıma görə də məni dəfələrlə döymüşdü. Bu barədə valideynlərimə heç nə deməmişəm. Tahir məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı.
Hər dəfə əxlaqsız olduğumu iddia edir, bunu mənim ailəmə sübut edəcəyini, qardaşımın məni öldürəcəyini söyləyirdi. Mən mübahisədən sonra bir müddət evdən ayrıldım və atamgildə yaşadım. Sonradan bizi barışdırdılar.
Barışdıqdan sonra Tahir məndən çılpaq vəziyyətdə şəkil çəkib ona göndərməyimi istədi. Göndərmədikdə mənimlə mübahisə yaradıb dalaşdı. Daha sonra biz yataqda cinsi münasibətdə olan zaman video çəkməyə başladı.
Mənim video çəkilməsinə etiraz etsəm də, Tahir məni razılaşmağa məcbur etdi. Onun video çəkməsinə mane ola bilmədim”.
“Məni kişilərlə otelə getməyə məcbur etdi”
Sonanın ifadəsinə görə, əri onu əxlaqsız adlandırdığı üçün kişilərlə otelə getməyə məcbur edib: “Hətta mənə video çəkməyimi, həmin videoda əxlaqsız olduğumu, pul müqabilində görüşdüyümü bildirməyimi istəyirdi.
Beləliklə Tahirlə aramızda daim mübahisələr baş verdirdi. O məni səbəbsiz yerə döyür, mənə işgəncələr verirdi”.
Sona qeyd edib ki, iyulun 3-də Tahir yenə müxtəlif bəhanələr gətirib, onu əxlaqsız adlandırıb və döyərək ona xəsarət yetirib: “Əlləri-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Sifət nahiyəmə yumruq və kəllə zərbəsi vurdu. Yerə yıxıldıqda məni təpiklədi.
Həmin xəsarətlərin ağrısı şiddətli olduğu üçün iyulun 6-da məni Günəşli qəsəbəsində yerləşən Şamil adında olan sınıqçıya yönləndirdi. Sınıqçı xəsarətlərimi görüb məni “Avromed” klinikasına yönləndirdi. Orada rentgen müayinəsindən keçdim və rentgenin cavablarını götürüb sınıqçının yanına getdim. Sınıqçı xəsarətlərimə sarğı qoydu. Mən evə qayıtdıqda Tahir mənimlə barışdı”.
“Mən əxlaqsızam, pul müqabilində görüşürəm”
Sona ifadəsində göstərib ki, iyulun 9-da Tahir onun bank kartını istəyib: “Kartı ona verdim. Tahir bank kartımdan 1500 manat pul çıxardı və pulun 400 manatını mənə qaytardı. Dedi ki, pulu otelə getdiyim oğlanlara xərcləyərsən. Daha sonra özü-özünə əsəbləşərək məni döydü. Növbəti gün, yəni iyulun 10-da evə içkili halda gəldi, yenidən məni şiddətli şəkildə döydü.
Döydükdən sonra məcburi qaydada “mən əxlaqsızam, pul müqabilində görüşürəm” kimi sözlər dedizdirdi, səsimi yazdı. Həmçinin əxlaqsız olduğum üçün övladlarımdan imtina etməyim haqda ərizə yazdırdı, məcbur imza etdirdi. Gecə saat iki radələrində məni ayaqyalın evdən çölə çıxartdı və evdən qovduğunu dedi”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Bu gün, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Bu gün, 18:24
Paşinyan Lavrovla görüşüb
Bu gün, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Bu gün, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Bu gün, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Bu gün, 18:02
"JEK" 31 ədəd qaloş alır
Bu gün, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Bu gün, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Bu gün, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Bu gün, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Bu gün, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Bu gün, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Bu gün, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Bu gün, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Bu gün, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Bu gün, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Bu gün, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Bu gün, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Bu gün, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru