Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                 

Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Tarix: 29-04-2025, 11:44 | Çap et
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur
“Məmləkətimizdə hər gün imtahan keçirilir. Şagirdin, tələbənin, magistrin düşündüyü bircə şey var: İmtahan, imtahan, yenə də imtahan!”. Bu, fəlsəfə doktoru Etibar Əliyevin sosial şəbəkədə paylaşdığı statusdur. Təbii ki, status minlərlə insanın “dərdini təzələdiyindən” reaksiyalar özünü çox da gözlətməyib. Statusa rəy yazanlar Elm və Təhsil Nazirliyini, həmçinin də Dövlət İmtahan Mərkəzinin uzun illərdir ölkə boyu stress və həyəcan siyasəti yürütdüyünü, fəqət əldə olunan nəticənin heç də müsbət və faydalı olmadığını qeyd ediblər. Rəylərə nəzər salaq:

Fəridə Aslanova Rüstəmova: - Ona görə hamı sərsəm kimi gəzir. Həyəcan, qorxu qanı laxtalandırır, ömrü gödəldir. "Covid-19" üçün peyvəndlərin qanı laxtalandırdığı deyilsə də, imtahanlar adamın qanını təlx edir. Biz emosiyaları, duyğu və düşüncələri olan varlıqlarıq. O gün az bal toplayan uşaqların ailələrində yaşanan münaqişələri də bilsəydiniz! Uşaqları intihar həddinə çatdırırlar. Təkcə onlar deyil... Hamı gərgindir. Gərgin insanlar da canlı bombadan betərdilər... Ömrü boyu oxumuşam. Ən sevdiyim dərs də kimya-fizika olub. O qədər oxuyurdum... Təkcə kitabdan yox. Araşdırmalar və s. Haradasa 10 il öncəyə qədər gözümü yumanda dik atılırdım, görürdüm ki, imtahandayam. Hələ mən psixologiyanın dərinliklərini bilib özümü tərbiyə edib yetişdirən adamam. Özümü ələ aldım. Gəl gör bu ölkənin nə qədər zəif iradəli insanları var. İmtahan basqısına dözməyirlər.

Tahir Sofulu: - Allah ölənlərinizə rəhmət eləsin. Özü də öyrətdiyinin imtahanı olsa dərd yarıdır. Bunu mən belə anlayıram: sən suyun ayağında suyu bulandırırsan.

Mərdan Qəribov: - Uşaqlara birinci sinifdən sevgi aşılanmalıdır. Əgər bir uşaqda Vətənə, dövlətə sevgi olacaqsa, o, kamil vətəndaş kimi yetişəcək. Əfsuslar, birinci sinifdən uşaqlara stress, qorxu aşılanır. Bu, çox təhlükəlidir.

Rövşən Hüseynov: - Azərbaycan təhsili çox acınacaqlı vəziyyətdədir. Bu gedişlə məktəbləri bağlayıb hazırlıq kursları açacağıq. Bu gün gedən proseslərdə qazanan tərəf repetitorluqla məşğul olanlar və havadarlarıdır. İtirənsə Azərbaycan təhsili və gələcəyimiz olan şagirdlərdir. Özəl mətbəələr əlavə dərs vəsaitləri çap edir, şagirdlər məcbur edilir bu əlavə dərs vəsaitini alsın. Sual yaranır, bəs Təhsil Nazirliyinin çap etdirdiyi kitablar nə işə yarayır? Xüsusi yaradılan hazırlıq mərkəzləri şagirdləri öz ətraflarına cəm edir. Məktəblər boşalır, ən yaxşı halda şagird davamiyyət xatirinə məktəbə gedir. Ölkədə 9-cu sinifdən sonra dərs otaqlarında şagird tapmaq problemdir. Valideynlərin bir ümid yeri var. Hazırlıq kursları və yaxud fərdi şəkildə repetitorluq edən müəllimlər. Məktəbdə təhsil yox səviyyəsindədir. Emin Əmrullayevə “dur”, deyən olmasa, bizi çox böyük bəlalar gözləyir. Təhsilə bazar gözüylə baxmaq olmaz. Elm adamları Azərbaycan təhsilinə sahib çıxmağı bacarmalıdır. Baş verənlər haqqında Cənab Prezident məlumatlandırılmalıdır. Bu gün təhsilimizdə baş verənlər Azərbaycana, Prezidentə və xalqa xəyanətdir…

Qardaşəliyev Şəngül: - Həyat imtahandı dedilər, daha bu qədər yox da.

Vüsalə Rüstəmova: - O gün 6-ci siniflərin fənlər müsabiqəsinin yarımfinalı idi. Riyaziyyatdan salınan suallar məktəb proqramının böyründən belə keçmir. Əgər imtahan proqramı başqadırsa, biz uşaqları məktəbə göndərib niyə vaxtlarını öldürürük? Orta məktəbdə biz də olimpiadalarda iştirak etmişik, amma nə stress olurdu, nə xüsusi hazırlıq keçirdik. İndi lisey hazırlığı ayrı, KSQ, BSQ hazırlığı ayrı, olimpiada hazırlığı ayrı, DQİ hazırlığı ayrı, MİQ hazırlığı ayrı. Bəs, bu orta məktəblər nə işə yarayır?

Zahid Məmmədov: - Nəticəsi olmayan imtahanlar.

Rasət Miriyev: - Çox doğru və düzgün təhlildir, tək məktəblər deyil, digər peşə sahiblərinin də testdən, attestasiyadan keçmələri absurddur, həmin testlərdə hazırlanan suallara krossovord kimi cavablar qeyd edirlər, daha o bilik üçün deyil, sadəcə cədvəl doldurmağa planlaşdırılmış testlərdir. Şagird məktəbə niyə getsin? Saat 7-00 da durur, məktəbə gedir, saat 13-30 kimi məktəbdə günü keçir və heç bir bilik verilmir. Onda nəyə lazımdır 8 -ci sinifdən sonra məktəb?!

Aydın Səma: - Müəllim, imtahan günləri sadaladıqlarınızdan daha çox DİM-dəkilərin intizarla gözlədiyi özəl günlərdir.

Aslan Hüseynov: - Üstəgəl, valideynin də...

Fəqanə Əhmədova: - Hər bir sahədə nəticəsi olmayan prosedurlar ancaq hesabat vermək naminə aparılır. Cəmiyyət olaraq bizim inkişafımızı zədələyən bu kimi faktorlara qarşı islahatlar aparmağın vaxtı gəlib və hətta keçib, deyərdim.

Samir Mustafayev: - Müəllim, məmur, həkim, taksi sürücüsü imtahan…Bir reklamda deyildiyi kimi, bitmir ki, bitmir.

Nemətov Sənan: - Çox qorxulu bir tendensiyadır.

Aynurə Əliyeva: - Əvvəllər imtahan hər şagirdin oxuduğu məktəbdə müəllimləri tərəfindən keçirilirdi. Uşaqlarda bu qədər stress, qorxu, həyəcan olmurdu. İndi imtahan vasitəsilə nəinki şagirdlər, müəllimləri də stress, həyəcan altında saxlayırlar. Fikrimcə, imtahanların bu şəkildə keçirilməsi həm dövlət vəsaitinə zərbə vurur, həm də stress, həyəcan yaradır, uşaqların, elə böyüklərin də psixologiyasına mənfi təsir edir. Ona görə də imtahanların bu şəkildə keçirilməsi, məncə, ləğv olunmalıdır. Bu cür aparılan imtahanlar şagirdləri də, müəllimləri də məktəbdən soyudur.

Rafiq Oday: - Bunun bir yolu var: ya məktəblər ləğv olunmalıdı, ya da məktəblərdə tədris olunanlarla imtahana salınanların arasındakı uçurumu (düşüncəsizliyi - uyuşmazlığı) yaradan qurumlar.

Məlum “imtahan labirinti” ilə bağlı təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ölkədə imtahanlar artıq təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin hər gününü, gündəmini zəbt edib. Şagird üçün də, tələbə üçün də, magistr üçün də, işə qəbul olmaq istəyən üçün də, müəllim üçün də ən vacib mövzu – imtahandır:

Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur. Hər qurum öz imtahanını “tək həqiqət” kimi təqdim edir, Dövlət İmtahan Mərkəzi isə imtahanı təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib. Şagirdlər, müəllimlər, gənclər, hətta valideynlər ilboyu stres, təşviş və psixoloji gərginlik içində yaşayır. Hər imtahan öncəsi ölkədə kütləvi psixoz yaranır, uşaqların, gənclərin ruh sağlamlığı, həyat keyfiyyəti ciddi təhlükə altına düşür. İmtahanların sayının bu qədər çox olması, onların həyatın hər pilləsinə müdaxilə etməsi heç bir inkişaf göstəricisi deyil. Əksinə, bu, təhsilin mahiyyətinin, yaradıcı düşüncənin, insani və sosial dəyərlərin getdikcə sıradan çıxmasına, yalnız bal və nəticə “ovuna” çevrilməsinə səbəb olur. Bundan da faciəlisi, bu qədər səs-küylü imtahanların nəticəsində təyinatlarda, işə qəbulda, təqaüd ayrılmasında şəxsiyyətlərə, şəxsi münasibətlərə, tanışlığa hələ də geniş yer verilir. Yəni illərlə imtahan stressi, test ab-havası, psixoloji əzab nəticədə yenə də insan faktoru ilə “süzülür”. Dövlət İmtahan Mərkəzinin və digər qurumların imtahan keçirmək həvəsi Azərbaycan təhsilini, insan kapitalını yaradıcılıqdan, təşəbbüskarlıqdan, innovativlikdən uzaqlaşdırır.

K.Əsədov bildirdi ki, DİM və digər imtahan mərkəzləri illərdir məhz testlərin obyektivliyi, şəffaflığı təmin etdiyində israrlıdır. Ancaq reallıq başqadır:

Testlərlə ölçülən bilik həyatda tələb olunan bacarıqların, səriştələrin çox az hissəsini əhatə edir. Şagird yalnız test həll etməyi öyrənir, amma düşünməyi, araşdırmağı, müzakirə etməyi, yaradıcı yanaşmanı unudur. Hər gün imtahan, hər gün stress – nəticədə isə nə elmi kadr formalaşır, nə də motivasiyalı gənc cəmiyyətə qazandırılır. Əgər nəticə yenə də şəxsi münasibətlər və insan faktoruna dayanacaqsa, bu qədər imtahanın, stressin, əsəbin, ailələrin sosial rifahına, uşaqların psixikasına vurulan zərərin nə mənası var? Əsl təhsil sistemi uşağı, gənci, insanı imtahandan imtahana qaçan deyil, azad, yaradıcı, düşünən, analitik və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdirməlidir. Bu qədər imtahan asılılığını, test diktaturasını, DİM-in və digər qurumların “imtahan sevdasını” ciddi şəkildə tənqid edirəm. Təhsil sistemi insan yetişdirməlidir, robot yox.

SHERG.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru