Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                 

ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Tarix: 21-01-2025, 20:27 | Çap et
ABŞ-ın yeni düşmənləri kim olacaq?
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində olduqca mühüm mesajlar verib. Onun bu çıxışları isə dünya ölkələrində böyük maraq, narahatlıq və təəccüblə qarşılanıb. Diqqətçəkən məqam isə budur ki, o, İran, Çin və başqa Amerika “düşmənlərini” açıq hədəf göstərməyib.

Bunun səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya mərasimində çıxışı zamanı “Amerika üçün qızıl dövr” vəd etdi:

“O, Co Bayden administrasiyasının siyasətini kəskin şəkildə yenidən nəzərdən keçirən, ABŞ-ı bir sıra beynəlxalq təşkilatlardan çıxaran və Trampın öz baxışlarına uyğun radikal transformasiyalara start verən onlarla fərman və icra sənədi imzalamaqla bunu həyata keçirməyə başladı deyə bilərik.

Tramp artıq ikinci dəfədir ki, ABŞ-ın Paris İqlim Sazişindən çıxması haqqında fərman imzaladı. Bu addım ABŞ-ın yeni prezidentinin qlobal istiləşmə ilə bağlı skeptisizmini əks etdirir və onun neft və qaz şirkətlərini tənzimləmədən azad etmək gündəliyinə uyğun gəlir ki, onlar hasilatı maksimuma çatdıra bilsinlər. ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqqında qərar da əslində gözlənilən idi. Tramp bu addımını ÜST-nın “COVID-19” pandemiyası dövründə qəbul etdiyi səhv qərarlar və eləcə də təşkilatın öz daxilində islahat apara bilməməsi ilə izah edib. Amma təbii ki, əsas məsələlərdən biri maliyyə məsələsidir. Trampa görə 350 milyon əhalisi olan ABŞ-ın ÜST-ə 500 milyon, 1,4 milyard əhalisi olan Çinin isə 39 milyon dollar ödəməsi ədalətli deyil. Trampın ilk gün ərzində Bayden administrasiyasının 78 sərəncamını ləğv etdiyinə şahidlik etdik”.

Politoloqun sözlərinə görə, artıq Trampın qərarı ilə etibarsız sayılacaq ləğv edilmiş sənədlər bir sıra sahələri əhatə edir:

“Onlar irqi bərabərliyin inkişafı, gender ayrı-seçkiliyi ilə mübarizə, icra hakimiyyəti orqanlarının məmurları üçün əlavə etika tələbləri və öhdəlikləri, Baydenin Kubanı terrorizmin dövlət himayədarları siyahısından çıxarmaq qərarını, eləcə də İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda şübhəli bilinən yəhudi məskunlaşanlara qarşı sanksiyalar tətbiq etmək qərarını ləğv edib. Ləğv edilən qərarlar arasında Bayden administrasiyasının süni intellektlə bağlı 2023-cü il sərəncamı da var ki, bu sərəncam süni intellektin risklərini izləmək və tənzimləmək məqsədi daşıyırdı.

Trump returns to power after unprecedented comeback, emboldened to reshape American institutions - OPB

Tramp həmçinin 2021-ci il yanvarın 6-da Kapitoliyə basqında iştirak etməkdə ittiham olunanların da demək olar ki, hamısını əfv etdi. Əfv olunanlar arasında 6 yanvar iğtişaşları ilə bağlı ən uzun müddətə, 22 il həbs cəzasına məhkum edilmiş ifrat sağçı Enrike Tarrio da var. Bu insanları “6 yanvar girovları” adlandırır.

İmzalanan fərman və qərarlar içərisində ABŞ-ın xarici təşkilatlara və ölkələrə bütün yardım proqramlarını 90 gün müddətinə dayandırmasına dair qərar xüsusi maraq doğurur. Tramp bu xarici yardım proqramlarının ABŞ-ın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırılma aparılacağını bəyan edib. Söhbət ABŞ-ın yardım fondlarının xarici hökumətlər və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və onu təmin edən podratçılar qarşısında öhdəlikləri və ödənişlərindən gedir. Bu qərar diqqətləri bir daha Ukraynaya doğru yönəldib.
Fərman, yəqin ki, mövcud və razılaşdırılmış hərbi yardım paketlərinə təsir etməyəcək. Çünki bu hərbi və maliyyə yardımları Konqres tərəfindən təsdiq olunub. Lakin gələcək proqramlara təsir edəcək. Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dan tədarükdən kritik dərəcədə asılı olduğunu nəzərə alsaq, üç aylıq fasilə Ukrayna ordusunun ABŞ istehsalı olan silah, texnika və sursat ehtiyatlarının minimum səviyyəyə düşməsinə səbəb ola bilər. Bu da öz növbəsində istər-istəməz döyüş meydanındakı vəziyyətə təsir edəcək”.

Rəşad Bayramov vurğulayıb ki, Tramp Bayden administrasiyasına qarşı genişmiqyaslı araşdırmaların aparılması ilə bağlı da müvafiq göstəriş verib:

“Tramp bəyan edir ki, Bayden administrasiyası federal hüquq-mühafizə orqanlarının və kəşfiyyat qurumlarının gücündən istifadə edərək öz siyasi rəqiblərinə qarşı sistemli kampaniya aparıb.
Tramp həmçinin ABŞ vətəndaşlığının alınmasına dair məhdudiyyətlərin tətbiq edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncam sənədin imzalandığı tarixdən 30 gün sonra – valideynlərinin ABŞ-da qeyri-qanuni olduğu hallarda doğulan uşaqlara şamil edilir. Belə uşaqlar artıq avtomatik olaraq Amerika vətəndaşlığını almayacaqlar. Yeni qayda ananın viza ilə müvəqqəti olaraq ABŞ-da olduğu və atanın ABŞ vətəndaşı olmadığı vəziyyətlərdə də tətbiq olunacaq. Sənəd həmçinin ABŞ-da müvəqqəti işi, tələbə vizaları və turist vizaları olan insanların doğulduğu uşaqlara doğum hüququ ilə vətəndaşlıq verilməsini qadağan edir.

Bunun ardınca biz həmçinin ABŞ-Meksika sərhədində “fövqəladə vəziyyət” elan edilməsi və bir sıra genişmiqyaslı immiqrasiya əmrlərinə də şahid olduq. İmzalanan aktlardan biri qaçqınların Birləşmiş Ştatlarda məskunlaşdırılmasının ən azı dörd ay dayandırılmasını tələb edir. Tramp həmçinin əmr edib ki, ordunun prioriteti “sərhədləri bağlamaq”, qeyri-qanuni kütləvi miqrasiya, narkotik ticarəti və digər cinayətləri dayandırmaq olmalıdır. Bundan əlavə, Tramp müdafiə və daxili təhlükəsizlik üzrə cavabdeh şəxslərə ABŞ-ın Meksika ilə cənub sərhədində müvəqqəti və daimi fiziki maneələr yerləşdirmək və qurmaq üçün addımlar atmağı əmr edib. Trampın yeni direktivlərindən birinə əsasən, ABŞ sığınacaq istəsələr belə, sərhədi qanunsuz keçən miqrantlara icazə verməyi dayandıracaq.

Dünyaya sülh gətirəcəyini bəyan edən Trampın Panama kanalını geri alacağına və Amerika ərazisini genişləndirəcəyinə dair vədləri də təbii ki, maraq doğurur. Çünki bu vədlər daha çox müharibə elanına bənzəyir. Odur ki, Trampın İranı, Çini və başqa Amerika “düşmənlərini” açıq hədəf göstərməməsi hələ heç nə demək deyil. Biz Trampın seçkiqabağı platforması olan “Proqram 2025” sənədində istər İrana, istərsə də Çinə qarşı necə bir siyasət həyata keçiriləcəyini görmüşük. Və şübhə yoxdur ki, Tramp hakimiyyəti dövründə hər iki ölkə ilə bağlı genişmiqyaslı sanksiya qərarlarına da şahidlik edəcəyik.

Ümumiyyətlə, isə Trampın kortəbii olaraq qəbul etdiyi xarici siyasət qərarları ABŞ-ın İkinci Dünya müharibəsindən sonra bütün Amerika prezidentinin qəbul etdiyi beynəlmiləlçilikdən uzaqlaşdığını göstərir. Bu açılış nitqindən sonra artıq şübhə yoxdur ki, biz yeni bir dünyada yaşayırıq. Beynəlxalq nizam, beynəlxalq hüquq, köhnə ittifaqlar və tərəfdaşlıqlar – artıq bunların heç biri əhəmiyyət kəsb etmir. Tramp özünü ABŞ-ın maraqlarını amansızcasına müdafiə edən bir prezident kimi görür, Görünən odur ki, Tramp tərəfdaş ölkələrin zəif tərəflərindən istifadə edərək öz iradəsini onlara sırımaq üçün də Amerikanın gücündən maksimum istifadə edəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru