"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" - deputat
Tarix: 9-12-2024, 17:56 | Çap et
“Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ, Britaniya və İsveçrə səfirliklərinin iştirak etdiyi 4 dekabr tədbiri, təbii olaraq, Avropa ittifaqının tələbi ilə təşkil edilib. Tədbirdə özünü “sülh göyərçini” hesab edən diplomatlar Azərbaycanda insan haqlarının pozulması, fundamental dəyərlərdən, hərhansı bir siyasi məhbus və digər məsələlərdən danışıblar. Maraqlısı da budur ki, Avropadan qidalanan, onlarla əlaqədə olan, digər cinayətlərdə həbs olunan insanların həbsini siyasiləşdirməyə cəhd ediblər. Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bütün bu ittihamları rədd edib. Vacib, lazımlı cavabları da ünvanlarına çatdırılıb”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, burada əsas məsələ bizim artıq hər gün gördüyümüz, eşitdiyimiz və bir növ öyrəşdiyimiz məsələdir: “Əgər diqqətlə izləsək, yenə də düymənin bir yerdən basıldığının şahidi oluruq. Yəni komanda verilib və sistem fəaliyyət göstərir. Yenə də qarayaxmalar, dezinformasiyalar, siyasi manipulyasiya ilə məşğuldurlar. O Avropa parlamenti ki, onun rəhbərləri həbs olunur. Onun daxilində olan deputatlar söyləyirlər ki, "buradakı deputatların böyük əksəriyyətini pulla ələ almaq olar”. O dövlətlərin nümayəndələri danışırlar ki, öz dövlətlərində bu gün də insan hüquqlarını kütləvi şəkildə pozmağa davam edirlər. Təsəvvür edin ki, ABŞ-da prezident seçkisindən sonra onlarla insan qəddarcasına döyülür və həbsə atılır. Hətta yeni seçilən ABŞ prezidenti Tramp özü deyir ki, bu gün ABŞ-da siyasi məhbuslar var.
Avropanın özündə dövlətlər XXI əsrin ortasında uzaq yerlərdə koloniyalarda saxlayırlar, insanların yaşamaq hüququnu pozurlar və özləri söz azadlığını ən kəskin formada boğurlar. Orada təşkil olunan nümayişlərdə insanların üstünə itlə hücum edirlər, atlarla ayaq altında əzirlər. Təsəvvür edin ki, bu gün insan hüquqlarının pozulması Avropada adi bir hal almış məsələdir və həmin ölkələrin nümayəndələri Azərbaycanda siyasi məhbus axtarırlar. Biz dəfələrlə demişik bu sözün özündə problem var. Bu ifadə leksikona necə daxil olub? "Siyasi məhbus məsələsi" adlandırırlar”.
Deputatın fikrincə, digər məsələ bu diplomatların Azərbaycanda məhkəmə hakimiyyətinə kobud müdaxiləsidir ki, bu da yolverilməzdir. Vüqar İskəndərov deyir ki, Azərbaycanda məhkəmə müstəqildir, məhkəmənin qərarları onların mübahisə və ya müzakirə predmetinə çevirə bilməz. Vüqar İskəndərov qeyd edib ki, bu şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə edirlər və Azərbaycanın məhkəmə sisteminə təzyiq etməyə çalışırlar.
“Təbii olaraq biz bu məsələni, deyilənləri rədd edir,bunu işlərimizə müdaxilə sayırıq. İnsan tutduğu peşəsindən, vəzifəsindən və statusundan asılı olmayaraq, hansısa cinayət törətdiyi zaman məhkəmənin qərarı ilə cinayəti sübut olunduqdan sonra cəza alır. Bu şəxs jurnalist, çilingər, siyasətçi, həkim də ola bilər. Hansısa peşəni sahibi məhkəmə hökmü ilə cinayət məsuliyyətinə cəlb olunursa, bunun siyasi bir motiv kimi hallandırılması qəti yolverilməzdir. Bu, cəmiyyəti çaşdırmaq cəhdidir”-deyən deputat bildirib ki, Azərbaycana belə təzyiqlər mütəmadi edilir və səbəbləri də bəllidir.
Deputatın fikrincə, Vətən müharibəsindəki qələbəmiz, güclü dövlətimiz, qətiyyətli,qlobal anlamda çox nüfuzlu prezidentimiz, getdiyimiz düzgün və uğurlu yol Qərb dairələrini ciddi narahat edir: “Bu səbəbdən bütün şər maşınlarını işə salaraq üstümüzə gəlməyə çalışırlar, yekunda heç nəyə nail ola bilmirlər. Çünki bizim getdiyimiz yol düz , uğurlu yoldur. Bu gün Azərbaycan cəmiyyətində artıq insanlar ağı qaradan ayırır, kimin kim olduğunu da yaxşı bilir. Monolit cəmiyyətimiz bunların xoşuna gəlmir və müxtəlif siyasi manipulyasiya alətlərindən istifadə etməyə çalışırlar. Xarici İşlər Nazirliyi tərəfindən cavab verilib, biz də qətiyyətlə belə məsələləri pisləyirik, yolverilməz olduğunu bildiririk. Yaxşı olar ki, onlar öz dövlətlərində olan problemləri görsünlər və aradan qaldırmaq üçün müvafiq addımlar atsınlar”.
Xatırladaq ki, dekabrın 4-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. Tədbirdə diplomatik missiyaların rəhbərləri, eləcə də ABŞ səfiri öz çıxışlarında deyiblər ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransı ilə bağlı gözləntilərin əksinə olaraq daha da pisləşib. Onlar siyasi məhbusları azad etməyə çağırıblar. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə etirazını bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Bu gün, 19:02 |
|
|
|
• Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:12 |
|
|
|
• Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Bu gün, 18:08 |
|
|
|
• Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Bu gün, 18:01 |
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31 |
|
|
|
• "TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27 |
|
|
|
• Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25 |
|
|
|
• Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17 |
|
|
|
• “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15 |
|
|
|
• "Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13 |
|
|
|
• Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10 |
|
|
|
• DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06 |
|
|
|
• Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01 |
|
|
|
• Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54 |
|
|
|
• AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53 |
|
|
|
• Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49 |
|
|
|
• Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37 |
|
|
|
• Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24 |
|
|
|
• Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18 |
|
|
|
• Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15 |
|
|
|
• Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14 |
|
|
|
• İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10 |
|
|
|
• İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00 |
|
|
|
• Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58 |
|
|
|
• MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55 |
|
|
|
• “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47 |
|
|
|
• Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44 |
|
|
|
• Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40 |
|
|
|
• Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38 |
|
|
|
• Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34 |
|
|
|
• Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24 |
|
|
|
• Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19 |
|
|
|
• Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17 |
|
|
|
• “Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08 |
|
|
|
• İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02 |
|
|
|
• “Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58 |
|
|
|
• Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53 |
|
|
|
• Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52 |
|
|
|
• Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50 |
|
|
|
|