"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Tarix: 5-10-2024, 14:42 | Çap et
 "Cəbrayılın azad edilməsi tarixi gündür. Çünki, Cəbrayıl erməni işğalından azad olunmuş ilk şəhərimizdir və bu şəhərin azad olunması digər rayonlarımızın da azad olunmasına yol açdı. Azərbaycan ordusu 44 gündə 300-dən çox şəhər və kəndimizi işğaldan azad etməklə tariximizin yeni bir səhifəsini yazmış oldu. Bu səhifə qəhrəmanlıq tariximizdir". Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, Azərbaycan xalqı öz haqqının tapdalanması ilə heç vaxt barışmayacağını döyüş meydanında sübut etdi: "Halbuki, torpaqlarımızın işğal altında olduğu 30 ildə bizi aldatmaqla, məğlubiyyətlə barışdırmaq istəyirdilər. Amma dövlət başçımız bütün görüşlərdə xalqımızın torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağını bəyan edirdi və danışıqlar yolu ilə ədalət bərpa olunmazsa, bunu güc yolu ilə edəcəyimizi açıq bildirirdi. Amma bizi işğalla barışdırmaq istəyənlər bizə münaqişənin güc yolu ilə həllinin olmadığını bildirirdilər. ATƏT-in Minsk Qrupunun misiyasının 28 ildəki fəaliyyətinin məqsədi də bu idi. Təbii ki, Fransanın və ABŞ-ın iştirak etdiyi missiyanın başqa bir xidməti ola da bilməzdi. Çünki, torpaqlarımızı işğaldan azad etməyimizdən sonra onların açıq sərgilədikləri münasibətdə biz bunu daha aydın şəkildə görürük. Bu gün Azərbaycan dövləti ermənilərin viran qoyduğu əraziləri yenidən qurur, bərpa edir. Keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Yeni şəhərlər və kəndlər salınır. Viran qoyulan yaşayış məntəqələrimizi də bütün dünya görür".
Deputat deyir ki, Ermənistan işğal etdiyi ərazilərimizdə azərbaycanlıların bütün mədəni, dini irsini yer üzündən sildi və bacardıqları qədər təhqir etdilər.
"Bu gün ermənilərin irsinin qorunması ilə bağlı bizə məsləhət vermək istəyənlər o vaxtı ermənilərin törətdikləri vəhşilkləri görmürdülər? Görürdülər. Amma özlərini görməzliyə vururdular. Çünki, onlara azərbaycanlıların əzilməsi lazım idi. Amma prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqımızın əyilməz ruhunu bütün dünyaya sübut etdi. Biz uzun illər bizə qarşı azərbaycanofob və islamofob baxışları olan qərb dairələrinə qalib gəldik. Onlar bu gün həmin ərazilərin yenidən bərpasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını həzm edə bilmirlər. Ona görə də Ermənistanı silahlandırırlar, Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar və yenidən bizə qarşı öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Halbuki, Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı bütün Qərb birləşib, silahdan başlamış bütün dəstəyini göstərirlər. Bizim günahımız nədir? Biz heç kimin dəstəyi olmadan öz ərazilərimizin bütövlüyünü təmin etmişik. Biz başqa bir ölkənin ərazisinə girməmişik. Amma bizim qələbəmizi, ədalətimizin bərpasını həzm edə bilmirlər. Təbii ki, hamı bilməlidir ki, bu gün qalib Azərbaycan var. 4 il əvvəl 44 gündə 300-dən çox yaşayış məntəqəmizi azad etmişdiksə, keçən il bir neçə saat ərzində keçirildiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarbağda erməni separatçılarının yuvasını dağıtdıq. Bu, Azərbaycanın qəhrəman ordusunun gücünün artdığını və hər bir təhdidə qarşı hazır olduğunu bir daha sübut etdi" deyən deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin nala-mıxa vurması heç də onlara yenidən özlərinin çirkin niyyətlərinin reallaşdırılmasına kömək etməyəcək və reallıq odur ki, bu gün güclü Azərbaycan, eləcə də ölkəni monolit birliyə çevirən böyük liderimiz var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58 |
|
|
|
| • Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə toxunulmazdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
| • COP30-la əlaqədar ezamiyyə normaları dəyişib - QƏRAR
Dünən, 17:57 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 17:37 |
|
|
|
| • Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı - FOTO
Dünən, 17:35 |
|
|
|
| • Əfvlə bağlı mühüm addım: tezliklə… – Açıqlama
Dünən, 17:28 |
|
|
|
| • Yeqoyandan müxalifətə təpki - Ermənistan-Azərbaycan dəmir yolunu mən yeməmişəm
Dünən, 17:26 |
|
|
|
| • "Böyük sənəti var, amma özünü idarə edə bilmir"
Dünən, 17:21 |
|
|
|
| • "Qəzet düşüncə gündəminin ədəbiyyatıdır" - Bahəddin Həzi
Dünən, 17:08 |
|
|
|
| • NATO-nun problemi ondadır ki, bizi dinləmir - Peskov
Dünən, 17:05 |
|
|
|
| • Mərkəzi Bankın yeni inzibati binasında girişə nəzarət sistemi 2 mln. manata başa gələcək
Dünən, 16:57 |
|
|
|
| • İcra hakimiyyətinin yarısı türmədədir... BƏS LÖKBATANI KİM SATIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:54 |
|
|
|
| • Moskvada qətl törədən Şahin Abbasova HÖKM OXUNDU - HADİSƏ ANI
Dünən, 16:48 |
|
|
|
| • Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir - Maqdalena Qrono
Dünən, 16:46 |
|
|
|
| • “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı -Yenilənib
Dünən, 16:44 |
|
|
|
| • “İnnovasiya və Təchizat Mərkəzi”ndən 4,9 milyon manata dərman sifarişi - GÖRÜN, KİMƏ...
Dünən, 16:41 |
|
|
|
| • Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib - FOTO
Dünən, 16:23 |
|
|
|
| • Nazirimizin atası vəfat edib
Dünən, 16:18 |
|
|
|
| • AzTV-dəki 26 milyon məsələsi böyüyür - Baş prokurorluq araşdırmaya başlayacaq?
Dünən, 16:16 |
|
|
|
| • “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 16:13 |
|
|
|
| • “Partiyaları ləğv etmək, maliyyə cəhətdən çökdürmək, onların üzvlərini təqib etmək Ramiz Mehdiyevin yolu olub...” - Etibar Məmmədovdan İLGİNC AÇIQLAMALAR
Dünən, 16:05 |
|
|
|
| • “Dünənki oyun sübut etdi ki, ölkədə futbol və "Qarabağ" kimi komanda var” - deputat
Dünən, 16:04 |
|
|
|
| • "Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil" - GİLEY
Dünən, 15:58 |
|
|
|
| • Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ - Vasif Talıbov tərəfindən yaradılmışdı
Dünən, 15:51 |
|
|
|
| • "Orada Mətanət varsa, quyruq bulamaq olmaz..."
Dünən, 15:49 |
|
|
|
| • Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb
Dünən, 15:47 |
|
|
|
| • "Qarabağ"-"Çelsi" oyunu azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti idi - "Daily Mail"
Dünən, 15:45 |
|
|
|
| • Əliyev ermənilərin gözlədiyi xəbəri verdi - Növbəti Rusiya olacaq
Dünən, 15:40 |
|
|
|
| • “Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər - ”Barselona”, ”Qalatasaray”...
Dünən, 15:25 |
|
|
|
| • DOST Agentliyinin sədrinə müşavir təyin edilib - DOSYE
Dünən, 15:23 |
|
|
|
| • “New York Times” Türkiyədən yazdı - “Vazkeçilməz Ərdoğan”
Dünən, 15:19 |
|
|
|
| • Qorxağın nüvə oyunu: o heç vaxt "qırmızı düyməyə" basmayacaq - AKTUAL
Dünən, 15:18 |
|
|
|
| • Turizm Agentliyi “Euronews”a 2 aylıq reklam üçün 425 min manat ödəyəcək
Dünən, 15:16 |
|
|
|
| • Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
| • Nazir onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:08 |
|
|
|
| • Canlı yayında rüsvayçılıq – Təhqir "Kainat gözəli" müsabiqəsini pozub
Dünən, 15:06 |
|
|
|
| • Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Dünən, 14:11 |
|
|
|
| • II Qareginin qardaşı KQB agentidir, bu, faktdır - Paşinyan
Dünən, 14:09 |
|
|
|
| • “Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
Dünən, 14:07 |
|
|
|
| • Ali Məhkəmə generalla bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 14:02 |
|
|
|
| • Müxalifət partiyaları qadağan edilməlidir - Kobaxidze
Dünən, 13:09 |
|
|
|
| • Azərbaycanın məşhur meyxanaçısı Rusiyada qadın bıçaqlayıb? - Dostu danışdı
Dünən, 13:07 |
|
|
|
| • “PAŞA Sığorta”ya yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
| • Günü bu gün Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq - Paşinyan
Dünən, 13:03 |
|
|
|
| • RİH Göyçayda yolların təmirinə 1,2 mln. manat xərcləməyi planlaşdırır
Dünən, 12:55 |
|
|
|
| • Ramiz Mehdiyevə zorla DÖVLƏT BORCUNU ÖDƏTDİRDİLƏR - TƏFƏRRÜAT
Dünən, 12:54 |
|
|
|
| • Rusiya Ukraynaya PUA-larla hücum edib, yaralılar var - Zelenski
Dünən, 12:53 |
|
|
|
| • Hazırda Azərbaycanda amnistiya ilə bağlı hazırlıq yoxdur - AÇIQLAMA
Dünən, 12:49 |
|
|
|
| • Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR - MÜRACİƏT
Dünən, 12:41 |
|
|
|
| • "Eurohome"un arxasında da Mehdiyev şəbəkəsi dayanıb? - Mağazası kül olan sahibkardan ilginc iddia
Dünən, 12:33 |
|
|
|
|