Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb .....                     Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub .....                     Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                     Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu .....                     Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? .....                     Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" .....                     Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? .....                     İcra başçısından yeni təyinat .....                     Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Generalın direktor qudası məhkəməyə verildi .....                     Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub .....                     Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! .....                     Qəzetlər HƏFTƏLİK OLUR? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb .....                     Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib .....                     “Mədəniyyət Nazirliyindəki qoçular ...” .....                     Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan .....                     Ermənistan bu kəndləri də qaytarır? .....                     Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir .....                     `Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU .....                     Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... .....                     Paşinyan qəzəbləndi, zalı tərk etdi .....                     Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi .....                     Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir .....                     Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... .....                     Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                 

Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu - Deputatın namizəd qızı...
Tarix: 16-08-2024, 12:27 | Çap et
Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu
Avqustun 9-da təbliğat-təşviqat kampaniyasının başlamasından sonra 4 il ortada görünməyən bəzi namizədlər yenidən görünməyə başlayıb. Onlardan bəziləri deputat kürsüsündə bundan sonra da kök salmaq istəsə də, bəziləri öz yerini gənclərə verməklə özlərinin “səxavətli” addım atmış olduğunu bir növ xalqa göstərməyə çalışırlar.

Əlbəttə ki, xalqın gözü tərəzidir və bu millət 30 illik müstəqillik tariximizdə Milli Məclisdə bir kəlmə də olsun danışmayan, onların dərdlərinə çarə tapmayan deputatları çox yaxşı tanıyır. Elə onların övladlarını da…
Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı marafonda bu gün Milli Məclisin qocaman deputatı sayılan Fəzail Ağamalı və onun qızı Günay Ağamalı barədə araşdırmanı təqdim edəcək.

29 illik parlament təcrübəsi olan Ana Vətən Partiyasının sədri 6 çağırış parlamentdə təmsil olunduqdan sonra nədənsə, özünə “dayan” deməyi bacarıb. Lakin maraqlısı budur ki, cənab Ağamalı dayansa da, formal olaraq bundan sonra da deputatlıq fəaliyyətini davam etdirəcək. 77 yaşlı sabiq parlamentari bu dəfə mandatını qızını hədiyyə vermək niyyətinə düşüb. Fəzail bəy parlamentə olan “eşqindən” vaz keçməyərək, bu dəfə qızının deputat eləmək niyyətindədir.

Bundan əlavə, Fəzail Ağamalının ölkədə “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevlə yanaşı da adı dəfələrlə hallanıb. Hətta onların adlarını bərabər yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini isə xatırlatmağa dəyər:

“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək. Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”,– deyə cənab Ağamalı bir zamanlar söyləyib.

Xülasə, onun siyasi karyerası, deputatlıq dövrü və gilasın qiymət ilə səsləndirdiyi sensassional fikirlərə toxunub oxucularımızı yormaq istəmirik. Necə deyərlər, keçənə güzəşt… Bizim üçün bu gün maraqlı olan şəxs Fəzail müəllimin öz yerini qızına vermək istəməsidir. Bəli, Günay Ağamalı mediada bir o qədər də tanınan şəxs olmayıb. Əsasən, atasının partiyasında vəzifə tutan, arabir saytlarda açıqlamaları ilə çıxış edən Günay xanım bu dəfə atasının “şotuna” kartlarını açıq oynayaraq, Milli Məclisin deputat kreslosunun əzəmətini də dadmaq istəyir.

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı ixtisasca psixoloqdur. O, eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.

Dövri mətbuatda gedən məlumatlara görə, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən, ümumi sahəsi isə 617,24 kv.m obyekt xanım Ağamalıya aiddir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir.

Xanım Ağamalını mediada “məşhur” edən hadisə isə rəhbərlik etdiyi bağçada verən və ölkədə ajiotaj yaradan hadisələr olub. Bununla bağlı mediada gedən yazını olduğu kimi təqdim edirik:

“Qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” bağçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.

Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası F. Ağamalının mövqeyini də qınamış və bağça müdirini isə özbaşınalığa görə ittiham etmişdi:

Günay Ağamalı mediada hansı hadisə ilə “MƏŞHUR” oldu

“Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır”.

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, xanım Ağamalı dəxli olmadığı halda, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Beləliklə, Günay Ağamalının müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olmasının səbəbi gün işığı kimi üzə çıxır. Halbuki, Salyan və digər rayon sakinləri onu heç tanımırlar və daha layiqli namizədə səs verəcəklərini bildiriblər.

Qısacası, baş verənlər mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Onları başa salmaq lazımdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.

Mövzunu davam etdirəcəyik…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Bu gün, 16:26
Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:21
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Bu gün, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Bu gün, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Bu gün, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Bu gün, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Bu gün, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Bu gün, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Bu gün, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Bu gün, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Bu gün, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Bu gün, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Bu gün, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28
Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12
Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 11:59
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Bu gün, 11:57
Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu
Bu gün, 11:56
Ermənistan bu kəndləri də qaytarır? - gözlənti
Bu gün, 11:54
Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir - Dövlət Xidmətinin rəisi
Bu gün, 11:52
`Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU - Özü isə bu barədə susur...
Bu gün, 11:48
Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20
Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00
Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru