“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən .....                     Həbsxanadakı uçqunda ölən Mustafayev niyə həbs edilmişdi? .....                     Paşinyan kilsəyə niyə müharibə elan edib? .....                     Fazil Mustafa Daş Salnamə Muzeyində moda həftəsinin keçirilməsinə etiraz edənlərə: .....                     Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət: 4-ü eyni ildə yaradılıb .....                     İran Azərbaycana yeni səfir təyin edib .....                     Yağış yağacağı ehtimalı var .....                     Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi .....                     İcbari Tibbi Sığortada TENDER SAXTAKARLIĞI... .....                     AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib .....                     Hakan Fidan Rusiya-Ukrayna görüşünün keçirələcəyi yerə gəlib .....                     “Güllələyin, divarı yaşıla boyayın!” .....                     Fransa şirkətlərinin Sünikdə infrastruktur layihəsinin həyata keçirilməsində iştirakı planlaşdırılır .....                     ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR .....                     “SOCAR Midstream”də təyinat olub .....                     İTV rəqsə görə jurnalisti işdən çıxarıb? .....                     Azərbaycan və Türkiyə orduları lazım gələrsə bir ordu kimi hərəkət etməlidirlər .....                     Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir .....                     Həbsxanadakı uçqunda yaralanan məhkum öldü .....                     Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? .....                     Xaçmazda 2 il əvvəl itkin düşmüş qadını öldürən şəxsin kimliyi .....                     Neftçilər Mikayıl Cabbarovdan nəyi xahiş etdilər... .....                     30 il keçib... hələ də haqqlarını bərpa edə bilmirlər... .....                     "Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb .....                     "Arxiv İdarəsi mənə lazım olan sənədləri bilərəkdən saxtalaşdırır" .....                     Mehinin maşınını hansı müğənni CIZDI? .....                     “Grand-Mart” məhsulu üzərindəki qiymətdən baha satdığı üçün .....                     “Viva Desserts"də müştərinin aldadılması halı aşkarlanıb .....                     Dövlət Agentliyi “Zeytun Pharmaceuticals” barəsində iş qaldırıb .....                     Dağlarda qurulan dağ kimi birlik .....                     “...Köçəryan hakimiyyətə qayıdacaq və fəlakət baş verəcək” .....                     Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb .....                     Deputatın şirkəti ÖZÜNƏ YIĞIŞANA OXŞAMIR .....                     Naxçıvan YENƏ DƏ BLOKADADADIR... .....                     “Azərtaxıl”ın çörəkbişirmə müəssisəsi adını dəyişdi .....                     Kəlbəcərdə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb .....                     "Agro Nova " MMC-nin 85 min manatdan çox vergi borcu var .....                     Ağstafada 45 illik örüş sahələrindən istifadə QADAĞAN edildi .....                     Paşinyan 50 illik yubileyini Göyçə sahilində qeyd etdi... .....                     Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib .....                 

İranın sui-qəsdinə məruz qalan deputat bu ölkədəki seçkidən DANIŞDI
Tarix: 10-07-2024, 18:01 | Çap et
İranın sui-qəsdinə məruz qalan deputat bu ölkədəki seçkidən
Məlum olduğu kimi, İranda keçirilən prezident seçkilərinin qalibi ikinci turda seçici səslərinin 53,3 faizini qazanan Məsud Pezeşkian olub. İranın 9-cu prezidenti olacaq Pezeşkianın seçilməsi ölkə əhalisi arasında da böyük rəğbətlə qarşılanıb.

Azərbaycanlı ailədə dünyaya gələn Məsud Pezeşkian, görəsən, İran xalqının xilaskarı olacaqmı?

Ölkədəki qadağaların, sanksiyaların qarşısını almaqda onun hansı rolu olacaq?

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya mövzu ilə bağlı fikirlərini belə şərh edib:
“Türkəsilli namizədin İranda prezident seçilməsi bu ölkə üçün müəyyən perspektivlər yaradır. Amma İranda problem hakimiyyətlə deyil ki, İranda problem xalqladır. Din və məzhəb mərkəzli düşüncəsi olan xalqın fəlsəfi düşüncəsi olmaz, sosialoji düşüncəsi olmaz. Onlar 10 adım o tərəfi görməzlər. Düşüncə məsələsində həmişə ancaq zahiri simpatiya üzərindən addımlar atarlar. Bu hadisələr də onu göstərir ki, hələ də ümid var ki, bu formada hansısa bir dəyişikliklərin baş verə bilr.
Təbii ki, İranda bir prezidentin haradasa 10-15%-lik konstitusyon salahiyyəti var ki, icra funksiyası olaraq nələrisə yerinə yetirsin. Amma fundamental dəyişiklik aparmağa ancaq Ali Dini Liderin gücü çatar. Ali Dini Lider də sistemin bu şəkildə sona qədər qoruyucusundan başqa bir şey edə bilməz.

Etsə belə çevrəsi onu məhv edər və nələrinsə edilməsinə çevrəsi imkan verilməz. Çünki bu xarakteristik sistem İraqdakı sistem deyil. Bunun arxasında 1400-lik bir dini ənənə yatır və bu ənənənin də alt qatlarında böyük bir kütlə var ki, bu inançla bunun ardınca gedir. Onlar dünyanın yeniləşməsi, dünyanın dəyişməsi deyə bir anlayışa baxmırlar. Onlar sadəcə bu prizmadan yanaşırlar ki, bizim dəyərlərimiz var və dünya necə inkişaf edir etsin, bu dəyərlərə yanlış da olsa, doğru da olsa toxunmaq olmaz.

Ona görə də, burada dəyişlik İraqda və ya Suriyada olan dəyişlik deyil. Çünki oradakı rejimlər bir az daha yeni dövrün dəyərləri üzərindən formalaşan, bir az da tribalist xarakter daşıyan rejimlərdir. Təbii ki, əsasını dini ənəniyyət dayandırmağa çalışsalar da bu bir az süni bir yanaşma idi.

Amma burada demək bütövlükdə İslam dövlətindən də daha çox Sasani bir imperatorluğunun ənənələrini İslam adı ilə yaşadan bir cəmiyyətdən söhbət gedir. Qeyd edim ki, son vaxtlar bizdə də bu xəstələrin sayı çoxalıb”.

F. Mustafa bildirir ki, İranda yaşamaq istəməyib, amma oradakı yaşamı Azərbaycana gətirmək istəyən bu müəyyən dərəcədə gerilikçilərin sayı kifayət qədər çoxdur:

“Biz də bu təhlükə ilə nə zamansa qarşılaşa bilərik. Ona görə də İranda hansısa yeni bir açılım yaratmaq bir prezident üçün olduqca çətindir. Amma müəyyən bir fərdi simpatiyası, müəyyən hadisələrə baxış bucağı təbii ki, bir “molla” zehniyyətindən biraz fərqli ola bilər.

Yəni daha yenilikçi bir baxış ortaya qoya bilər. Həm də bir az da həkim kimi cəmiyyətin xəstəliyini daha rahat görə bilər. Cəmiyyətə dərmanı addım-addım çatdıra bilər, onu sağaltmağa çalışa bilər.

Hər halda belə bir ümidlərin olması normaldır. Amma bu ümidlərin doğrulması mütləq bəlli bir təhlillər aparılaraq nəticəyə gələ bilər. Bəzən təhlillər aparanda görürsən ki, bir prezident statusu ilə bunu etmək çox ağırdır.

Çünki İran dövləti prezident üstü qurumlar vasitəsilə idarə olunur. Burada, Bəsic, Sepah, Ali Dini Liderin bəlli bir böyük çevrəsi və bu kimiləri aid etmək olar. Ona görə də, bu məsələlər çox mürəkkəb məsələlərdir.

Amma qaçılmazdır ki, İran yeni dövrə, yeni dünyaya mütləq açılmalıdır. Bu qapalılıq İran cəmiyyəti üçün həm də iqtisadi cəhətdən də çox böyük bir sıxıntı yaşadır. İdeoloji, mənəvi, məişət və başqa aspektlərdə olduğu kimi iqtisadiyyatda böyük bir sıxıntı yaşadır. Dövlət olaraq uzun illər ərzində təcrid olunmuş, sanksiyalar altında qalmaq təbii ki, insanları bezdirir. Məncə bu istiqamətdə bir şeylər düşünülməlidir”.

İrandakı qurumların Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına mane olmasına toxunan deputat deyir ki, Azərbaycan əslində İranla hansısa problem yaşamaq istəməyən dövlətdir:

“Əslində keçmiş prezident Rəisi də Azərbaycanla normal münasibətlərə maraq göstəririb. Pragmatik siyasətçi həmişə belə düşünməlidir ki, yuxarıda bir qonşum var. Qonşumla da müəyyən dərəcədə tarixi bağlarımız var. Elə etmək lazımdır ki, qonşumuzla daha yaxşı münasibətlər sərgiləyək və bir-birimiz ilə dost olaq. Ən azı iqtisadi maraqlarımızı təmin edək. Çünki daşınma xərcləri və digər məsələlərdə başqa ölkələrlə nisbətdə İrandan daha rahatdır və bizim üçün də əlverişlidir.

Amma bunun əvəzinə, bu qonşuya narkoti ötürək, digər tərəfdən onun düşməni Ermənistanı dəstəkləyək deyə bir anlayışı İranda gündəmə gətirənlər, təbii ki, pərdə arxasında olan əsas qüvvələrdir. Bu baxımdan da bu sindromu sındırmaq lazımdır. Azərbaycanın İranla bağlı hər hansısa bir iddiası, hər hansısa bir problemi yoxdur. Təbii ki, orada soydaşlarımız məsələsi də var. Amma soydaşlarımız da hansısa, neçə faizi dünyəvi dövlətin tərəfdarıdır, bunu müəyyən eləmək lazım. Çünki bizim üçün əsas kriteriya dünyəvi dövlətin qorunmasıdır.

Yəni burada, deyək ki, İrancı düşüncədən Azərbaycan dövlətinə baxış əgər olan insanların sayı çoxdursa, bu bizim üçün o qədər arzu olunan deyil. Bizə daha çox İranda olan dünyəvi dövlət modelini seçən insanların münasibəti maraqlıdır. Bu baxından da biz, yəni İranın nə rejiminə, nə deyək ki, onun hansısa bir şəkildə problemlərinə yönəlik bir narahatçılıq özümüzdə ehtiva etmirik.

Biz əksinə çalışırıq ki, normal münasibət olsun ki, iqtisadi əlaqələri inkişaf etdirək. Amma İranın Ermənistan üzərindən Azərbaycana müəyyən təhdid və təzyiqləri həm effekt vermədi, həm də İranın özünü gülünc bir vəziyyətə qoydu. Çünki durub birdən birə Ermənistan himayəçisi kimi çıxış edən dövlətlərlə bir sırada olmaq, həmin dövlətlərdən tapışırıq almaq deməkdir.
Yəni Amerika ilə Fransanın və ya başqa dövlətlərin Ermənistana münasibəti ilə İranın münasibətinin bir fərqini görürükmü? Əlbəttə ki, xeyr! O baxımdan da İran bu siyasətdə karakterlər etsə, Azərbaycanla da normal münasibətlər qurula biləcəkdir. Azərbaycanda artıq səfirin açılması bu istiqamətdə müsbət addımdır.
Digər tərəfdən İranın Azərbaycan ərazisində narkoti ötürməsi bir dövlət siyasəti olaraq artıq özü tərəfindən pislənməlidir və bunun qarşısını almağa çalışmalıdırlar. İranın Azərbaycanda hansısa bir İran mərkəzli quruluşlar yaratması və Azərbaycan cəmiyyətinin alt qatlarında ideoloji təbliğatını aparması dayandırılmalıdır”.

Deputat deyir ki, İranın müəyyən terrorçu qruplarla əlaqəsi kəsilməlidir və bu halda Azərbaycanla bir problem yaşanmaz:“Ölkə Prezidenti ilə İranın mərhum prezidenti arasında Qız qalası su anbarı, Xudafərin su anbarı üzərində başlayan dostluq münasibətlərini davam etdirmək lazımdır.Yəni bu ruhda hərəkət etsək, məncə problemləri daha aydın, şəffaf şəkildə ortaya qoyub, bir-birimizdə konfliktli ölkələr yox, daha çox bir-biri ilə normal qonşuluq münasibəti saxlayan ölkələrə çevrilə bilərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
Bu gün, 13:15
Həbsxanadakı uçqunda ölən Mustafayev niyə həbs edilmişdi? - CİNAYƏT DOSYESİ
Bu gün, 13:08
Paşinyan kilsəyə niyə müharibə elan edib? - “Nezavisimaya qazeta”
Bu gün, 13:05
Fazil Mustafa Daş Salnamə Muzeyində moda həftəsinin keçirilməsinə etiraz edənlərə: - “Çimərlikdə keçirsinlər?”
Bu gün, 12:58
Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət: 4-ü eyni ildə yaradılıb - AY MAŞALLAH...
Bu gün, 12:51
İran Azərbaycana yeni səfir təyin edib
Bu gün, 12:48
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Bu gün, 12:38
İcbari Tibbi Sığortada TENDER SAXTAKARLIĞI... - TƏFƏRRÜAT
Bu gün, 12:26
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:20
Hakan Fidan Rusiya-Ukrayna görüşünün keçirələcəyi yerə gəlib - FOTO
Bu gün, 12:13
“Güllələyin, divarı yaşıla boyayın!” – Paşinyandan ironik cavab
Bu gün, 12:09
Fransa şirkətlərinin Sünikdə infrastruktur layihəsinin həyata keçirilməsində iştirakı planlaşdırılır - Kostanyan
Bu gün, 12:05
ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR - Şəxsiyyət vəsiqəsi üçün müraciət etdi, amma…
Bu gün, 11:52
“SOCAR Midstream”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
İTV rəqsə görə jurnalisti işdən çıxarıb? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:41
Azərbaycan və Türkiyə orduları lazım gələrsə bir ordu kimi hərəkət etməlidirlər - Araz Aslanlı
Bu gün, 11:37
Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir - İcazə verin şübhələnək...
Bu gün, 11:35
Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı
Bu gün, 11:29
Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? - İLGİNC TƏFƏRÜAT
Bu gün, 11:18
Xaçmazda 2 il əvvəl itkin düşmüş qadını öldürən şəxsin kimliyi MƏLUM oldu
Bu gün, 11:13
Neftçilər Mikayıl Cabbarovdan nəyi xahiş etdilər... - MÜRACİƏT
Bu gün, 11:09
30 il keçib... hələ də haqqlarını bərpa edə bilmirlər... - "Bizim üçün önəmli olan..."
Bu gün, 11:00
"Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb - CƏZA KƏSİLDİ
Bu gün, 10:54
"Arxiv İdarəsi mənə lazım olan sənədləri bilərəkdən saxtalaşdırır" - NARAZILIQ VAR...
Bu gün, 10:52
Mehinin maşınını hansı müğənni CIZDI? – “Nə qədər cılız insan olmalısan ki...”
Bu gün, 10:47
“Grand-Mart” məhsulu üzərindəki qiymətdən baha satdığı üçün barəsində iş qaldırılıb
Bu gün, 10:44
“Viva Desserts"də müştərinin aldadılması halı aşkarlanıb - RƏSMİ
Bu gün, 10:35
Dövlət Agentliyi “Zeytun Pharmaceuticals” barəsində iş qaldırıb
Bu gün, 10:34
Dağlarda qurulan dağ kimi birlik - Ədalət Verdiyevin yazısı
Bu gün, 10:32
“...Köçəryan hakimiyyətə qayıdacaq və fəlakət baş verəcək” - GƏLİŞMƏ
Bu gün, 10:30
Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 10:27
Deputatın şirkəti ÖZÜNƏ YIĞIŞANA OXŞAMIR - AÇIQLAMA
Bu gün, 10:25
Naxçıvan YENƏ DƏ BLOKADADADIR... - NARAZILIQ VAR...
Bu gün, 10:23
“Azərtaxıl”ın çörəkbişirmə müəssisəsi adını dəyişdi
Bu gün, 10:14
Kəlbəcərdə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb - AÇIQLAMA
Bu gün, 10:12
"Agro Nova " MMC-nin 85 min manatdan çox vergi borcu var
Bu gün, 10:11
Ağstafada 45 illik örüş sahələrindən istifadə QADAĞAN edildi – Kəndlilər çıxılmaz VƏZİYYƏTDƏ
Bu gün, 09:48
Paşinyan 50 illik yubileyini Göyçə sahilində qeyd etdi... - FOTO
Bu gün, 09:42
Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib - FOTO
Bu gün, 09:38
Tanışının xəstə qızına əxlaqsızlıq edən şəxsə AĞIR CƏZA
Bu gün, 09:36
Tanınmış ekspert vətəndaşları UYARDI - "Mütəmadi olaraq..."
Bu gün, 09:26
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - DETALLAR
Bu gün, 09:06
Azərbaycanda 29 minlik şirkət bağlanır
Bu gün, 09:04
Şuşanın itirildiyi format yenidən gündəmdə: Bakı razılıq verəcəkmi? - AKTUAL
Bu gün, 09:03
FETÖ-yə görə saxlanılan universitet müəlliminin işində YENİ FAKTLAR - TƏFƏRRÜAT
Bu gün, 09:01
"Avrora-çay" ASC-nin rəhbərliyi dəyişəcək
Bu gün, 08:58
Əliyevin dediyi ifadə Ermənistanın siyasi lüğətinə düşdü – İlk dəfə
Bu gün, 08:50
Hindistan və İranın ZƏNGƏZUR SANCISI... - NƏ ETMƏLİ?
Bu gün, 08:48
Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu – “Fikirləşin, niyə?”
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru