Şirvan Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərrux Bayramovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, 1979-cu il təvəllüdlü Fərrux Bayramov tanışının qızı, Salyan Rayon Mərkəzi Xəstəxanasında “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 2009-cu il təvəllüdlü S.S.-i (adı, soyadı şərtidir) 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda görüşmək bəhanəsi ilə yaşadığı fərdi yaşayış evinə dəvət edib. Sonra o, zəiflik vəziyyətindən istifadə etməklə yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar qıza seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətə azadlıqdan mərhum edilib.