Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 94,6 milyon dollar olub.
Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 619,1 milyon dollar və ya 5,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin iyun ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 713,7 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.