“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” .....                     Paşinyandan II Qaregini növbəti ifşa .....                     Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB .....                     Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar .....                     Məhkəmə binasında insident .....                     "Hədlərini aşırlar, yerlərini bilsinlər" .....                     Məlahət İbrahimqızı: “QHT biznesi lideri” .....                     Bakı sözünü dedi: .....                     BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib .....                     Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... .....                     Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir .....                     Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" .....                     Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                     “AZSIĞORTA” ASC-də yeni təyinat olub .....                     Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi .....                     Gəncə niyə kriminal şəhər kimi TANINIR? .....                     Küləyin törətdiyinə niyə cavabdeh oluram? .....                     Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı .....                     Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır .....                     Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .....                     Manatın məzənnəsi haqda kritik proqnoz .....                     “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək .....                     Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? .....                     Əmək müqaviləsi ləğv edilmiş işçilər... .....                     "Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? .....                     Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi .....                     KAPİTAL BANK bax, belə problem yaradır .....                     Trampın İran siyasəti iflasa uğrayır? .....                     Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... .....                     Bakının o qərarından sonra... .....                 

“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Tarix: 3-06-2025, 16:05 | Çap et

“Həm özümün, həm də anamın diş müalicəsi üçün həkimə güvənərək öncədən ödəniş etmişəm. Stomatoloq işləri icra etməyib və artıq bir ildir ödənişi geri ala bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Orxan Əliyev müraciət edib.

Onun iddialarına görə, həkim Zeynalabdin Allahyarovun onlara ümumi 5140 manat borcu var: “2024-cü ilin mayında anamın dişlərinin müayinə və müalicəsi üçün Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən “Loft Dent – Stomatoloji Klinika”sında həkim-stomatoloq vəzifəsində çalışan, Zeynal adı ilə tanınan Allahyarov Zeynalabdin Məmməd oğluna müraciət etmişdim. Müayinələrdən sonra 6 ədəd implant və 24 ədəd dişin düzəldilməsinə razılaşdıq. Anamın dişlərinin düzəldilməsinə görə onun göndərdiyi kart hesabına öncədən 4800 manat ödəniş etmişəm. Bundan sonra həkim 6 ədəd implant əməliyyatını icra etdi. Əməliyyatdan sonra damağın sağalması üçün təxmini 3 ay müddət lazım olduğundan, daha sonra öz dişlərimin müalicəsi üçün Zeynal həkimə müraciət etdim. Özüm üçün 1 ədəd implant və 4 ədəd diş qapağı-zirkon üçün ümumilikdə Zeynal həkimin göndərdiyi kart hesabına 1490 manat ödəniş etmişəm. Bunlardan mənim üçün yalnız 1 ədəd implant əməliyyatı icra olunub”.

Vətəndaşın sözlərinə əsasən, həm anası, həm də özü damaq sağaldıqdan sonra dəfələrlə adıçəkilən həkimə müraciət etsələr də, stomatoloq müxtəlif bəhanələr gətirib: “Gah pnevmoniya olduğundan xaricdə müalicə aldığını bildirir, gah da ünvanını dəyişdiyini və yeni bir mərkəzə köç ilə əlaqədar zamana ehtiyacı olduğunu bildirərək özünə əlavə zaman qazandırırdı. Uzun müddətdən sonra Mövsüm Sənani 139a ünvanında yerləşən “Face art Clinic”də fəaliyyət göstərdiyini bildirdi və bizi ora çağırdı. Hər dəfə gəldiyimizdə heç bir iş icra etmir, diş texnikləri tərəfindən xətalı dişlər hazırlandığını bəhanə gətirərək təkrar ölçülər götürürdü. 2-3 dəfə bizi qəbul etdikdən sonra yenidən nə zənglərə, nə də mesajlara cavab verdi. Daha sonra klinikadan məlumat almaq istədiyimizdə onun artıq burada da işləmədiyini bildirdilər. Uzun müddətdən sonra nəhayət onunla əlaqə saxlaya bildim və özünə şəxsi klinika açdığını, bizi ora çağıracağını bildirdi. Bütün bu olanlardan sonra həkimə artıq inanmadığımı bildirdim və icra olunmamış işlərin ödənişini geri qaytarmağını tələb etdim. Bu tələbdən sonra həkim yenə nə zənglərə, nə də mesajlara cavab verirdi. Bir müddət aradan sonra öyrəndim ki, Zeynal həkim Bakı şəhəri, Kaveroçkin küçəsi 127 ünvanında yerləşən “L.A Dent Stomatoloji klinika”da fəaliyyət göstərir. Klinikada üz-üzə görüşümüz zamanı ödənişi geri qaytaracağını bildirsə də, bu günə kimi etməyib”.

Orxan Əliyev deyir ki, aldığı məlumata görə, həkimin bu hərəkətlərindən şikayətçi olan tək o deyil. Belə ki, xeyli sayda pasiyentin başına oxşar hadisə gəlib: “Son işlədiyi klinikaya gedən zaman narazı pasiyentləri görərək əyanı şahid oldum. Həkim də buna görə klinikaya gəlmirdi. Həkimin ödənişi geri qaytarmaması səbəbindən və mənim əlavə vəsaitim olmadığından nə anamın, nə də öz dişlərimin müalicəsini başqa yerdə icra edə bilirəm. Natamam işlər səbəbindən anamın damağında qanaxmalar, yaralar, çirklər və implantda əyilmələr, həmçinin məndə qapaqöncəsi hazırlıqlar (diş kanallarında müalicələr, diş yonulmaları, plomblar) etdiyimdən və nəticədə dişlərim kövrək olduğundan, artıq dişlərimdə zədələnmələr və çürümələr baş verir.

Həmçinin başqa bir həkimə müraciət etdiyim zaman anam üçün icra olunmuş implant əməliyyatlarında ciddi səhvə yol verildiyindən, çənəyə olunan 4 ədəd implant sökülməli, yerinə sümük köçürülmə əməliyyatı icra olunmalı, daha sonra yeni implantlar qoyulmalıdır ki, bunlar da mənim xərclərimi daha da artırır”.

Şikayətçi həkimlə sonuncu dəfə mayın 20-də danışa bilib. Z.Allahyarov ona ödənişi edəcəyini desə də, pulunu geri qaytarmayıb. Buna görə də o, şikayət ərizəsi ilə polisə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş Orxan Əliyev şikayəti üzrə polis orqanına dəvət edilib: “Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunub”.

Şikayətlə əlaqədar həkim-stomatoloq Zeynalabdin Allahyarovla da əlaqə saxladıq. O, məsələyə münasibət bildirmək istəmədi, iddialar haqda şikayətçinin özü ilə danışacağını əlavə etdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Bu gün, 12:08
Paşinyandan II Qaregini növbəti ifşa
Bu gün, 12:03
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Bu gün, 11:55
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Bu gün, 11:50
Məhkəmə binasında insident - Uşaqlarını görmək istəyən anaya bıçaq atılıb
Bu gün, 11:46
"Hədlərini aşırlar, yerlərini bilsinlər"
Bu gün, 11:37
Məlahət İbrahimqızı: “QHT biznesi lideri” - SENSASİON MƏLUMAT
Bu gün, 11:33
Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Bu gün, 11:29
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05
Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54
"Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? – ŞOK FAKTLAR
Bu gün, 09:12
Əmək müqaviləsi ləğv edilmiş işçilər... - Ekspert danışır...
Bu gün, 09:08
"Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:04
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:55
Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi - səbəblər
Bu gün, 08:45
KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Bu gün, 08:41
Trampın İran siyasəti iflasa uğrayır? - GƏLİŞMƏ
Bu gün, 08:35
Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... - SİYAHI
Bu gün, 08:31
Bakının o qərarından sonra... - Rusiyanın casus yuvalarının sonu
Bu gün, 08:28
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru