Paytaxtın “Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.
"DİA-AZ" xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərdən bəziləri İTV-yə bildiriblər ki, onlara təklif edilən kompensasiya məbləği ilə razı deyillər.
Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: “İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.
68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: “Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”.
Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub. Həmçinin qeyd edilib ki, aparılan söküntü işləri məcburi deyil.
Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir.
Daha ətraflı: