“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Viva Desserts" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, şirkət tərəfindən qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.