Xəbər verdiyimiz kimi Xaçmazda iki il əvvəl baş verən qətlin üstü açılıb. Söhbət 2023-cü il iyul ayının 18-də itkin düşdüyü bildirilən 59 yaşlı Gülxar Cahangirovanın taksi sürücüsü tərəfindən öldürülməsindən gedir.
Bizim.Media-nın yerli bürosu 59 yaşlı qadını qətlə yetirən taksi sürücüsünün kimliyini öyrənib.
Məlum olub ki, qətli Xaçmaz şəhər sakini Xəqani Vaqif oğlu Rəhmətov törədib.
Cinayətin motivi, yəni görmə məhdudiyyətli qadının hansı səbəbdən öldürüldüyü açıqlanmır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının birgə məlumat yayacağı gözlənilir.