Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Grand-Mart” MMC barəsində iş qaldırıb.
Banker.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə cari ilin martında işə baxılıb.
Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb.
Bu maddəyə görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Grand–Mart” MMC 2008-ci ildə təsis edilib və şirkətin 12.02 milyon manat nizamnamə kapitalı var. Şirkətin təsisçiləri “Az Fast Moving Businness” MMC (50%) və “Unitrade Group” MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Ramil Məmmədli Əşrəf oğluna məxsusdur.