Ermənistan Baş naziri Nikol Paşinyanla kilsə arasında gərginlik davam edir.
Globalinfo.az xəbər verir ki, bu dəfə Paşinyan hazırkı vəziyyəti Sovet dövrünün zarafatı ilə müqayisə edib.
“O vaxt Qızıl Meydanda “Siyasi Büronu güllələyin, Kremlin divarlarını yaşıl rəngə boyayın” yazılmış vərəqələr tapılır. Erməni radiosu da cavab verir ki, niyə yaşıl? Başa düşdüyüm qədər, mayın 29-da paylaşımlarımdan birinə cavab da belədir: “Niyə tullantılar?”. Düşünürük ki, küfr edən “müqəddəslər” məsələsi həll olunmalıdır. Onlarla bağlı təklifləri, iradları, tənqidləri gələcək yazılarımda nəzərə alacağam”, – deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk səhifəsində yazdığı status müzakirələrə səbəb olub. Onun “Həzrətləri, get dayının arvadını döyməyə (daha sonra bu ifadə təhqirlə əvəzlənib – red.) davam et, mənimlə nə işin var?” yazması birmənalı qarşılanmayıb.
Ondan əvvəl N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişdi. Buna görə də onun sözügedən paylaşımda ermənilərin katolikosu II Qaregini nəzərdə tutduğu ehtimal edildi.