Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı neftci Bahəddinin SOCAR-ın Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova müraciətini ictimailəşdirib. Biz də "DİA-AZ" olaraq NHMT sədrinə istinadla həmin müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli Mikayıl müəllim, məlumatda deyildiyi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Ziba Mustafayeva digər təşkilatlarin peşələri ilə maraqlanir, tədbirlərdə iştirak edir.
Bəlkə siz köməklik edəsiniz, Ziba xanim 2 ilə yaxin fəalliyyəti ərzində Azneft İB-nin Neft Qaz Çıxarma İdarələrinin sahələrində çalışan, neftin hasilatında birbaşa istirak edən "neft qaz çixarma operatorları" və "Hasilatın İdarəetmə Xidmətlərinin nümayəndələri" ilə nə vaxt analoji tədbirlər keçirib onlarla görüşlərdə istirak edəcək, təklif və iradlarını dinləyəcəkdir?
Xüsusilə qeyd etmək istəyirik söhbət mahiyyət etibari ilə "Azercell" və sairə kimi şirkətlərin operatorlarindan deyil - SOCAR-da çalişan Neft Qaz Çıxarma operatorlarının karyera imkanları mövzusunda qarşılaşdığı problemlərdən gedir.
Ümüd edirik cənab prezident İlham Əliyevin sizlərə bu sahədə göstərdiyi etimada uyğun olaraq siz hasilatın və məhsuldarlığın yüksəldilməsində səmərəverici işlərin həlli istiqamətinə yönəlmiş bu görüşlərin baş tutmasında biz neftçilərə yardımçı olacaqsınız".