Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəlbəcər rayonu Məmmədsəfi kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə başladığı açıq tenderə yekun vurduğunu elan edib. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 188.130 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat portalda 29.05.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, elə həmin gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Kəlbəcər rayonu Qanlıkənd kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə keçirilmiş tenderin də nəticələri açıqlanıb. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin də qalibi “BUREAU MÜHİT” MMC seçilib və tərəflər arasında 189.620 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BUREAU MÜHİT” (VÖEN: 2006792941) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev.82, m.3, qanuni təmsilçisi kimi isə Bayramov Toğrul Şahin oğlu qeyd olunub.
Bəs Bayramov Toğrul Şahin oğlu kimdir. O, “Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB sədridir. Bayramov Toğrul Şahin oğlu həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür. O, 11 sentyabr 2021-ci il tarixində Komitədə gizli səsvermə yolu ilə keçirilən seçkilərdə vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu qazanan 11 nəfərdən biri olub, Şuraya üzv seçilib.
Bəs qanun necə, Bayramov Toğrul Şahin oğlunun qanuni təmsilçisi olduğu “BUREAU MÜHİT” MMC-nin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi satınalmalarda iştirakına yol verirmi?
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı (Satınalmalarda maraqlar toqquşması) maddəsində gıstərilir: 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
Belə olduğu təqdirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi buna necə yol verib?
Qey dedək ki, bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “BUREAU MÜHİT” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil. Belə ki, 20.05.2024-cü ildən 29.05.2025-ci ilə qədər tərəflər arasında ümumi dəyəri 1408180 manat olan 7 satınalma müqaviləsi bağlanılıb.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarındann da göründüyü kimi “BUREAU MÜHİT” MMC 18.06.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 sentyabr 2021-ci il tarixində keçirdiyi iclasından da məlum olur ki, MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçilib.
Qeyd edək ki, Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçildikdən səkkiz ay sonra Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə işbirliyinə başlayıb və 28.04.2022-ci ildən 01.11.2023-cü ilə qədər ümumi dəyəri 1 945 510 manat olan 8 satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qurumun İctimai Şurasının üzvü olan Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC ilə sob üç ildə 3 353 690 manat məbləğində satınalma müqavilələrim bağlayıb. Bütün bu müqavilər bir mənbədən satınalma metodu ilə bağlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Satınalmaları Haqqında” Qanunun digər tələblərini də pozub. Belə ki, sözügedən Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, elektron mediada yayılan məlumatlara görə Qarabağda görülən işlərə cəlb olunan “BİMD” QSC və “Feniks-AA” MMC də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yaxın şirkətlərdir. Qurumun sədri Anar Quliyev başda olmaqla digər rəsmi şəxsləri də mediada dərc olunmuş bu kimi məlumatlara münasibət bildirməyib. Bu da onların törətdikləri qanunsuzlarla razı olduqlarına bir işarədir.
Aktualinfo.org