Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər? .....                     İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı .....                     Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək .....                     Azərbaycana hücum Rusiya üçün intihar olar .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı .....                     "Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub .....                     "Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur” .....                     Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs .....                     Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? .....                     İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... .....                     "Təyyar da, Samir də böyük sənətkardır" .....                     ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma .....                     Paşinyan çətin sınaqda: onu nə gözləyir? .....                     "Tural Rəhimli bizi başdan aldadıb" .....                     Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir .....                     Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində .....                     Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə .....                     “Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub .....                     İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur .....                     Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir .....                     Ermənistada yeni Konstitusiya hazırlamaq üçün .....                     Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu .....                     Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? .....                     Papoyan Vaşinqton razılaşması barədə: .....                     Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq .....                     Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... .....                     "Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" .....                     Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: .....                     Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? .....                     Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub .....                     Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə .....                     "Azərsu"ya rəhmət oxudan "ADSEA"... .....                     Aliment borcuna görə həbslərin sayı getdikcə artır: .....                     Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb .....                     “Qarabağ” Çempionlar Liqasından .....                     Paşinyanın hansı sözü Trampı utandırııb?.. .....                     Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə .....                     Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi .....                 

Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... - İTTİHAM VAR...
Tarix: Bu gün, 11:00 | Çap et

“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 50 ildən çoxdur fəaliyyət göstərən “Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində yer alıb. Palatanın rəhbərliyinin iddiasına görə buna səbəb 1995-ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərekspertiza” birliyinin Nizamnaməsi kiril əlifbası ilə yazılmasıdır və birlik qeyri-kommersiya təşkilatıdır. Palata rəhbərliyi bunu qanuna uyğun yox öz daxili prosedurlara əsasən müəyyən edib.

Palatanın rəhbərliyinin bu addımı mövcud qanunvericiliyin pozulmasıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır.Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın rəhbərliyinin heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur”.

Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

“Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. Palatanın rəhbərliyinin iddialarına cavab olaraq Birlik tərəfindən bizim redaksiyamıza İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən arayışlar təqdim edilmişdir. Arayışlara əsasən “Azərekspertiza” Birliyi digər kommersiya təşkilatlarına aiddir və onun Nizamnaməsi hal-hazırda qüvvədədir. “Bu da öz növbəsində “Azərekspertiza” Birliyinin fəaliyyətinin tam qanuni olduğunu təsdiq edir”.

“Azərekspertiza” Birliyi tərəfindən qeyd edilib ki, hal-hazırdakı Palatanın sədri 2019-cu ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olarkən Birliyə 5 illik Şəhadətnaməni təqdim edib və Birliyin Nizamnaməsinin kiril əlifbası ilə yazılması məsələsini qaldırmamışdır.

Əsas səbəb isə hal-hazırda Palatanın sədrinə mənsub şirkətlərlə Birliyin eyni lahiyələrdə xidmət göstərməsidir. Palata rəhbəri tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan və bu günə qədər bizə təqdim edilməyən qərarın məqsədi “Azərekspertiza” Birliyini həmin lahiyələrdən uzaqlaşdırmaqdır və bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb.

Palata rəhbərinin bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək.

Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından sorğumuza belə cavab aldıq: “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda açıq şəkildə göstərilir ki, Palata qiymətləndiriciləri üzvlüyə qəbul edir və onların reyestrini formalaşdırır. Bununla paralel olaraq, Rəyasət Heyətinin keçirilmiş iclasında qəbul edilən qərar və qərardan irəli gələn reqlament əsasında, Palata həmin qiymətləndirici təşkilatın siyahısını formalaşdırır ki, qurumlar təşkilatları axtarıb tapmaq istədikləri zaman çətinlik çəkməsinlər. Hələ ki Palata formalaşmaq prosesindədir deyə bu addımı atmağa zərurət yaranıb.

“Azərekspertiza”ya gəldikdə isə onların qiymətləndiricilərini siyahıdan çıxarmamışıq. Qiymətləndiricilər siyahıdadır, onlar fəaliyyət göstərə və fəaliyyətlərini davam etdirə bilərlər. Lakin Palata “Azərekspertiza”nı uzaqlaşdırıb. Çünki dəfələrlə onların özlərinə şifahi və yazılı qaydada müraciət etdik ki, Nizamnamə dəyişdirilməlidir, “Azərbaycan dövlət dili haqqında” Qanuna uyğun olaraq latın qrafikalı əlifba ilə yazılıb verilməlidir. Amma onlar bunu icra etmədilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər?
Bu gün, 13:08
İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi
Bu gün, 13:01
Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək - “The Telegraph”
Bu gün, 12:59
Azərbaycana hücum Rusiya üçün intihar olar - Erməni ekspert
Bu gün, 12:57
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı - “Cavandır, uşağı var...”
Bu gün, 12:46
"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
Bu gün, 12:43
"Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur”
Bu gün, 12:37
Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs SƏRXOŞ OLUBMUŞ
Bu gün, 12:35
Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? - Russayağı ŞANTAJ
Bu gün, 12:34
İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:31
"Təyyar da, Samir də böyük sənətkardır"
Bu gün, 12:25
ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma - TƏFƏRRÜAT
Bu gün, 12:24
Paşinyan çətin sınaqda: onu nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 12:22
"Tural Rəhimli bizi başdan aldadıb" - İTTİHAM VAR...
Bu gün, 12:16
Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil - KİV
Bu gün, 12:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir - İLGİNC FAKTLAR
Bu gün, 12:03
Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində
Bu gün, 11:57
Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə - RİSALƏ
Bu gün, 11:54
“Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:50
İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur - ÇÜNKİ...
Bu gün, 11:48
Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir - TƏFƏRRÜAT
Bu gün, 11:43
Ermənistada yeni Konstitusiya hazırlamaq üçün İCLASLAR KEÇİRİLƏCƏK
Bu gün, 11:38
Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu
Bu gün, 11:36
Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? – 3 səbəb
Bu gün, 11:05
Papoyan Vaşinqton razılaşması barədə: - Ermənistan şok olacaq
Bu gün, 11:03
Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq - ATƏT
Bu gün, 11:02
Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... - İTTİHAM VAR...
Bu gün, 11:00
"Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" - NARAZILIQ VAR...
Bu gün, 10:58
Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: - Nadir hallarda içirdi, amma...
Bu gün, 10:54
Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? - Ermənişünas-alim açıqladı
Bu gün, 10:52
Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub
Bu gün, 10:42
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36
"Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24
Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19
“Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12
Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04
Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59
Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55
Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48
Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45
İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40
Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34
SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31
Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21
“Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov NET DANIŞDI
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru