Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində .....                     Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə .....                     “Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub .....                     İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur .....                     Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir .....                     Ermənistada yeni Konstitusiya hazırlamaq üçün .....                     Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu .....                     Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? .....                     Papoyan Vaşinqton razılaşması barədə: .....                     Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq .....                     Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... .....                     "Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" .....                     Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: .....                     Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? .....                     Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub .....                     Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə .....                     "Azərsu"ya rəhmət oxudan "ADSEA"... .....                     Aliment borcuna görə həbslərin sayı getdikcə artır: .....                     Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb .....                     “Qarabağ” Çempionlar Liqasından .....                     Paşinyanın hansı sözü Trampı utandırııb?.. .....                     Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə .....                     Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi .....                     Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? .....                     Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək .....                     Qurban Məmmədovun istintaqı başa çatdı .....                     İranı qarışdıran Azərbaycan xəritəsi .....                     Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? .....                     Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı .....                     Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı .....                     SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... .....                     Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq .....                     “Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" .....                     "Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır .....                     Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi .....                     Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... .....                     Burda müştərini hər addımda aldadırlar... .....                     Tramp Putinlə Alyaskada nə danışacaq? .....                     İranın Ermənistanı cəzalandırmaq planı .....                     Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... .....                 

Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Tarix: Bu gün, 10:36 | Çap et

“Vaşinqtonda İrəvan və Bakının memorandum imzalamasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq”.

“Yeni Müsavat” xəbər verir ki, bunu erməni türkoloq Mger Abramyan deyib.

“Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, - ekspert bildirib (Teleqraf).

Abramyana görə, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir.

Erməni analitik qeyd edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyana görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır.

O, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açması barədə bəyanatını da şərh edib: “Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq”.

Zəngəzur dəhlizində əsas söz sahibi kim olacaq? “Tramp yolu” nə dərəcədə uzunömürlü ola biləcək? Yaxud 8 avqust anlaşması post-Tramp dönəmində də öz qüvvəsini saxlaya biləcəkmi?

Siyasi ekspert Züriyə Qarayeva Türkiyənin bu prosesi təşviq etdiyini düşünür və Ankaranın səhnə arxasında mühüm rol oynadığını hesab edir. Onun fikrincə, NATO-nun cənub cinahına nəzarət Türkiyəyə həvalə olunub və bu səbəbdən Ankaranın bu təşəbbüsün reallaşmasında müstəsna əməyi olub. “Paşinyanın İstanbul səfəri və cənab Ərdoğanla görüşü təsadüfi deyildi. Hələ o zaman deyilirdi ki, Ermənistana bəzi təlimatlar verilib və xüsusən də dəhliz mövzusu müzakirə edilib. Fikrimcə, ”Tramp yolu" İstanbulda dəyərləndirilib. Bunun ardınca Əbu-Dabi görüşü, sonra Vaşinqtonda tarixi anlaşma, təbii ki, qardaş ölkənin hadisələrdə müsbət fəaliyyətini ortaya qoyur. Amma dəhlizə nəzarətə gəlincə, bu logistika Türkiyənin birbaşa himayəsi altında olmayacaq. Göründüyü kimi, 99 illik Amerika şirkətinə icarəyə verilir. Ona görə cavabdeh ABŞ və Ermənistandır. Hətta Trampdan sonra başqa biri prezident olsa belə, nəticə dəyişməyəcək. Çünki yol Trampa deyil, Amerikaya icarə ilə verilir. Türkiyənin isə marağındadır ki, onun müttəfiqi ABŞ-nin nəzarəti altında Zəngəzur dəhlizi açılsın. Erməni ekspertlərin söylədiklərinə baxmayın, onlar ictimai rəyə təsir üçün belə fikirlər səsləndirir. Onsuz da dəhliz və sərhədlər açılandan sonra Türkiyənin Ermənistana təsiri artacaq. Necə ki, Gürcüstanda bunu görmək olar",- ekspert belə dəyərləndirib.

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Türkiyə son gəlinən proseslərdə arxa kanal diplomatiyası ilə nəzərə çarpdı: “Əliyevlə Paşinyanın razılıqları, sözsüz ki, Türkiyə maraqlarını da ifadə edərək Ankaranın Vaşinqtonla Cənubi Qafqazdakı müştərək təmsilçilik münasibətlərini təşviq edir. Bundan irəli gələrək Azərbaycan, Türkiyə və ABŞ Yaxın Şərq regionunda, o cümlədən Suriyada, İraqda, Mərkəzi Asiyada üçtərəfli əməkdaşlıq modeli yarada bilərlər”.

Xatırladaq ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayıb.

Bu arada ABŞ Dövlət Departamenti “Tramp Marşrutu” adlanan və Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizi istiqamətində nəzərdə tutulan razılaşmanı pozmaq cəhdlərinə qarşı açıq mesaj verib. “Biz müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr qurmaq niyyətində deyilik. Bütün dünya bilir ki, Prezident Tramp ciddi qəbul olunmalıdır. Bu razılaşma onun üçün önəmlidir,” - Dövlət Departamentinin nümayəndəsi İran və ya Rusiya tərəfindən “Tramp Marşrutu”nun bloklanması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.

Siyasi müşahidəçilər bildirirlər ki, bu açıqlama həm İrana, həm də Rusiyaya ünvanlanmış sərt xəbərdarlıqdır. Əgər Azərbaycan və Ermənistan arasında Trampın təşəbbüsü ilə formalaşan yol marşrutu - yəni klassik Zəngəzur dəhlizinin keçdiyi xətt - bloklanarsa, Vaşinqtonun reaksiyası çox sərt olacaq.

Xüsusilə İran üçün bu mesajın əhəmiyyəti böyükdür. Tehran bundan sonra da Zəngəzuru özünün “qırmızı xətti” elan edərək açıqlamalar verərsə, qarşısında birbaşa Tramp Administrasiyasını görəcək. Ekspertlərin fikrincə, əslində artıq İranın “qırmızı xətt” anlayışı real məzmununu itirib: Tehranın, Təbrizin, Natanzın bombardmanından, İran Silahlı Qüvvələrinin komandanı və 25-dən çox generalının öldürülməsindən sonra bu ritorika beynəlxalq arenada ironik qarşılanır. Bu baxımdan Vaşinqtonun mesajı İrana açıq şəkildə bildirir ki, “qırmızı xətt”ini bir neçə yüz kilometr içəri çəksin, çünki regional layihələrin qarşısını almaq üçün artıq əlində real imkan qalmayıb.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində
Bu gün, 11:57
Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə - RİSALƏ
Bu gün, 11:54
“Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:50
İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur - ÇÜNKİ...
Bu gün, 11:48
Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir - TƏFƏRRÜAT
Bu gün, 11:43
Ermənistada yeni Konstitusiya hazırlamaq üçün İCLASLAR KEÇİRİLƏCƏK
Bu gün, 11:38
Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu
Bu gün, 11:36
Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? – 3 səbəb
Bu gün, 11:05
Papoyan Vaşinqton razılaşması barədə: - Ermənistan şok olacaq
Bu gün, 11:03
Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq - ATƏT
Bu gün, 11:02
Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... - İTTİHAM VAR...
Bu gün, 11:00
"Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" - NARAZILIQ VAR...
Bu gün, 10:58
Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: - Nadir hallarda içirdi, amma...
Bu gün, 10:54
Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? - Ermənişünas-alim açıqladı
Bu gün, 10:52
Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub
Bu gün, 10:42
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36
"Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24
Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19
“Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12
Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04
Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59
Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55
Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48
Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45
İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40
Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34
SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31
Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21
“Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov NET DANIŞDI
Bu gün, 09:19
"Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır - TƏFƏRRÜAT
Bu gün, 09:17
Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Bu gün, 09:14
Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:08
Burda müştərini hər addımda aldadırlar... - GİLEY
Bu gün, 09:03
Tramp Putinlə Alyaskada nə danışacaq? - AÇIQLAMA
Bu gün, 08:53
İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Bu gün, 08:45
Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...
Bu gün, 08:43
Moskvadan Bakıya növbəti terror hədəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:18
Ermənilərin Azərbaycandan inanılmaz tələbi – “Bunu necə etmək olar axı?”
Bu gün, 06:19
Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır - KİV
Bu gün, 06:17
Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... - AXI NİYƏ?..
Bu gün, 05:23
201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ - Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT
Bu gün, 05:19
"Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" - Elşən Qafarov SUAL EDİR
Bu gün, 04:59
Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:57
Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? - Görünəni odur ki...
Bu gün, 04:53
Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? - İNCƏLƏMƏ
Bu gün, 04:51
Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir - GƏLİŞMƏ
Bu gün, 04:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru