Ermənilərin Azərbaycandan inanılmaz tələbi .....                     Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır .....                     Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... .....                     201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ .....                     "Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" .....                     Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? .....                     Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? .....                     Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? .....                     Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir .....                     "Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" .....                     Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? .....                     Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR .....                     Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... .....                     Azərbaycan Ordusunun keçmiş xidmət rəisi vəfat etdi .....                     "Moskva bu görüşün nəticələrini sabotaj etmək üçün addımlar ata bilər..." .....                     "Beyin işlətməyən insanlardan zəhləm gedir..." .....                     Zakir Həsənovun müşavirinə YÜKSƏK VƏZİFƏ .....                     Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb .....                     Bakının Rusiya ilə bağlı daha bir addımı .....                     Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? .....                     Ermənistanda bəyanat verildi: .....                     Baş nazir vətəndaşlarla birgə uçdu .....                     Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır .....                     Laçın yollarında 277 min manatlıq cari təmir .....                     Onlara tapşırıq verilib: .....                     Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər .....                     Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb .....                     Kiyev “Gürcü Arzusu”nu ittiham etdi .....                     Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... .....                     Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı .....                     Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq .....                     Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? .....                     İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu .....                     İlhamə Elşadqızı yenə həbsdə qalacaq .....                     Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? .....                     Vaşinqton razılaşması regionumuzda sülhə yol açır .....                     Bloqer Səlim Milli vəfat etdi .....                     Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb .....                     Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb .....                     Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı .....                 

Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 04:51 | Çap et

İndi də sosial şəbəkələrə təzə müzakirə mövzusu atılıb. Daha doğrusu, mübahisə predmeti.

Əslinə baxsaq, predmetsiz mübahisədir.

Söhbət nədən gedir?

Söhbət ondan gedir ki, Azərbaycan hakimiyyətinin, yumşaq desək, opponentləri öz arasında iki yerə bölünüb. Səbəb Vaşinqton razılaşmaları, xüsusilə də, Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə verilməsidir.

Tərəflərdən biri deyir, Azərbaycan Zəngəzuru Ermənistana verməməli, özünə birləşdirməli idi. Həm də təkcə Zəngəzurun yox, bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsini "təklif" edirdlər.

İkinci tərəf isə, bildirir ki, bu, onsuz da mümkün deyil, təkcə Zəngəzur deyil, eləcə də, Göyçə, Dərələyız, İrəvan və sair Ermənistanın beynəlxalq miqyasda rəsmən tanınmış əraziləridir. Yəni Azərbaycanın elə təkcə Zəngəzura müdaxilə etməsi onun təcavüzkar elan edilməsinə və sanksiyalar altına düşməsinə səbəb olardı.

İkinci qrupa daxil olanlar birinciləri "saxta millətçilik"də, yalançı vətənpərvərlikdə günahlandırıblar və qarşılığını da alıblar. Məsələ odur ki, ikinci qrupa mınsub olanlar iddia edir ki, guya Azərbaycan Rusiyanın təkidi ilə Ermənistana hərbi müdaxiləyə hazırlıq görürmüş və sair.

Bu, əslində Vaşinqtona qədər Ermənistanda Azərbaycana qarşı çox populyar olan bir ittiham idi. Üçtərəfli Vaşinqton bəyannaməsi bu iddiaları da əsaslı olaraq təkzib və rədd etdi. Amma bu gün yenə də kimlərsə, bilmirəm, hansı məqsədlərlə Azərbaycanı keçmişdə Ermənistana hərbi müdaxilə etməyi düşünməkdə (!) ittiham edir. Başqa sözlə, Azərbaycan törətmədiyi əmələ görə təqsirləndirilir. Həm də bunu edənlər onun öz vətəndaşlarıdır.

Yadıma məşhur bir Azərbaycanlı siyasətçinin özündən də məşhur ironik ifadəsi düşdü. O belə demişdi: "Zərdüşt Əlizadə əvvəlcə bizim haqqımızda günah uydurur, sonra isə etmədiyimiz günaha görə bizi ittiham edir".

Eyni hal bu dəfə Azərbaycana qarşı yaşanır: bəziləri Azərbaycanı törətmədiyi əmələ görə qınayır. Guya Azərbaycan Zəngəzuru Putinə hədiyyə edirmiş, son anda Tramp gəlib, özünü yetirib...

Necə də absurd bir iddiadır!

Bəli, Zəngəzur dəhlizinə görə Azərbaycan hökumətinə çox güclü təzyiqlər var idi. Bu təzyiqlər təkcə Rusiyadan deyil, Fransadan, bütövlükdə Avropa İttifaqından və ABŞ-dan da gəlirdi. İranın mövqeyi isə hər kəsə bəllidir. Hərçənd Zəngəzur Ermənistanın ərazisidir; təzyiqlər Ermənistana göstərilməli idi, Azərbaycana yox.

Rusiya diplomatiyanın alt qatında istəyirdi ki, Azərbaycan Ermənistanın ərazisinə müdaxilə etsin, Zəngəzuru hərbi yolla əldə etsin.

O zaman hansı situasiya yaranardı: ya Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, yəni Rusiyaya müraciət edib, kömək istəyəcəkdi. Bu halda Rusiyanın Ermənistandakı hərbi bazasını və əlavə qüvvələri hərəkətə gətirib, Zəngəzur dəhlizini, eləcə də, Ermənistanla Azərbaycanın sərhədlərini nəzarətə götürəcəkdi, beləliklə, Ermənistanın Qərbə yolu bağlanacaqdı və Ermənistanla Azərbaycan arasında sülh perslektivi də ortadan qalxacaqdı. Rusiyaya, bax, elə bu lazım idi.

Yox, əgər Ermənistan hökuməti Rusiyaya kömək üçün müraciət etməsəydi, Zəngəzurun ələ keçirilməsi ilə barışsaydı, o zaman Rusiya Ermənistandakı "5-ci kolon"unu hərəkətə gətirib, baş nazir Nikol Paşinyanın hökumətini devirəcək, yerində öz oyuncaq rejimini qurub, Ermənistanı əvvəlikindən çox daha əsarətə, Azərbaycanı da daha təsi altına alacaqdı. Cənubi Qafqazı bütövlükdə öz nüfuz dairəsinə salacaqdı. Üçüncü mümkün ssenari də var idi: Moskva Ermənistanda hakimiyyəti dəyişə bilməsəydi, o zaman Zəngəzuru Azərbaycan ərazisi kimi tanımağın qarşılığında Krımın və Donbassın Rusiya ərazisi kimi tanınmasını Azərbaycana şərt kimi qoyacaqdı. Bu halda isə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya ərazisi kimi tanınması presedenti yaranacaq, Vladimir Putin də özünü Ukraynada qalib elan edib, orada hərbi əməliyyatları dayandırıb, Ukraynanın taleyi ilə bağlı öz şərtləri ilə Donald Trampla danışıqlara oturacaqdı.

Azərbaycan Rusiyanın bu təkidlərinə Ermənistana hərbi müdaxilə "təklif"lərinə, təbii ki, "yox" dedi, buna görə də Azərbaycanın sərnişin təyyarəsi vuruldu. Harada?! Çeçenistan üzərində. Bundan məqsəd Azərbaycanla Şimali Qafqaz xalqlarının da arasını açmaq idi.

Təyyarənin vurulmasına Azərbaycan buna görə Rusiyaya bir sıra haqlı, əsaslı tələblər irəli sürdü. Həmin tələblər yerinə yetirilmədiyi üçün Azərbaycan da adekvat münasibət göstərdi.

Bütün bunlar hamıya aydındır və göz qabağındadır. O da hamıya aydın məsələdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalnmasını, ümumiyyətlə, Cənubi Qafqazda sülh istəmir. Kremlin məşhur ideoloqu Aleksandr Duqin də məhz bunu ifadə edivşb: Azərbaycanla Ermənistan arasında sülhə dair bəyannaməni "Rusiyanın məğlubiyyəti" adlandırıb.

Bir halda ki Rusiya Azərbaycanla Ermənistanın permanent müharibə vəziyyətində qalmasında maraqlıdır, deməli, bu, Azərbaycanın milli maraqlarını təhdid edir. O halda kim - hansı qlobal güc Cənubi Qafqazda sülhün tərəfindədirsə, Azərbaycan o dövlətin dəstəyini alacaqdı. Bu, ABŞ idi.

İndi yenə qayıdaq Zəngəzur söhbətinə. Dünənə qədər Azərbaycan prezidentinin Zəngəzur dəhlizini Rusiya "FSB"-sinə verməkdə günahlandıranlar, bu gün, yəni Vaşinqton razılaşmalarından sonra yenə səs-səsə veriblər; bu dəfə isə: "Zəngəzur Trampa satıldı" deyə siyasi xor oxuyurlar. Üstəlik buna görə Azərbaycanı qınaq obyektinə çevirirlər. Halbuki əvvəlki yazımızda da bu nüansı şərh etmişik: "Azərbaycan Zəngəzuru Trampa satdı" deyənlər dünyanın siyasi xəritəsinə baxsalar, görələr ki, Qərbi Zəngəzur Ermənistanın ərazisidir, Azərbaycanın deyil. Azərbaycan heç kimin ərazisini heç kimə satmayıb. Bu qədər siyasi diletantlıq olmaz axı.

O ki qaldı Qərbi Zəngəzurun Azərbaycana birləşdirilməsi çağırışlarına, bunu edənlər - Qərbi Azərbaycana qayıdıb öz torpaqlarında yaşamaq istəyənlər üçün də ən yaxşı yol regionda ədalətli, hərtərəfli və davamlı sülhdür, qələbə ilə bitirdiyimiz müharibəni Ermənistan ərazisinə keçirmək deyil.

Bəli, Azərbaycan dövlətinin başçısı demişdi ki, yaxşı olar, Zəngızur dəhlizinə Ermənistan özü razılıq versin, yoxsa o, bunu etməyə məcbur olacaq. Məcburetmə isə təkcə hərbi yolla olmur axı. Həm də siyasi-diplomatik vasitələr də var.

Odur ki, şəxsi və ya hansısa qrup maraqlarına görə kimlərsə milli maraqlara zidd mövqe bildirirsə, əs qınanılası hal budur. Bir yandan, Vaşinqton razılaşmalarını könülsüz də olsa, təqdir etmək nədir, eyni zamanda: "Azərbaycan Zəngəzuru satdı" demək nədir?!

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin Azərbaycandan inanılmaz tələbi – “Bunu necə etmək olar axı?”
Bu gün, 06:19
Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır - KİV
Bu gün, 06:17
Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... - AXI NİYƏ?..
Bu gün, 05:23
201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ - Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT
Bu gün, 05:19
"Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" - Elşən Qafarov SUAL EDİR
Bu gün, 04:59
Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:57
Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? - Görünəni odur ki...
Bu gün, 04:53
Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? - İNCƏLƏMƏ
Bu gün, 04:51
Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir - GƏLİŞMƏ
Bu gün, 04:49
"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" - İTTİHAM VAR...
Bu gün, 04:47
Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? - AKTUAL
Bu gün, 04:44
Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR - ADLAR
Bu gün, 04:42
Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... - FAKT BUDUR!
Bu gün, 04:36
Azərbaycan Ordusunun keçmiş xidmət rəisi vəfat etdi - FOTO
Bu gün, 04:31
"Moskva bu görüşün nəticələrini sabotaj etmək üçün addımlar ata bilər..." - DİQQƏT
Bu gün, 04:29
"Beyin işlətməyən insanlardan zəhləm gedir..." - ETİRAZ
Bu gün, 04:27
Zakir Həsənovun müşavirinə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Bu gün, 04:25
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünən, 23:18
Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Dünən, 18:03
Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Dünən, 18:00
Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Dünən, 17:58
Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Dünən, 17:55
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 17:49
Laçın yollarında 277 min manatlıq cari təmir - DETALLAR
Dünən, 17:40
Onlara tapşırıq verilib: - Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər
Dünən, 17:39
Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər - SİYAHI
Dünən, 17:32
Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - SANA agentliyi
Dünən, 17:18
Kiyev “Gürcü Arzusu”nu ittiham etdi - Ukrayna xalqına hörmətsizlikdir
Dünən, 17:15
Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... - FADEEVƏ CAVAB...
Dünən, 17:14
Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı - TƏFƏRRÜAT
Dünən, 17:07
Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq SƏRGİ MƏRKƏZİ
Dünən, 17:02
Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 16:50
İlhamə Elşadqızı yenə həbsdə qalacaq
Dünən, 16:47
Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 16:31
Vaşinqton razılaşması regionumuzda sülhə yol açır - deputat
Dünən, 16:27
Bloqer Səlim Milli vəfat etdi
Dünən, 16:21
Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Dünən, 16:19
Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Dünən, 16:16
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Dünən, 16:15
Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Dünən, 16:11
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Dünən, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Dünən, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Dünən, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Dünən, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Dünən, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Dünən, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Dünən, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Dünən, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru