Avropa liderləri Ukraynada böhranın nizamlanmasına nail olmaq istəyirlər.
“Report”xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Tezliklə Avropa liderləri ilə danışacağam. Onlar razılaşmanın əldə olunmasını istəyən çox gözəl insanlardır", - o, Avropa ölkələrinin liderləri ilə onlayn sammit ərəfəsində “Truth Social” şəbəkəsində yazıb.
Qeyd edək ki, bu gün Almaniya Kansleri Fridrix Mertsin təşəbbüsü ilə Ukraynada sülh məsələsinə həsr olunmuş onlayn sammit keçiriləcək. Sammitdə Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa dövlətlərinin başçıları və artıq Berlində olan Ukrayna Prezidenti Volodimir Zelenski iştirak edəcəklər.
Sammit Trampın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 15-də keçiriləcək görüşü ilə əlaqədar təşkil olunur.