“İranın Zəngəzur dəhlizi ilə bağlı baş verənlərə yanaşması məni çaşdırdı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanı şərh edərkən deyib.
“İran və Rusiyanın baş verənlərlə bağlı tamamilə susması məni çaşdırır. İran diplomatiyası o qədər incədir ki, bəzən onu dərhal anlamaq çətindir. Ancaq öz təcrübəmdən sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İran nəinki Ermənistana qarşı heç bir narazılıq və ya qınaq ifadə etməyib, hətta bizim bütün ehtiyaclarımıza müsbət cavab verib. Bir sözlə, Ermənistanla İranın 30 ildən çox davam edən münasibətlərində heç bir anlaşılmazlıq görməmişdim”, - sabiq prezident qeyd edib.