"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" PHŞ tərəfindən elan edilən tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, tender Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikinti işlərinin satınalınması üzrə elan edilmişdi.
Tender 18 may 2025-ci il saat 01:12-də dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 29 may 2025-ci il saat 17:00-da baş tutmalı idi. Layihənin ehtimal olunan qiyməti 12 829 949 manat təşkil edirdi.
Ləğv qərarı ilə bağlı rəsmi açıqlamada səbəb kimi yalnız nəzarət orqanının qərarı göstərilib, başqa detallar açıqlanmayıb.