Dövlət Turizm Agentliyi bir gündə iki tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Agentliyin inzibati binasında qazanxana, nasosxana isitmə və soyutma sistemləri ilə bağlı texniki xidmətləri əhatə edəcək.
Həmin müsabiqənin qalibi olan “STORM-ENGINEERING” MMC bunun müqabilində 38 min 302 manat ödəniş alacaq.
Agentliyin inkinci tenderi isə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Arxeoloji sərgi mərkəzi”nin yaradılması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, “ATASHGAH ART CENTER” MMC-nin həyata keçirəcəyi işin dəyəri isə 267 min 777 manat təşkil edəcək.