Son 5 ildə – 2021-2025-ci illərdə Azərbaycanda körpələrə qoyulan adların statistikası açıqlanıb.
Yeniavaz.comxəbər verir ki, ən çox seçilən adlar sırasında Uğur, Əli və Zəhra ilk üçlükdə qərarlaşıb.
2021–2025-ci illərdə Uğur adı 7 954 dəfə qoyularaq birinci yeri tutub. İkinci yerdə 7 118 dəfə qoyulan Əli, üçüncü yerdə isə 6 864 dəfə qoyulan Zəhra adları qərarlaşıb.
Qız adları arasında Zəhra, Zeynəb, Məryəm və Aylin daha çox üstünlük təşkil edib. Oğlan adlarında isə Uğur, Əli, Hüseyn və Yusif daha çox qoyulub.