"Şəkidə “Kiş Adası” restoranı tam bir məyusluq oldu..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sahil Nəzərli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Yeməklərin yağ keyfiyyəti bərbad, dadı isə xoşagəlməz idi – hələ də narahatlıq hissi keçiririk. Üstəlik, qiymətlər həddindən artıq şişirdilib.
Rayon yerində bir “tabaka”nın 50 manat olması absurd bir rəqəmdir. Bakının mərkəzində belə bu cür baha deyil.
Belə xidmət və keyfiyyətlə bu qiymətlər əsla əsaslı deyil. Məsuliyyət və müştəri məmnuniyyəti anlayışı olmayan bir məkan. Heç kimə məsləhət görmürəm..."