"Çox oğru operatordur... "Azercell"ə qarşı artıq nə etmək lazımdır... bunu da bilmirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkədəki paylaşımda giley ifadə olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Zənglə düşmək olmur. Müştəri xidmətlərində daim növbə.
Hər dəfə deyirsən ki, mənim nömrəmi bütün xidmətlərdən çıxarın, yalnız zəng gəlib-getsin.
2 aydan sonra yenə qəpik-qəpik cibimizə girirlər. 100-150 nəfər toplanıb bu şirkəti məhkəməyə verməyi təklif edirəm. Hüquqşünaslardan kimsə bizə dəstək olsa, yüksək təzminat tələb edə bilərik, ağılları başlarına gələr.
Gücümüzü təmərküzləşdirməyi təklif edirəm..."