Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                 

Elbrus Həsənov tenderləri NECƏ QAZANIR? - İLGİNC FAKTLAR
Tarix: 10-06-2022, 10:03 | Çap et
Elbrus Həsənov tenderləri NECƏ QAZANIR?
Qaradağ rayonunun Lökbatan qəsəbəsində hər il yolların təmiri işləri aparılır. İlk baxışdan bunun təqdirəlayiq bir hal olduğunu düşünmək olar. Lakin sakinlər tərəfindən redaksiyamıza verilən məlumatlarda bu işlərin ancaq qəsəbənin mərkəzi küçələrində aparıldığı bildirilir, hər il eyni yollar təmir olunur, qəsəbənin yeni salınan məhəllərindəki küçələr isə baxımsız olaraq qalır, çoxsaylı şikayətlərə baxmayaraq asfaltlaşdırılmadığı söylənilir. Qəsəbənin abadlaşdırma, təmir -tikinti işlərinə birbaşa nəzarət edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən hər il yolların təmirinə külli miqdarda vəsait ayrılır və qeyd etdiyimiz kimi təmir işləri hər il eyni küçələrdə həyata keçirilir.

Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri isə Lökbatan qəsəbəsində hər il eyni küçələrdə aparılan təmir işlərini, bəzi məhəllərdə baxımsızlıqdan yaranmış xaos vəziyyəti görməzdən gəlirlər. Bütün bunları hamı gördüyü halda, rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da görməzdən gəlir. Süleyman Mikayılovun bir neçə il bundan qabaq Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin etiyi Namizəd İsmayılov isə bir neçə nəfərlə əlbir olub Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kənarlaşdırmaqla məşğuldur. Təbii ki, təkbaşına deyil, Süleyman Mikayılovun göstərişləri əsasında. Əslində Namizəd İsmayılovun əlbir olduğu dediyimiz adamlar, elə Süleyman Mikayılovun adamlarıdı. Belə olmasa bir şirkətlə hər il Lokbatan qəsəbəsindəki eyni küçələri kim təmir edə bilər. Diqqət rəqəmlərə.

Yolların əsaslı təmir işlərinin satınalınması üzrə 09.06.2022-ci il tarixdə 720 146.68 manat, abadlıq işlərinin satın alınması üzrə 09.06.2022-ci il tarixdə 440 957.86 manat məbləğində satınalma müavilələri TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 161 104 manat təşkil edir.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası nə yolların əsaslı təmir işlərinin satınalınması üzrə, nə də abadlıq işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderlərin şərtlər toplusunda rayon ərazisində hansı küçədəki yolların təmir olunacağını və hansı küçədə abadlıq işlərinin aparılacağını açıq şəkildə göstərməmişdir. Xatırlatmaq istərdik ki, ötən il də Lökbatan qəsəbəsində abadlıq işlərinin aparılmasına külli miqdarda vəsit ayrılmışdı. Qəsəbədə abadlıq işlərinin aparılmasına bu il də külli miqdarda dövlət vəsaiti ayrılıb. Lakin sakinlərin bizə verdiyi məlumatlara görə yolların təmiri yenə də eyni küçədə, yəni ancaq mərkəzi küçədə aparılır. O cümlədən də abadlıq işlərinin aparılması işləri də. Axı mərkəzi küçələrdə ötən il abadlaşma, təmir işləri aparılmışdı. Yenidən bu küçələrin təmirinə zərurət var idimi?

Belə çıxır ki, ötən il təmir işləri keyfiyyətli aparılmadığından yollar yenə bərbad hala düşüb. Amma elə deyil. Ötən il təmir olunan yollarda və abadlaşdırılan məhəllələrdə indi kosmetik işlər aparılır. Nəticədə isə hər il eyni küçə və ərazini abadlaşdırmaq adı altında dövlətin külli miqdarda vəsaiti təyinatından kənarlaşdırılır. Həm də bir şirkətin, “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin əli ilə. Gəlin indi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən satınalmalar yolu ilə təmir və abadlaşdırma işləri üzrə sözügedən şirkətlə bağladığı digər satınalma müqavilələrinə diqqət yetirək.

Abadlıq işlərinin görülməsi ilə bağlı mal-materialın satınalınması üzrə 03.08.2021-ci il tarixdə 61 644.38 manat, 11.08.2021-ci il tarixdə 70 569.9 manat məbləğində satınalma müavilələri “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 132 214 manat təşkil edir.

Abadlaşdırma işləri üzrə mal materialın alınması üzrə 74 632.78 manat, abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83 099.38 manat, yolların əsaslı təmiri üzrə 893 034.21 manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 050 766 manat təşkil edir.

Göründüyü kimi, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son üç il ərzidə Lökbatan qəsəbəsinin abadlaşdırılması və yolların təmiri məqsədi ilə təkcə “TƏMİR-TƏCHİZAT-4 ” MMC-ilə 2 344 084 manat məbləğində vəsait xərcləyib.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2021-ci ildə yolların əsaslı təmiri işlərinin satınalınması üzrə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 889 254 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Abadlıq işlərinin satınalınması üzrə isə 2021-ci ildə “TEXNOMAKS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 719 666 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Amma Lökbatan qəsəbəsinə qısa bir media tur təşkil olunsa bu abadlıq işlərini görə bilərikmi? Qəsəbənin mərkəzi küçələrində aparılan kosmetik təmir işlərindən başqa heç bir abadlaşdırmadan söhbət gedə bilməz.

Qeyd edək ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 27.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 13, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Burada müəmmalı bir məqamı diqqətinizə xüsusilə çatdırmaq istərdik. Belə ki, Akualinfo.org-un 23.06.2021-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yolların təmiri işləri aparılması ilə bağlı yaydığı məqalədə yuxarıda qeyd etdiyimiz kimi “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci ildə dövlət qeydiyyatına alındığı göstərilirdi. Amma indi isə MMC-nin həm dövlət qeydiyyatına alındığı tarix, həm də hüquqi ünvanı dəyişdirilib və aşağıdakı kimidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Göründüyü kimi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son illər təkcə abadlaşdırma və yolların təmiri işlərinə külli miqdarda dövlət vəsaiti ayırıb. Amma tenderin şərtlər toplusunda abadlıq işlərin hansı məhəllərdə, yolların hansı küçələrdə təmir olunacağı göstərilməyib.Bu isə o deməkdir ki, hər il eyni bir yol təmir edilir, eyni bir neçə məhəllə və küçələr kosmetik şəkildə abadlışdırılır. Ayrılan vəsaitlərin böyük hissəsi isə bəlli olmayan istiqamətlərə gedir.

Qeyd edək ki, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Namizəd İsmayılov sözügedən vəzifəyə təyin olunana qədər Lökbatan qəsəbə Bələdiyyəsinin sədri olub. Yəni qəsəbəni yaxşı tanışıyır. Bu günə qədər qəsəbədə hektarlarla torpaq satdıqdan sonra Süleyman Mikayılovun xeyir-duası ilə Birliyiə rəis təyin olunub. İndi isə birləşərək Lökbatan qəsəbəsinin abadlaşdırılması barədə süni görüntülər yaradırlar. “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Elbrus Həsənov isə bu görüntülərdən onlara “otkat” qaytarır. Qədəri bir gün üzə çıxacaq. İmişli rayonun hazırda həbsdə olan keçmiş İcra başçısının məhkəməsində olduğu kimi. Xatırladaq ki, məhkəmədə bir neçə şirkət rəhbərləri Vilyam Hacıyevin üzünə duraraq tenderlərdən milyonlarla manat “otkat” qaytardıqlarını iddi edirdilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru