Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək .....                     ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq .....                     Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? .....                     Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək .....                     Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Niderland Azərbaycana yeni səfir müavini təyin edib .....                     Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü .....                     İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU .....                     "Qanın içində maşına apardıq, yolda can verdi" .....                     Azərbaycanda buğda istehsalı niyə azalır .....                     Bu tədbirlərlə bağlı xərc normaları artırıldı .....                     ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir .....                     “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb .....                     Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? .....                     Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək .....                     Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb .....                     ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                     Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı .....                     “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” .....                     Badamdardakı restoranda insident .....                     Sabah icra başçısının şikayətinə baxılacaq .....                     Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi .....                     2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? .....                     Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib .....                     Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                 

Oksford məzunu Azərbaycan Universitetini bazara çevirib - Fərid Əhmədova Vergilər Nazirliyində “krışalıq” edən kimdir?
Tarix: 30-12-2015, 11:41 | Çap et
Oksford məzunu Azərbaycan Universitetini bazara çevirib
“Azərbaycan Universitetində açıq bazar prinsipləri hökm sürür. Yeni rektor gələndən bu təhsil ocağında tədrisdən, tələbələrə elm öyrətməkdən başqa bütün proseslər gedir”.

Bunu AFN.az-ın redaksiyasına məktub ünvanlayan, adının çəkilməsini istəməyən universitet işçisi bildirib. Məlum səbəblərdən adının gizlin qalmasını istəyən mənbə öz məktubunda olduqca ciddi faktları qeyd edib. Onun iddiasına inansaq, universitetin rektoru Fərid Əhmədovun xarici təhsilinin saxta olduğu deyə bilərik. Oksford Universitetində təhsil aldığı bildirilən rektor haqqında öz işçisi bunları yazır: “Fərid Əhmədovun mötəbər xarici universitetdə müasir dövrün tələblərinə uyğun təhsil almış bir gənc kimi sovet dövrunun partokrat rejimindən daha sərt qeyri-demokratik, inzibati-amirlik tədbirləri və maliyyə saxtakarlıqları nüməyiş etdirməsi bizi çox çaşdırdı. Və biz onun təhsil fəaliyyətini araşdırmağa başladıq. Bu zaman çox maraqlı faktlar meydana çıxdı. Oksford Universitetində təhsil alan həmyerlilərimizdən xahiş etdik ki, öz kodları vasitəsilə universitetin rəsmi saytına daxil olmaqda həm də, universitetin özündən məlumat almaqda bizə kömək etsinlər. Məlum oldu ki, Fərid Əhmədovun adı Oksford Universitetinin doktorantura pilləsinə daxil olan tələbələrin arasında var, lakin o, universiteti məzun olaraq bitirməyib. Onun Oksford Universitetində hər hansı bir müdafiə prosesini keçib fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi və yaxud hər hansı bir diplom alması haqda heç bir məlumat yoxdur. Xaricdə doktorantura pilləsinə daxil olmaq üzrə qəbul imtahanı yoxdur. Çox vaxt məhşur təhsil ocaqları elmi araşdırmaları inkişaf etdirmək məqsədilə sərbəst tədqiqatçılara şərait yaradaraq doktorantura üzrə təhsil haqqı belə müəyyən etmirlər. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatları arasında Fərid Əhmədovun xaricdə aldığı hər hansı bir diplomun təsdiq olunması barədə məlumat yoxdur. Bildiyimiz kimi, xaricdə elmi araşdırma aparmaq və hər hansı bir elmi dərəcəni almaq ilk növbədə kifayət qədər hazırlıq, elmi təfəkkür və potensial tələb edir. Görünür, Fərid Əhmədovun bacarıq və bilikləri elmi araşdırmaların aparılması yönümündə deyil, fırıldaq əməliyyatlar üçün daha çox yarayır. Araşdırmamız nəticəsində o da məlum oldu ki, Azərbaycan Universitetinin təsisçisi “Synergy Group” tərəfindən Fərid Əhmədovdan Oksford Universitetindən aldığı diplom tələb olunduqda o, müxtəlif bəhanələr gətirərək bu günə qədər də xarici diplomunu təqdim etməyib”.

Vergilər Nazirliyinin yüksək vəzifəlisinin də adı hallanır

Redaksiyamıza daxil olan məktubda Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsi barədə də məqamlar özünə yer alıb. Bildirilir ki, Fərid Əhmədovun rektor vəzifəsinə təyin olunmasında böyük rolu olmuş, onun namizədliyini Universitetin təsisçilərinə tövsiyyə edən vergilər nazirin müşaviri Akif Musayev Fərid Əhmədovun xarici diplomunu xüsusi canfəşanlıqla tərifləyərək, öz namizədinin yararlılığını Universitetin təsisçiləri qarşısında “əsaslandırıb”: “Dövlət qulluğunda olmasına baxmayaraq Akif Musayev sahibkar kimi məhdud məsuliyyətli cəmiyyət olan universitetin 10% səhmlərinə sahibdir. Bildiyimiz kimi, bu, qanunvericiliklə qadağan edilib. Əvvəllər universitetin rektoru olmuş, indi isə universitetdə özünəməxsus “ailə podratı” yaradan Akif Musayevin heç bir pedaqoji təcrübəyə malik olmayan iki qızı, baldızı, çox saylı qohum-əqrəbası, həmyerliləri, dost-tanışları müxtəlif vəzifələr icra edirlər. Akif Musayev özünün təyin etmədiyi işçilərə qarşı xüsusi düşmənçiliklə yanaşır və Fərid Əhmədova onun maraqlarına uyğun gəlməyən şəxslərin qanunsuz işdən çıxarılmasını sifariş edir. Görünür, müvəqqəti rektor vəzifəsini icra edən Fərid Əhmədovdan sonra onun böyük planları var. İndi isə gələcəkdə rahat rektorluq etmək üçün hansısa yaxınına (böyük ehtimalla qızlarından birinə) şərait yaratmalı və Fərid Əhmədovun vasitəsilə təmizləmə işləri aparmalıdır”.
Mənbə bildirir ki, Fərid Əhmədovun rektor vəzifəsinə təyinatından sonra universitet maliyyə fırıldaqları, qanunsuz əməllər, intriqaların beşiyinə çevrilib: “Təsəvvür edin, dərs ilinin başlanmasından 2 aydan yuxarı vaxt keçmişdi, amma Fərid Əhmədovun işə cəlb etdiyi yararsız kadrlardan biri - tədris hissə müdiri Ədalət Əliyev bacarıqsızlığı və subyektiv maraqlarına gorə 2000-dən az tələbəsi olan bir universitetin dekanlıq və kafedralarına dərs yükünü göndərməmişdi. Məhz buna görə 15 sentyabr 2015-ci il tarixindən etibarən 2 ay ərzində müəllimlərin jurnallarda qeydiyyat apararaq keçdikləri dərsləri qeyri-qanuni hesab etmək olar. Fərid Əhmədov, Ədalət Əliyev öz əlaltıları ilə birgə bu məsələləri əvvəlki tarixlər yazılmış saxta sənədlərlə gizlətməyə çalışırlar. Lakin bütün müəllimlərin əmək müqaviləsi bildirişləri oktyabr ayının 27, 28, 29 tarixlərində elektron hökumət portalına daxil edildiyi üçün bunu aydın görmək olar. Universitetin bir çox müəllimlərinin əmək haqları 2 aydan yuxarı vaxt ərzində ödənilməyib. Bir sıra müəllimlərlə isə dərs ilinin başlamasından 3 aya yaxın vaxt keçmiş müddətdə əmək müqaviləsi bağlanmamışdı. Əvvəllər bir sıra mətbut orqanlarının məlumatlarında da qeyd edildiyi kimi, Fərid Əhmədovun yürütdüyü qeyri-qanuni əmək haqqı siyasəti və müəllimlərə, alimlərə müxtəlif formada təzyiqlər edərək əmək müqaviləsi əvəzinə mülki xidməti müqavilə bağlaması faktları universitet işçilərini sosial müdafiə tədbirlərindən məhrum etmək cəhdlərindən başqa bir şey deyil”.

Mənbəmizin verdiyi məlumatlara görə, Fərid Əhmədov ona yaxın olan müxtəlif şəxslər vasitəsilə təşkilatın daxilində xəbər yayır ki, onun hüquq-mühafizə orqanları və bir sıra dövlət orqanlarının işçiləri arasında qohumları və tanışları çoxdur. Buna görə də Fərid Əhmədovun istənilən qanunsuz əməllərinə görə ona heç nə etməyəcəklər və xoşuna gəlməyən adama öz tanışlarının əli ilə pislik edə bilər. Belə təhdidlər həmçinin rektorun qanunsuz olaraq əlavə təhsil haqqının ödənilməsi tələbinə qarşı çıxan tələbələr və onların valideynlərinə qarşı da səsləndirilib.

Obyektiv insanlara universitetdə yer yoxdur!

Mənbənin verdiyi başqa bir məlumata görə, Fərid Əhmədovun tapşırıqlarına əməl etməyib onun göndərdiyi saxta qanunsuz sənədləri imzalamaqdan imtina edən bir çox inzibati vəzifə tutan şəxslər artıq bu tədbirlərin qurbanı olub: “Fərid Əhmədovun özü ilə birgə universitetə gətirdiyi, tələbələr tərəfindən fənnin keyfiyyətsiz tədrisinə görə auditoriyadan faktiki olaraq qovulan savadsız tədris hissə müdiri Ədalət Əliyevin və rektorun digər əlaltılarının qanunsuz əməllərinə rəvac verildiyi halda digər işçilər sıxışdırılır, istənilən şər və böhtan atılır. Eləcə də, Fərid Əhmədov Azərbaycan Universitetinin Nizamnaməsinə və qanunverciliyə zidd qaydalarla yaradılan struktur bölmələrə və inzibati vəzifələrə öz mənfur planlarını yerinə yetirəcək möhtəkir şəxsləri təyin edir və onların qanunsuz fəaliyyətinə rəvac verir. Guya universitetin maliyyə sıxıntılarının olması, xərclərin azaldılması və optimallaşdırma tədbirləri bəhanəsi ilə Fərid Əhmədov müəllimlərin, bir sıra fəlsəfə doktoru, elmlər doktoru dərəcəsi və dossent, professor elmi adı olan alimlərin onsuz da cuzi səviyyədə müəyyən edilmiş əməkhaqqının daha da azaldılması və bəzi hallarda bir sıra görülən işlərə görə heç ödənilməməsi üçün hər vasitəyə əl atır. Lakin kluarlarda söylənənlərə görə, rektor Ədalət Əliyevi Universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edərək ona 5000 manat(!!!) əmək haqqı təyin etmək niyyətindədir.
Fakultə dekanlarından biri Ədalət Əliyevin və Fərid Əhmədovun qanunsuz əməllərinə qarşı çıxaraq, onun göndərdiyi saxta dərs yükünü təsdiq etməkdən imtina edib, bunun maliyyə fırıldağı olduğunu dedikdə Fərid Əhmədov ona problem yaradacağı və işdən çıxaracağı ilə hədələyib. Bu hadisədən çox az bir müddət keçdikdən sonra həmin dekan tez-tələsik təşkil olunmuş məqsədi naməlum olan komissiyanın əsassız saxta ittihamlarla dolu rəyi əsasında çox ağır bir maddə ilə işdən çıxarılıb. Aidiyyatı qurumların bu əməllərə göz yumması göstərir ki, Fərid Əhmədovun vəzifədə olan qohum-əqrabası və dost tanışlarının həqiqətən də bu işdə böyük rolu var”.

Universitetdə nalayiq söyüşlər...

F.Əhmədovun əlaltıları müxtəlif yollarla başqa işçiləri təhdid edirlər. Məsələn, fəkultə dekanı vəzifəsinə təyin ediləcəyi vədləri verilmiş və Fərid Əhmədova xüsusilə yaxın olan müəllimlərdən biri Ziya Şimiyevin dərs zamanı auditoriyada olmaması və onun dərsinin dəfələrlə boş keçməsi haqda dekan tərəfindən rektora və tədris hissə müdiri Ədalət Əliyevə məlumat verilsə də o, öz əməllərinə davam edib. Belə ki, Ziya Şimiyev dərs zamanı dərs keçmək əvəzinə saatlarla rektorun otağında çay içib ləbləbi yeməklə məşğul olur. Ziya Şimiyev açıq-aşkar şəkildə xuliqanlıq etmiş, dəfələrlə fakultə dekanının otağina girərək onu təhdid edib, “Sənə rektorun adından deyirəm, dur burdan ............! Bura mənim vəzifəmdir!” deyərək onu nalayiq şöyüşlərlə təhqir edib. Belə hərəkətlər barədə həmin dekan rektorun adına 7 dəfə təqdimat yazsa da, rektor heç bir reaksiya vermir, ona sərf etməyən müraciət, ərizə və təqdimatları heç qeydiyyata da almayaraq cırıb tullayır.
Bütün bu deyilənlər Azərbaycan Universitetinin ümumiyyətlə bir elm, təhsil və tərbiyə ocağı olmasına şübhələr yaradır. Bundan sonra istənilən gəncin və ya onun valideynlərinin öz övladlarının bu universitetdə təhsil alaraq ixtisaslı kadr olacağına, elm, bilik, savada yiyələnəcəyinə ümid etməsinə inanmaq çox çətindir. Halbuki Azərbaycan Universitetinin əvvəlki illərdə yertişdirdiyi kadrlar fərqli sahələrdə yüksək naliyyətlər əldə edib və cəmiyyətdə layiqli mövqe tutublar.
Jurnalist araşdirmamızda qeyd olunan faktlara dair məlumatları daha detallı şəkildə təhlil edərək Azərbaycan Universitetində baş verənlərlə bağlı əlavə məlumatları da növbəti saylarımızda oxucularımızın diqqətinə çatdıracağıq. Ardı var.

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.P.S AFN.az özəl araşdırması nəticəsində aşkarlayıb ki, şikayət məktubunda işdən çıxarıldığı bildirilən dekan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Akif Əlizadə olub. Qeyd edək ki, A.Əlizadə universitetdə təhsil alan tələbələr və universitetin işçi heyəti arasında olduqca böyük hörmətə sahib olan şəxsdir. Hazırda universitetdə işləyən insanların böyük əksəriyyəti bezgin durumdadır və ərizələrini yazmağa hazırlaşırlar.
Bundan əlavə, o da məlum olub ki, məhz F.Əhmədov gəldikdən sonra tələbələrdən qeyri-qanuni ödənişlər tələb edilir. Məsələn, kəsir səbəbilə dövlət imtahanına buraxılmayan, kəsirlərini ödəmək üçün əlavə dərslərə cəlb edilən tələbələrdən dövlət imtahanına buraxılmaları üçün 750-800 manat tələb edilir. Üstəlik, bu, kəsirlərin pulundan əlavə olaraq istənilir. Tələbələrə isə bildirilir ki, bu vəsait Nazirlər Kabinetinin yeni qaydalarına əsasən ödənilməlidir. Maraqlı burasıdır ki, tələbələr və valideynlər universitet yetkililərindən NK-nın sözügedən qərarının özünü, yaxud tarixini, nömrəsini soruşsalar da, onlara bu barədə heç bir məlumat verilməyib. Həmçinin, valideynlər onu da öyrəniblər ki, əvvəlki illərdə bu cür ödəniş tələb olunmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:30
ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq - AÇIQLAMA
Bu gün, 06:27
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:24
Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10
Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24
Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07
İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04
"Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02
Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Dünən, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Dünən, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Dünən, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Dünən, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Dünən, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Dünən, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Dünən, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Dünən, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Dünən, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Dünən, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Dünən, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Dünən, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Dünən, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Dünən, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Dünən, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Dünən, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Dünən, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Dünən, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Dünən, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Dünən, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Dünən, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Dünən, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Dünən, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Dünən, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Dünən, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Dünən, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Dünən, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Dünən, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru