Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                     “Düşdü qəzetlər hörmətdən...” .....                     “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” .....                     8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? .....                     Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək .....                     Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? .....                     Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... .....                     İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? .....                     Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... .....                     “Kiyev Rusiyanın milyardlarını gözləyir” .....                     Bu dəfə də Elman Nəsirovun oğlu... .....                     Ramiz Mehdiyevə görə hədəfə çevrildilər .....                     Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir .....                     Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil .....                     “Məni əxlaqsız kimi tanıtmaq istədi” .....                     Hərbi prokurora böyük köməkçi təyin edildi .....                     Paşinyan– Köçəryan insidenti .....                     Şahin Bağırov PLANI DOLDURA BİLMİR... .....                     Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb .....                     Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub .....                     Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                     Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu .....                     Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? .....                 

"Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər" - NARAZILIQ VAR!
Tarix: 30-08-2023, 11:02 | Çap et
"Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər"
Bakının Badamdar qəsəbəsində fəaliyyət göstərən “Kİds Smile” uşaq tədris mərkəzindən şikayət var.

KONKRET.az-a mərkəzdən narazılığını Aydın Məmmədov adlı vətəndaş bildirib. Valideyn deyir ki, hazırda adıçəkilən müəssisədə nizamsızlıq hökm sürür, azyaşlı uşaqlara qarşı kobud rəftar edilir, hətta fiziki təzyiq göstərilir. Şikayətçi bu faktları mərkəzlə birbaşa əlaqəsi olan şəxs kimi sadalayır. Belə ki, dediyinə görə, onun əkiz qız övladları iki ilə yaxın bir müddətdə adıçəkilən müəssisədə hazırlıq keçib. Lakin bir-iki həftə öncə kursun xidmətlərindən imtina etmək məcburiyyətində qalıb. “Övladlarım həftənin iş günlərində günorta saat 12:00-dan axşam saat 17:00-a qədər burada hazırlıq keçiblər. Əvvəl hər şey öz qaydasında gedirdi. Mərkəzdə fəaliyyət göstərən Günəş adlı dil-ədəbiyyat müəllimindən, Tamara adlı rəsm müəllimindən, tərbiyəçi Səidə xanımdan çox razı idik. Onların bəziləri işdən çıxdılar. Sonra mərkəzə Bahar adlı yeni müəllimə gəldi. Narazılıqlar da bundan sonra başladı. Ona görə ki, həmin xanım uşaqlarla kobud davranır, üstlərinə qışqırır, onlara fiziki təzyiq göstərirdi. Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər”.

Valideyn deyir ki, sözügedən xanım əslində mərkəzin təsərrüfat işlərinə nəzarət etsə də, çox vaxt müəllimləri əvəz edir. Və uşaqların test tapşırıqlarının həllində kömək istəməsinə “başım çıxmır, mən müəllimə deyiləm” cavabını verir. “Deyilənə görə, həmin xanımın ali təhsili də yoxdur. Əgər belədirsə, onda nəyə görə hazırlıq kursuna işə götürülüb?”.

A.Məmmədov mərkəzdə çalışan Elnurə adlı müəllimənin də uşaqlarla hədə-qorxu dililə danışdığını, onlara şiddət göstərdiyini bildirir. “Burada ümumilikdə əsas problem mərkəzə son vaxtlar təhsili olmayan şəxslərin işə cəlb olunması və bununla da nəzarət mexanizminin sıfıra enməsidir”.

Valideyn deyir ki, müəssisədəki nizam-intizamsızlıqla bağlı həm müdiriyyətə, həm də müəllimlərə irad bildirib. Bununla belə uşaqların nəzarətsiz buraxıldığının dəfələrlə şahidi olub. Şikayətçi bildirir ki, hətta bir dəfə nəzarətsizlik üzündən övladlarından biriylə başqa bir uşaq dalaşıb. Bu barədə müəllimlərə şikayət edəndə isə həmin uşağın autizimli xəstə olduğunu deyiblər. A.Məmmədov müəssisədəki ən ağır neqativ hal kimi övladının başqa birisi ilə mübahisə zəminində yıxılaraq ayağından xəsarət alması faktını dilə gətirib. Rəhbərliyi və müəllimlərə bununla bağlı irad bildirəndə isə onların laqeyd münasibəti ilə qarşılaşıb. Və elə bu səbəbdən də son anda kursdan imtina edib.

Əməkdaşımız A.Məmmədovun səsləndirdiyi iddialarla bağlı müəssisə rəhbərliyinin də mövqeyini öyrənməyə çalışıb. “Kids Smile”ın direktoru Kəmalə Ağayeva valideynin iradları ilə razılaşmayıb: “Deyilənləri bir-bir araşdırsaq, görərsiniz ki, heç birinin əsası yoxdur. Həmin valideynlərin övladları bizim kursda iki il yarım hazırlıq keçib. Nə səbəbə görə birdən-birə narazı oldular? Övladları olduqca hiperaktiv idilər. Uşaqlar arasında da çox şey olur. Amma heç bir səbəb həmin valideynlərə gəlib başqasının uşağının üstünə qışqırmağa əsas vermir. Bu insanlar hətta müəllimlərimizi belə təhqir etməkdən çəkinməyiblər. Yenə də biz bütün hallarda onlarla kompromisə getmişik, dil tapmağa çalışmışıq. Son dəfə isə biz valideynlərə elan etdik ki, təmirə dayanırıq və buna görə də qrupu bağlayırıq. Növbəti tədris ilində proqram dəyişikliyi ilə əlaqədar kursa məktəbli uşaqları qəbul etməyəcəyik. Administratorumuz bununla bağlı həmin valideynlərə zəng edib normal şəkildə bildirdi ki, övladlarını kursdan çıxarıb başqa bir müəssisəyə yönləndirsinlər. Onlar da kursdan kənarlaşdılar, lakin görünən odur ki, bundan narazı qalıblar ki, dolayısı ilə bizdən şikayət edirlər”.

Direktor müəssisədə ali təhsilsiz insanların fəaliyyət göstərməsi barədə deyilənlərə də aydınlıq gətirib: “Bizdə savadsız insan yoxdur, hamı ali təhsillidir. Təkcə xadimədən başqa. Bahar müəllimənin özü də Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bundan başqa, illərlə metodist müəllim kimi çalışıb”.

Şikayətçi valideynin övladının mərkəzdə yıxılaraq ayağının əzilməsi məsələsinə gəlincə, K.Ağayeva bu faktı da inkar edib: “Bu hadisə bizim mərkəzdə baş verməyib. Müəllimləri də uşaqlardan nə vaxt yıxıldıqlarını soruşanda demişdilər ki, dünən olub. Onlar hazırlıqdan sonra başqa yerə getmirlər? Bəlkə evə gedəndə yıxılıb uşaq?! Yəni bizim qapıdan ayağı zədələnmiş şəkildə çıxmayıb”.

Qeyd edək ki, valideyn direktorun son açıqlaması ilə razılaşmayıb və redaksiyamıza övladının mərkəzdə başqa bir oğlan uşağının dalaşması nəticəsində ayağını zədələdiyini təkidlə bildirib. Onu da əlavə edib ki, bununla bağlı müəllimlərə Votçap vasitəsilə yazılı iradlarını da çatdırıb. Onlar tərəfindən isə belə cavab alıb ki, məsələni mütləq rəhbərliyə və digər uşağın valideyninin də diqqətinə çatdıracaqlar.

Görünən odur ki, səsləndirilən iddialarla bağlı özəl müəssisə kimi fəaliyyət göstərən “Kids Smile” hazırlıq kursunun fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Ümid edirik ki, aidiyyəti dövlət orqanları bu məsələdə laqeydlik göstərməyərək, faktların təftiş olnması istiqamətində lazımi addımlar atacaqlar.

KONKRET.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Bu gün, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Bu gün, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Bu gün, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Bu gün, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Bu gün, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Bu gün, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Bu gün, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Bu gün, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Bu gün, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Bu gün, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Bu gün, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Bu gün, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Bu gün, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Bu gün, 16:56
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Bu gün, 16:54
Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Bu gün, 16:50
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Bu gün, 16:45
“Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Bu gün, 16:41
Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Bu gün, 16:37
Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Bu gün, 16:32
Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Bu gün, 16:27
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Bu gün, 16:26
Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:21
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Bu gün, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Bu gün, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Bu gün, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Bu gün, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Bu gün, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Bu gün, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Bu gün, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Bu gün, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Bu gün, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Bu gün, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Bu gün, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28
Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru