“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb” - NARAZILIQ VAR!
Tarix: 26-08-2023, 11:40 | Çap et
 “Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi? Silah otağının rəisi harada idi?”
Bu sözləri bu ilin iyul ayında Laçında xidmətdə olduğu hərbi hissədə intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova deyir.
Rəsmi məlumatlarda 2004-cü il təvəllüdlü T.Eyyubovun özünü silahla vurduğu bildirilsə də, anası Əfsanə Macanova oğlunun intihar etdiyinə inanmır. O, deyir ki, iş yenidən və ədalətli araşdırılmalıdır:
“Hərbi hissənin batareya komandiri səhər saatlarında atasına zəng edib ki, oğlun burada əsgərlə dalaşıb, raport yazıb onu tutduracam. Biz atasından ayrı idik, atası 8 yaşından uşağı görməyib. Qaynım oğlu zəng elədi ki, belə məsələ var, hərbi hissə ilə danışacam. Batareya komandiri ona da eyni şeyləri deyib. Elə bu anlarda Qazax Rayon İcra Hakimiyyətindən anama (mərhumun nənəsinə) zəng ediblər ki, uşaq hərbi hissədə ölüb. Gah deyiblər dağdan düşüb, gah deyiblər özünü asıb. Anam deyib ki, o uşaq çox çətinlik görmüş uşaqdır, özünü asa bilməz. Necə oldu, 1 il 4 ay dözdü, 2 ay qalmış dözməyib özünü asdı? Sonra batareya komandirinə zəng çatmadı”.

Əfsanə Macanova deyir ki, bundan sonra uşağı ilə bağlı məlumat almaq üçün Qazax rayon Hərbi Komissarlığına gedib, ancaq onu içəri buraxmayıb, suallarını cavablandırmayıblar. Qadının sözlərinə görə, ölüm dəqiqləşəndən sonra atası (mərhumun babası) meyiti görmək üçün gedib:
“Atam deyir, açdılar üzünü göstərdilər ki, boğazının altından özünü vurub, güllə yarası var. Deyirlər ki, 2 əsgər şokolad yağına görə dalaşıb, bu da gedib silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi, silah otağının rəisi harada idi? Orda silahı götürəndə qol çəkib götürürsən, mənim uşağım necə silah götürdü? Bu iş üzrə heç kim həbs olunmayıb. Mən batareya komandirindən şikayətçiyəm. Prokurorluqda soruşdular inanırsan uşaq özünü öldürüb? Dedim, yox. Ölən gününə kimi narazılıq etməyib. Qazax Rayon İcra Hakimiyyətindən camaata deyiblər ki, heç kim yasa getməsin, uşaq özünü öldürüb, vətən xainidir”.
Əfsanə Macanova deyir ki, oğlu həmişə ona arzularından danışıb, planları olub. Ona görə də, hadisənin intihar olmasına inanmır:
“Hər gün danışırdıq, uşağım heç vaxt problem yaşamırdı. Mən inana bilmirəm ki, mənim oğlum intihar edib. O bilirdi ki, evdə iki qadın qoyub gedib. Böyük arzuları var idi, deyirdi ki, ana, qayıdacam, hərbçi olacam, ev tikəcəm. 1 il 4 ayı getmişdi, 2 ayı qalmışdı. Laçında xidmət edirdi. Rütbəsi kiçik çavuş idi, dəstə komandiri idi, 12 əsgəri var idi. Mən onu atasız böyütmüşəm, uşağımı tanıyıram. Bilmirəm, özünü öldürər, ya yox?!” – deyə o, bildirib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Abzas Media-ya bildirilib ki, sorğu ilə Hərbi Prokurorluğa müraciət edək. Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə bildirib ki, qeyd olunan məsələlər istintaq sirri olduğu üçün sualları cavablandırmırlar. //Abzas Media//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Bu gün, 18:00 |
|
|
|
| • Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Bu gün, 17:57 |
|
|
|
| • Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Bu gün, 17:44 |
|
|
|
| • Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Bu gün, 17:39 |
|
|
|
| • Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Bu gün, 17:36 |
|
|
|
| • “Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Bu gün, 17:32 |
|
|
|
| • “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Bu gün, 17:28 |
|
|
|
| • 8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Bu gün, 17:24 |
|
|
|
| • Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Bu gün, 17:20 |
|
|
|
| • Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Bu gün, 17:17 |
|
|
|
| • Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Bu gün, 17:08 |
|
|
|
| • İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Bu gün, 17:04 |
|
|
|
| • Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:01 |
|
|
|
| • “Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Bu gün, 16:58 |
|
|
|
| • Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Bu gün, 16:56 |
|
|
|
| • Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Bu gün, 16:54 |
|
|
|
| • Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Bu gün, 16:50 |
|
|
|
| • Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Bu gün, 16:45 |
|
|
|
| • “Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Bu gün, 16:41 |
|
|
|
| • Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Bu gün, 16:37 |
|
|
|
| • Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Bu gün, 16:32 |
|
|
|
| • Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Bu gün, 16:27 |
|
|
|
| • Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Bu gün, 16:26 |
|
|
|
| • Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:21 |
|
|
|
| • Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Bu gün, 15:16 |
|
|
|
| • "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Bu gün, 15:11 |
|
|
|
| • Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Bu gün, 15:09 |
|
|
|
| • Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Bu gün, 15:05 |
|
|
|
| • Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Bu gün, 14:57 |
|
|
|
| • Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Bu gün, 14:51 |
|
|
|
| • Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Bu gün, 14:48 |
|
|
|
| • “Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Bu gün, 14:45 |
|
|
|
| • `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Bu gün, 14:40 |
|
|
|
| • Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Bu gün, 14:32 |
|
|
|
| • Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Bu gün, 14:31 |
|
|
|
| • Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29 |
|
|
|
| • Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10 |
|
|
|
| • "Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05 |
|
|
|
| • Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04 |
|
|
|
| • Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02 |
|
|
|
| • Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00 |
|
|
|
| • Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50 |
|
|
|
| • İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44 |
|
|
|
| • Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42 |
|
|
|
| • Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37 |
|
|
|
| • Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35 |
|
|
|
| • Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28 |
|
|
|
| • Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23 |
|
|
|
| • Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12 |
|
|
|
|