Qaz xətti çəkilib... sayğac da qoyulub: BƏS NƏYİ GÖZLƏYİRSİNİZ? - NARAZILIQ VAR!
Tarix: 25-08-2023, 10:05 |
Çap et
DİA.AZ: - Ayrı-ayrı dövlət qurumlarının aidiyyatı üzrə yeni tikilən yaşayış binalarının rəsmiləşdirilməsində göstərdikləri ƏCAİB mövqenin arxasında əslində nəyin dayandığını hər kəs yaxşı bilir. Yəni asan dillə desək, hər bir yeni tikilən bina təhvil alınarkən müxtəlif dövlət qurumlarının icazəsi olmalıdır və MTK-lar bu zaman əllərini ciblərinə salmaq zorundadır. Məsələn, qaz çəkilməsi üçün, işığın, suyun verilməsi üçün... kanalizasiyanın işə salınması üçün... Binanın ümumiyyətlə, FHN tərəfindən qəbul edilməsi üçün...
DİA.AZ bildirir ki, məhz bu kimi bürokratik səbəblərdən və daha dəqiqi, RÜŞVƏT MARAĞINDAN yaranmış situasiyanın daha çox əzabını da çəkən sakinlər olur.
Elə aşağıda təqdim edəcəyimiz müraciətdə də vətəndaş bu barədə giley edir. Beləliklə...
"Şikayətim Azəriqaz İstehsalat Birliyindəndir" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Gülər Əli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: " `Jasmine Park` saray layihəsindən ev almişıq. 2 binani yaşayışa təhvil veriblər. Və çox az adam qalıb köçməyən...
Amma hələ də qaz verilmir binaya. Oturub keflərini gözləyə bilmirik artıq.
Qaz xəttləri qoşulub... Sayğaclar da qoyulub... Nə vaxta fikriniz var?"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...