DİA.AZ: - "Bu gün "Bakıxanov mall"da yerləşən "Bravo" marketə yaxınlaşdım bu yoqurtu almaq üçün. Amma gördüm ki son istifadə tarixi keçmiş məhsulları endirimə qoyublar!" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Leyla Abuzərova adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bu necə vicdansızlıqdır? Bravo Müştəri Xidmətləri... Körpə uşaqların həyatı ilə oynayırsız indi də? İşçiniz başımın üstünü kəsdirdiyi üçün fotosunu çəkə bilmədim, tez yığıb apardı “guya” atmağa. Yeni tarixli olanı götürüb kassaya yaxınlaşdım kassir qız utanmaz-utanmaz “tarixi keçmişlər” endirimdədir yalnızca dedi! Bi raz insanlıq, bir az məsuliyyət!!!"
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...