Bakıda evlər niyə belə bahadır axı... .....                     “Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” .....                     Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... .....                     Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ .....                     Binəqədi bizim yox, başçının evidir... .....                     Vüsal Abdulla qəssabdır, YOXSA?.. .....                     Moskva Türk birliyinə qarşı planlar qurur .....                     "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz" .....                     Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib .....                     Azərbaycan İsraillə niyə dost olmasın ki... .....                     ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır .....                     Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                     Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? .....                     Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı .....                 

Gəncə hadisələrində qadın izi - ARAŞDIRMA
Tarix: 17-07-2018, 12:12 | Çap et
Gəncə hadisələrində qadın izi
Nardarana girmək müşkül məsələ idi. Kənd sakini adı ilə birtəhər İmam Hüseyn meydanına çatdım.

Hər iki-üç metr məsafədə kişilər tonqal qalamışdı. Ətraf efirdən gördüyünüz Suriya görüntülərini xatırladırdı. Əl boyda körpələrin əlinə dəmir parçaları vermişdilər. Onlaq qaz trubalarına dəmirlə döyəcləyirdi. Qadınlar isə məntəqə deyilən əraziyə toplanmışdı. Arada bir çıxıb “ Kişi deyilsiniz, kişi olsanız, meyidlərimizi alarsınız” deyirdilər. Bu o demək idi ki, Nardaran kişiləri ekspertizada olan meyidləri almaq üçün kəndin girişindəki polislərə hücum çəkib, şəhər mərkəzinə getməli idilər. Qadınlar açıq şəkildə şantaj leksikonu ilə kişiləri provokasiyaya çəkirdilər. O kişilər qadınların qohum-əqrəbası, əri, qardaşı idi. Ailə qoruyucusu olan qadın doğmalarını oda atırdı...

Gəncə hadisələrində qadın izi

Oxuduqlarınız faktdır. Çoxunuz Taleh Bağırzadədən danışan, oyuncağa çevrilmiş körpələri görmüsünüz. Elə “Polis Nardarana addım ata bilməz” deyib haray-həşir qoparan qadınları da. Fakta isə zaval yoxdur. Həmin reportajdan qıcıqlananlar hələ də təhqir edir, hədə-qorxu gəlir.
Gəncədə iki polisin şəhid olduğu günün səhəri Gəncədə idim. Hadisəni gözləri ilə görən, şahidi olan kifayət qədər adamla danışdım. Onların içərisində hadisəni polisə verdiyi ifadəsi ilə təqdiqləyənlər də var:



“Axşam saatları idi. Həmişəki kimi Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında gəncəlilər gəzişir, dincəlirdilər. Fontanın ətrafında , bir az aralıda da qadınlar dayanıb söhbətləşirdi. Həmin günü terrorist Yunis Səfərova dəstək üçün bir qisim adamın meydana toplaşacağı xəbəri dolaşırdı. Bunu heç kim ciddi qəbul etməmişdi. Nə vətəndaş, nə polis. Vətəndaş gündəlik həyatını yaşayır, Gəncə İcra Hakimiyyətinin qarşısında dincəlir, polis isə xüsusi hazırlıq görmədən gündəlik rejimdə işləyirdi. Qəfildən fontanın ətrafında toplaşan qadınların bəziləri çantalarından, əllərindəki torbalardan qab-qacaq çıxarıb, ətrafa tullamağa, sındırmağa başladı. Hər şey anidən baş verdi. Əlində özləri Zülfüqar qılıncının formasında kiçik xəncərlər olan adamlar peyda oldu. Onların qılıncı Zülfüqar qılıncının maketi idi. Necə ki özləri də dindarların əldəqayırması, maketi idilər. Onlar qışqır-bağır salıb, diqqət toplamağa çalışırdılar. Meydana heç təsadüfi deyil ki, uzun illər hüquq-mühafizə orqanlarında təcrübəsi olan, gəncəliləri və Gəncəni yaxşı tanıyan iki rəis müavini çıxmışdı. Əli silahsız, qorumasız. Xəncərləndiyi anda belə İlqar Balakişiyev “Gəncəlilər mənə əl qaldırmaz” deyib. Bu əminliyi ona illərin təcrübəsi vermişdi.

Gəncə hadisələrində qadın izi

Qatillər meydandan qadınların köməyi ilə qaça bilmişdi. Az əvvəl fontanın ətrafına toplaşan qadınlar indi də yaralı polislərin ətrafına ətdən çəpər çəkmişdi. Beləliklə polislər qadınları əzib keçə bilməmişdi. Gəncədə də qadınlardan istifadə edilmişdi.

Gəncədəki terror hadisəsini konteksdən çıxarmağa cəhd edən, sosial şəbəkə vasitəsilə ajiotaj yaradan, “Bibər qazı məni boğdu” deyib ah-nalə çəkən də qadın idi. Baş örtülü, Sumqayıtın Corat qəsəbəsindən olan qadın... Və maraqlıdır ki, Sumqayıt sakini hadisələrdən əvvəl Gəncəyə gəlib. Burada əvvəl “Çayqıraqlı”deyilən ərazidə qonaq qalıb. Qeyd edim ki, hər iki qatil də Gəncənin məhz bu ərazisində yaşayır. Daha sonra isə günlərlə Gəncədə lüks hoteldə qalıb.
Həqiqət birdir. İnsanlar reallıq hissini itirəndə və cəzasızlıq hissinə qapılanda cinayətin bir addımlığında olur. Bu hisslərin isə bircə səbəbi var, o da xurafat, cahillik və savadsızlıq. Qanunları bilməmək, qanunsuzluğa əsas vermir. Qadınlıq isə qanunların fövqündə deyil. Heç kim düşünməməlidir ki, cinayəti törədən qadındırsa, ona güzəştə gediləcək.
Bu, necə bir inancdır ki, qadını, uşağı qabağa verir? Qadından, uşaqdan, oyuncaq, marionet kimi istifadə edir...

Gəncə hadisələrində qadın izi

Tarixin bütün dövrlərində dinə meylli də, elə dinin qurbanları da qadınlar olub. Qadın onun heç bir hüququnu tanımayan, kişiyə köməkçi vasitə kimi baxan dinlərin istəyərək köləsinə çevrilib. Axı indi cahiliyyə dövrü deyil. Özünü tapa bilməyən insanlar üçün həyat yeknəsəkdir. Özünü tapa bilməmək, öz imkanlarını, bacarıqlarını kəşf edə bilməmək onları başqalarının uydurduğu qanunlara tabe edir. Əsl qanunlara zidd getməyə çağırır.

Bütün cəmiyyətlərin gələcəyi qadınların iki ovcunun arasına buraxılıb. O ovuclar qan çiləyə bilməz. Nakişilər isə qadınlara göstərilən etimaddan istifadə edə bilməz. Qadınlar din pərdəsi altında istifadə olunur. Suriyaya gedənlər özləri ilə bərabər həyat yoldaşlarını, qızlarını da aparır. Onlar Suriyada seks köləsinə çevrilir. Qadın yenə istifadəyə, cinayətə ortaqlığa susur...



Gəncə, 11 iyul, gecə saat 3. Sosial şəbəkədə iki jurnalistfasonun statusunu gördüm :”Deyəsən Gəncə İcra Hakimiyyətinin qarşısında çaxnaşmadır. Güllə səsləri eşidilir. Mən o saatlarda hələ də İcra Hakimiyyətinin qarşısında idim. Hər iki jurnalistfasona yazdım. Məlum oldu ki, heç biri Gəncədə deyil. Amma o səsi eşidiblər. Yəqin ki, cənubdan gələn səs onlara daha tez çatıb. Bu jurnalistfasonların birinə cinayət işi açıldığı üçün, digəri isə namizəd olduğu üçün ad çəkmirəm. Demək ki, bibər qazı ilə boğulan qadın yalnız birdəfəlik istifadə üçün uyğun imiş...
Ardı olacaq

Günay Arda
Femida.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda evlər niyə belə bahadır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
“Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” - Görünəni odur ki...
Bu gün, 06:34
Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... - AKTUAL
Bu gün, 06:27
Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
Bu gün, 06:23
Binəqədi bizim yox, başçının evidir... - istəsə satar, istəsə də...
Bu gün, 06:19
Vüsal Abdulla qəssabdır, YOXSA?.. - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02
"Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57
Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52
Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Dünən, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Dünən, 12:42
Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Dünən, 12:41
Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru