Moskva Türk birliyinə qarşı planlar qurur .....                     "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz" .....                     Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib .....                     Azərbaycan İsraillə niyə dost olmasın ki... .....                     ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır .....                     Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                     Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? .....                     Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı .....                     Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı .....                     Demilitarizasiya olmadan sülh mümkün görünmür .....                     Əmrullayev təhsilə ayrılan pulları israf edir .....                     Əli Həsənova məxsus köşklər yığışdırılır? .....                 

Şirəliyevin şirələndiyi Azərbaycan səhiyyəsi... - İTTİHAM
Tarix: 9-07-2018, 11:24 | Çap et
Şirəliyevin şirələndiyi Azərbaycan səhiyyəsi...
Məşhur bir söz var: “Mənə vicdasınz bir mətbuat verin, cəmiyyəti məhv edim”


Bu sözləri tamamilə Azərbaycan səhiyyəsinə transfer etmək olar.

Bizə bir vicdansız səhiyyə məmurları nəsib olub və onlar cəmiyyətin məhvi üçün nə lazımdırsa əllərindən gələni əsirgəmirlər.

Bu gün xəstəxana, həkim adları gələndə hər kəsin dalağı sancır, insanlar mümkün qədər gec həkimə gedirlər, türkəçarə, xalq təbabəti üsulları ilə sağalmağa çalışırlar.
Çünki onları xəstəxanaları qəssabxanalara çevirmiş çoxlu rüşvətxor və savadsız, səhlənkar, xəstəsinə müştəri kimi baxan, onu soğan qabığı kimi soymağa hazır həkimlər gözləyir.
İşin bir tərəfi pul qoparılması olsa, dərd yarı, hətta xəstəxanaya sağ girib ölü çıxanların hər ay qeydə alınması normaya çevrilməkdədir.

Məsələn, Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.

Rayonun Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qazaxın Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. R.Mustafayev iyunun 30-da Ağstafa özünə məxsus avtomobildən düşən zaman “VAZ” markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb, ayağından əməliyyat olunubmuş.

Yəni, elə də böyük əməliyyat deyil. Sadəcə xəstə narkozdan ayılmayıb, ya doza çox olub, ya da ümumiyyətlə narkoz vermək olmazmış. İyunun 29-da M.Mustafayevin qohumu, Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.
Anaxeber.Az-ın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin idarəçliyi altında bu iki ölüm faktı təkcə son 1 həftə ərzində baş verib.

İlin statistikasını hazırlasaq, yol qəzalarındakı ölümlərdən sonra ikinci yeri xəstəxanalarda, klinikalarda həkim səhlənkarlığından tələf olan insanların siyahısı tutar.
Hər ay ana və uşaq ölümləri, əməliyyat masasında həkim səhlənkarlığından dünyasını dəyişənlərin xəbərləri gəlməkdədir.

Onlar fərq etmir ki, hansı rayon xəstəxanasında can verirlər, dəhşət doğuran reallıq O.Şirəliyevin qurduğu səhiyyə sisteminin insan qəssabı, insan qatili olmasıdır.
Həkimlər insana tibbi xidməti biznesə çeviriblər. Bu da faciələrə yol açmaqdadır. Bütün sahələrdə səhlənkarlığa, rüşvətə göz yumulması başadüşüləndir, amma insan sağlamlığına birbaşa cavabdeh olan səhiyyənin rüşvət bataqlığında boğulması xalqa və onun genofonduna xəyanətdir, cinayətdir, gələcək nəsillərə pislikdir.

Əslində, səhiyyədəki problemlərin hansı yerindən başlasan, qandonduran faktlar meydana çıxır: prokurorluğun ifşa etdiyi saxta dərman satan həkimlər, dövlətin xəstəxanalara ayırdığı tibbi ləvazimatların, pereparatların apteklərdə satılması, yaşlı qadının sağlam ayağının səhvən kəsilməsi, baş həkimlərin rayon mərkəzi xəstəxanalarını, doğum şöbələrini rüşvət yuvalarına çevirməsi, ən nəhayət iki gün ölkədə yaşanmış enerji fəlakəti zamanı xəstəxanalarda generatorların olmamasının üzə çıxması O.Şirəliyevin bir nazir kimi Azərbaycan səhiyyəsini qətlə yetirdiyini, rüşvət xərçənginə yoluxdurduğunu, artıq metastaz verməkdə, qan qusmaqda olduğunu bir daha sübut etdi.

Üstəlik, xəstəxanalarda generatorların olmamasını mətbuat və yaxud adi vətəndaşlar iddia etmədi, şəxsən prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirin üzünə dedi, onun yalan danışdığını ortalığa qoydu.

Hələ bu azmış kimi, nazir hamının gülüş obyektinə çevrilən açıqlama verərək yayın istisində bütün cəmiyyəti qəhqəhəyə boğdu. Şirəliyev elan etdi ki, icbari tibbi sığorta sahəsində başqa ölkələr Azərbaycandan nümunə götürürlər.
Həmin ölkələrin Mozambik yoxsa Somali olduğunu müəyyən edə bilməsək də, Azərbaycanda icbari tibbi sığortanın olmadığı yeni doğulmuş körpələrə də agahdır.
Nazirin bu açıqlamanı verərkən hansı ovqatda olduğunu demək çətindir, amma görünür ki, prezidentin müşavirədə onun yalanının ifşa etməsinə baxmayaraq, əhval-ruhiyyəsi yüksək olub.
Anaxeber.Az-ın məlumatına görə, bu ilin ilk 3 ayı ərzində 7 ana ölümü qeydə alınıb. Bu, nazirliyin rəsmi məlumatıdır. Ötən il isə 20 ana dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın bu məlumatı sanki heç nə olmamış bir adi statistikadır. Faktiki olaraq, hər bir ölümdə həkim səhlənkarlığı var.
Bundan əlavə, özəl klinikalardakı ölümlər, vətəndaşlara qoyulan səhv diaqnozlar, qiymətlərin dəhşətli dərəcədə baha olması və nazirliyin bu soyğunçuluğa müşahidəçi qalması, dövlət tibb müəssisələrində ələbaxımlılıq, dilənçilik açıq şəkildə gedir.

Bunu deputat Elmira Axundova da demişdi. İnsanların Şirəliyevin səhiyyəsinə zərrə qədər etibarı qalmayıb. Ona görə İran, Türkiyə, Gürcüstana üz tuturlar.

Elə məmurlar, nazirlər də Azərbaycan səhiyyəsinə güvənmirlər. Hətta xatırlayırsınızsa, ABŞ öz vətəndaşlarını Bakıdakı apteklərdən dərman almamağa çağırmışdı.
Sonda məlum oldu ki, dərman mafiyasında həkimlərlə gömrük generalları əlbir imiş. Belə səhiyyəyə isə nə əcnəbilər, nə öz vətəndaşlarımız bel bağlaya bilər.
Şirəliyevin korrupsiyaya bulaşmış idarəçiliyinin nəticəsidir ki, vərəm dispanseri külə dönərək 30 nəfərin diri-diri yanmasına səbəb oldu.

Bəs iyunun 7-də baş vermiş ölüm faktına nazir nə deyə bilər? Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib.
G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib.
Cinayət işi başlansa da, digər ölüm faktları kimi bu olay da bağlanır, kimsə cəzalandırılmır.
Ümumiyyətlə, Şirəliyev əli qana batmış həkimlərinin arxasında dayanır, cəzalandırılmasına imkan vermir, vətəndaşların şikayətlərinə baxılmır.

Bu özbaşınalıq, xəstəxanalardakı rüşvət, səhlənkarlıq günün birində partlayışa səbəb ola bilər. Bir gün nazirliyin qabağında kimsə özünü yandırsa, təəccüblənmərik.
Azərbaycan səhiyyəsində rüşvət olmadığını deyən nazirə onlarla video faktlar, şikayətlər göstərmək olar. Son olaraq ATU tələbələrinin rezidentura ilə bağlı keçirdiyi aksiya da nazirliyin mürtəc qərarına etiraz idi.

Klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.

Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...

Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.

Bütövlükdə isə səhiyyədəki vəziyyətlə bağlı damğanı prezident müşavirədə vurdu və nazir yalanyalançı çıxdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02
"Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57
Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52
Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Dünən, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Dünən, 12:42
Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Dünən, 12:41
Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Dünən, 12:26
“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:10
Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Dünən, 12:07
“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Dünən, 11:57
Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Dünən, 11:50
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru