Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                     Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər .....                     Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq? .....                     “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” .....                     Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi .....                     Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... .....                     Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək .....                     Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... .....                     Ermənistan sülh istəmirsə, bizə də lazım deyil .....                     Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü .....                     Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                     Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli .....                     "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" .....                     Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur .....                     İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? .....                     Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi .....                     Az çiskin olacaq... .....                     Bayden administrasiyası son həmlələrini reallaşdırır .....                     Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB .....                 

Ziya Məmmədovun obyekti ilə bağlı ilginc iddialar - İTTİHAM VAR
Tarix: 8-03-2017, 10:10 | Çap et
Ziya Məmmədovun obyekti ilə bağlı ilginc iddialar
Azərbaycan respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi, dövlət qurumlarını formalaşması və işlək vəziyyətə gətirilməsi, bir çox islahat proqramlarının tətbiqi və s. sanki zərurətə çevrildi. Düzdür, illər keçdikcə həlli vacib olan problemlərin bir çoxu həllini tapdı və bəzilərinin həlli istiqamətində əməli addımlar da atıldı. Ölkəmizin səhiyyəsi, təhsili, mədəniyyəti, ordu quruculuğu, aqrar sahəsi və digər sahələri daim diqqətdə saxlanıldı. Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil respublikamızın daha qüdrətli dövlətə çevrilməsi üçün hər şeydən öncə əməli addımlar atılmalıdır.

Nəqliyyat infrastrukturunun yeniləşməsi zərurətə çevrildi

Ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə müəyyən yeniliklərin tətbiqi də olduqca zərurətə çevrildi. Çünki, müstəqil dövlətin nəqliyyat infrastrukturunu sovet dönəmindən qalma və müasir dövrün tələblərinə cavab verməyən yeni infrastrukturla əvəzləmək zərurəti yarandı. Belə bir səbəblər üzündən də, ilk növbədə ölkəmizin nəqliyyat sahəsindəki problemləri aradan qaldırmaq, yeni avtovağzalın tikintisini həyata keçirmək və digər ciddi islahatları tətbiq etmək, sanki hər kəsin gələcəyə ümidlə baxmasına da səbəb oldu. Onu da vurğulayaq ki, görüləcək işlər içərisində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tikintisi daha çox diqqəti cəlb etdi. Çünki, bu avtovağzalın müasir üslubda tikintisi ilə bağlı büdcədən külli miqdarda vəsait də ayrıldı. Hələ tikinti işləri aparılarkən sürücülər, çoxsaylı sakinlər ümid edirdilər ki, arzusunda olduğumuz problemlər qısa zaman kəsiyində həllini tapacaq və hər kəsin rahatlığı da təmin olunacaq.

Avtovağzalla bağlı arzular, puç olan ümidlər

Amma bu heç də belə olmadı. Çünki, adı çəkilən avtovağzalın tikintisi başa çatdırıldı və yuxarıda qeyd etdiyimiz kimi, bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənsə də, adı çəkilən sahədə qayda-qanun bərpa olunmadı ki, olunmadı. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri oldu. Bu səbəblər içərisində ən başlıcası isə, müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri üzərində, məhz bu sahəni inhisarında saxlayan şəxslərin inhisarçılığı oldu. Bu gün də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından ölkəmizin bütün istiqamətlərinə hərəkət edən nəqliyyat vasitələri təsir dairəsində saxlanmaqdadır. Məsələn, adicə bir faktı qeyd edək ki, ölkəmizin qərb zonasına hərəkət edən nəqliyyat vasitələrinin sahiblərinə “mütləq Ucar Avtovağzalındakı yeməkxanada dayanmalısınız” deyə, şifahi tapşırıqlar verilir. Belə bir tapşırıqların verilməsinin də özəl səbəbləri var. Çünki, həmin yeməkxanın bir neçə gün bundan əvvələ qədər nəqliyyat naziri vəzifəsini daşımış Ziya Məmmədova bağlı olduğu da bildirilirdi. Məhz belə bir səbəb üzündən də, bu sahədə çalışan sahibkarlar verilmiş tapşırıqlardan heç cür kənara çıxa bilmir və hər bir əmrə “baş üstə” deməyə də məcbur olurlar.

Sabiq baş nəqliyyatçının “əmr”i, bu gün də yerinə yetirilməkdədir

Maraqlı hal odur ki, hal-hazırda Ziya Məmmədov ölkəmizin Nəqliyyat Naziri deyil, amma buna baxmayaraq, yenə də sürücülər Ucar Avtovağzalındakı yeməkxanada dayanmağa vadar olunurlar və avtovağzal səlahiyyətliləri tərəfindən sürücülərə verilmiş sənədlərə, məhz həmin yeməkxanada dayanmalarını təsdiq etmək üçün hansısa möhür də vurulur. Hələ bu azmış kimi onlar müəyyən məbləğdə “rüsum” ödəməyə də vadar edilirlər.

Sürücü, sərnişin hüquqları niyə pozulmalıdır?

Diqqəti bir məqama yönəldək ki, sürücülərin belə bir addımlar atmalarına vadar olunmaları, təkcə onların deyil, hətta çoxsaylı sərnişinlərin də hüquqlarının pozulması ilə nəticələnməkdədir. Çünki, bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran sərnişinlər bildirirlər ki, “yol kənarlarında çoxlu sayda yeməkxanalar var və həmin yeməkxanalarda həm keyfiyyətli, həm də ucuz yeməklər verilir. Amma Ucar Avtovağzalında isə, fərqli ab-hava yaşanmaqdadır. Yəni, adı çəkilən avtovağzaldakı yeməkxanada bahaçılıq olmaqla bərabər, həm də keyfiyyətsiz yeməklər verilir. Digər tərəfdən, bu sahə ilə məşğul olan neçə-neçə sahibkar var ki, atılan addımlar, məhz onların iş fəaliyyətlərinə olduqca mənfi təsir də göstərir. Onu da vurğulayaq ki, Ucar Avtovağzalındakı yeməkxanada sərnişinlərə verilən yeməklərin müqabilində bir kimsəyə hər hansı qəbz verilmir. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən yeməkxanaya rəhbərlik edən şəxs və yaxud şəxslər vergidən yayınır və belə bir yolla da, gündəlik vergi cinayətinə qol qoymuş olurllar.

Inhisarçılıq ölkəmizin imicinə də mənfi təsir göstərir

Hələ bir neçə gün bundan əvvəl, qardaş Türkiyə dövlətinə gedən Aslan adlı şəxs redaksiyamızla əlaqə saxlayıb bildirdi ki, “sərnişinlər nə qədər təkid etsələr də, bizi aparan sürücü nəqliyyat vasitəsini Ucar Avtovağzalında saxladı və bildirdi ki, “mənə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın rəhbərliyindən tapşırıq verilib, mən həmin tapşırıqdan heç cür kənara çıxa bilmərəm”. Elə ki, adı çəkilən avtovağzalda dayandıq, o halda gördüm ki, nəinki Türkiyə dövlətinə, hətta İrana gedənləri də adı çəkilən avtovağzalda dayanmağa vadar ediblər. Belə bir addımların atılması, yəqin ki, əcnəbi vətəndaşlarda Azərbaycan haqda müəyyən ictimai fikrin formalaşmasına səbəb olur və istənilən halda ölkəmizin imicinə bu və ya digər formada xələl də gətirir”.

Avtovağzalda oturub Ucar Avtovağzalını idarə edənlər

Bütün bunlardan əlavə, bir-iki gün bundan öncə özünün Ucar rayon sakini olduğunu bildirən şəxs redaksiyamızla əlaqə saxlayıb vurğuladı ki, “Ucar Avtovağzalında idarəetməni, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında çalışan Etiram və Əzizağa adlı şəxslər həyata keçirirlər. Əzizağadan fərqli olaraq, Etiram “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyır. Bu şəxslər adı çəkilən avtovağzala daxil olan nəqliyyat vasitələrini nəzarətdə saxlatdırır və “açot-uçot”unu da apartdırırlar”. Belə bir məlumatı eşitdikdən sonra çox götür-qoy etdik. Çünki hər kəsə bəllidir ki, milli qəhrəman adını daşıyan şəxslər xalqımızın qürur mənbəyidir və həmin şəxslər döyüş bölgələrində göstərdikləri qəhrəmanlıqlara görə, məhz belə bir ada layiq görülürlər. Verilən bu cür məlumatdan sonra bəzi düşüncələrə sahib olduq və o qənaətə də gəldik ki, hər kəs bu adın ucalığını qorumağa çalışmalıdır. Amma, “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyan Etiram adlı şəxsin hansısa qruplaşma ilə işbirliyinə girərək, hərəkətdə olan nəqliyyat vasitələrini təsir dairəsində saxlaması, çoxsaylı sərnişinlərin hüquqlarının pozulması ilə nəticələnən addımlar atması və s. yəqin ki, bir kimsə tərəfindən təqdirəlayiq addım da hesab oluna bilməz.

Avtovağzaldakı yanacaqla bağlı yaşanan problemlər

Ölkəmizin nəqliyyat sektorunda yaşanan acınacaqlı olaylardan biri də, avtovağzal rəhbərliyi tərəfindən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrinin yanacaqla təminatınıda yaşanan problemlərin varlığıdır. Çünki, daim bu sahəni də nəzarətdə saxlayan rəhbərlik bəzi hallarda sürücüləri vadar edir ki, onlar istifadə etdikləri yanacağı avtovağzaldakı yanacaqdoldurma məntəqəsindən doldurmalıdırlar. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran, amma adının çəkilməsini istəməyən sürücülərdən bir neçəsi bildirir ki, “bəzən avtovağzalda satılan yanacaq gəmilər üçün nəzərdə tutulduğundan, ondan istifadə zamanı avtobusların ayrı- ayrı detalları tez bir zamanda sıradan çıxır. Belə bir halın varlığını isə, nəiki avtovağzal rəhbərliyi, hətta digər işçilər də nəzərə almırlar. Çünki, vəzifə sahiblərini nəqliyyat vasitələrinin durumu deyil, daha çox əldə olunacaq “haq-hesab”ın varlığı düşündürür.

Kassalar niyə “sürgün” olunmuş yerdə yerləşdirilib?

Onu da vurğulayaq ki, bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rüşvətxorluq ayaq tutub yeriməkdədir. Bu ünvanda yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıranlar bildirirlər ki, kassalar avtovağzalın “podval”ında, yəni birinci mərtəbəsində yerləşdiyindən, sərnişinlərin tam əksəriyyəti kassaların harada, hansı ünvanda yerləºməsindən xəbərsiz olurlar. Kassaların belə bir ünvanda yerləşdirilməsinin də özəl səbəbləri var. Yəqin ki, bu cür halın varlığı bu gün də Bakı Avtovağzalında rəhbərliyi həyata keçirən cənab Seymur Quliyevin maraqlarına cavab verməkdədir. Bilet kassaları “podval”da yerləşdiyindən, məhz kassalardakı biletlərin çoxu əllərdə olur və onu sürücülər sərnişinlərə baha qiymətə satırlar.

Sərnişinlərin az sayda sənədləşdirilməsində pərdəarxası maraqlar

Çatdırılan məlumatlarda o da bildirilir ki, iritutumlu nəqliyyat vasitələrində sərnişinlər nə qədər çox olsa da, ölkədaxili, hətta xaricə gedən avtobusların hər reysinə cəmi 5-6 nəfər sərnişin, daha çox halda isə, rəsmi sənədlərdə 10 nəfər sərnişin sənədləşdirilir. Əslində satılan hər biletin satış qiymətinin 16%-i dövlətə ödənilməli olduğu halda, yalnız az sayda sənədləşdirilən sərnişinlərdən alınan pulların faizi dövlətə ödənilir. Başqa sərnişinlərdən əldə olunan bilet pulları isə, ayrı-ayrı vəzifə sahibləri arasında “pay-püş” olunur. Onu da vurğulayaq ki, “pay-püş” edilən pullar hər kəsin daşıdığı vəzifəsinə görə bölünür. Yalnız kassalarda çalışanlara isə, ümumi bölgüdən cəmi 10 manat pulun çatdığı bildirilir.

Hansı vəzifə sahibinə nə qədər “haqq-hesab” çatır?

Əgər sərnişin sürücüdən şikayət edərsə, istənilən halda sürücü günahkar çıxarılır və avtovağzal rəhbərliyi ilə bərabər, onun yan-yörəsində “fırlanan”lar isə təmizə çıxarılırlar. Avtovağzalda rüşvətxorluq daha çox xarici ölkələrə gedən avtobuslarda yaşanmaqdadır. Məsələn, adı çəkilən qurumda növbə rəisi işləyən Məhəmməd adlı şəxsə təkcə Bakı-Kazan reysinin hər birindən 100 manat, dispeçer işləyən Abbas adlı şəxsə 50 manat, “baqajnik” işləyənlərə isə, 30 manat “haqq-hesab”ın çatdığı bildirilir.

Avtovağzaldakı “kitab pulu” kimlərin büdcəsinə daxil olur?

Maraqlı hal odur ki, xarici ölkələrə gedən nəqliyyat vasitələrinin sürücüləri əgər avtovağzaldan yanacaq götürmürlərsə, o halda əlavə 18 manat “rüsum” da ödəməli olurlar. Nəqliyyat vasitələri avtovağzaldakı dayanacağa daxil olarkən “şlaqbaum”u endirib-qaldıranlara 2 AZN, dayanacaqda sutka ərzində dayanmaya görə gözətçilərə 2 AZN, hər sürücüyə görə avtovağzal həkimlərinə 2 AZN, məlumat bürosunda işləyənə 2 AZN “rüsum” ödənilir. Hələ bunlar azmış kimi, iritutumlu nəqliyyat vasitələri avtovağzaldan çıxarkən nəqliyyat vasitələrinin sahiblərindən 20 AZN alınır ki, bunun da adını “kitab pulu” qoyurlar. Ərazidə təhlükəsizliyə və sabitliyin qorunmasına cavabdehlik daşıyan post patrul xidmətinin əməkdaşları isə, hər iritutumlu nəqliyyat vasitəsinin sahibindən 10 AZN aldığı iddia olunur. Avtovağzalda yaşanan ən böyük qanunsuzluqlardan biri də, vergidən yayınma hallarının baş verməsidir. Çünki, adı çəkilən qurumun ərazisində yüzlərlə mağaza, bir neçə yeməkxana var ki, onlar ticarətlə məşğul olurlar və kassa aparatından çox zaman da istifadə etmirlər. Bütün bunlar onu söyləməyə əsas verir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında əsaslı tədbirlərin görülməsinin artıq zamanı çatıb.

Nazirliyin ləğvi yeniliklərə yol açacaq

Ölkəmizin nəqliyyat sahəsində yaşanan acınacaqlı durumun varlığına baxmayaraq, bu gün də əksəriyyət ümidini üzməyib. Çünki, 2003-cü ildən Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin, hələ bir neçə gün bundan əvvəl ləğv edilməsi və əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, məhz tam əksəriyyətdə belə bir fikirin fomalaşmasına da səbəb olub ki, cənab Ramin Quluzadə bu sahəni inhisarçılıqdan birdəfəlik xilas edəcək. Çünki, cənab Nazirin bir neçə gün bundan əvvəl Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında olması və problemlərin aradan qaldırılması istiqamətində çox ciddi tapşırıqlarını verməsi, hər kəsdə yeni bir ümid hissinin baş qaldırmasına da səbəb olub. Onu da qeyd edək ki, Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 880 saylı fərmanı ilə yaradılmışdı və nazirliklə bağlı Əsasnamə təsdiq olunduqdan sonra adı çəkilən qurum fəaliyyətə başlamışdır. Ötən illər ərzində Nəqliyyat Nazirliyinin tabeçiliyindəki qurumlarda vəzifə sahibi olan bir çox “qoçu dəstələri”nin qol qoyduqları çoxsaylı qanunsuzluqlar, atdıqları addımlar və s. sanki bu sahədə çalışanların “toxunulmaz şəxs” statusuna malik olmalarını göstərirdi. Deyəsən bu sahədə fərqi ab-hava yaşanması üçün, olduqca yaxın vaxtlarda müəyyən addımlar atılacaq. Çünki heç cür inana bilmərik ki, ölkəmizin olduqca strateji sahələrdən biri hesab olunan nəqliyyat sahəsində idarəçilik, bu gün ölkə rəhbəri tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini daşıyan Ramin Quluzadəyə etibar edilirsə, deməli bu şəxs adı çəkilən sahənin “bataqlıq”lar içərisində məhv edilməsinə heç cür imkan verməyəcək. Yəqin ki, atılan hər bir addım istər Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında, istərsə də regionlardakı avtovağzallarda, xüsusilə də Ucar Avtovağzalındakı inhisarçılığa, məcburetməyə, sərnişin hüquqlarının pozulmasına birdəfəlik “yox” deyəcək. Bu yöndə araşdırmalarımız davam edəcək.

Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru