"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" .....                     Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb .....                     Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir .....                     Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi .....                     TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... .....                     ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər .....                     Ərdoğan Zelenski ilə görüşüb .....                     Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı .....                     Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb .....                     "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm" .....                     Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır .....                     Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu .....                     Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir .....                     Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir .....                     Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad .....                     “Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” .....                     Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub .....                     Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir .....                     TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək .....                     "19 min ödədim, maşınımı xəbərsiz satdılar" .....                     “Təhsildəki real problemləri gizlətmək düzgün deyil” .....                     AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb .....                     Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! .....                     ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur .....                     Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib .....                     Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB .....                     Azərbaycanda saxta əlillik verənlər .....                     “Bu adam ağlını itirib...” .....                     “Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” .....                     “Mənə qarşı sui-qəsd hazırlanır” .....                     Ermənilərin gecikmiş seçimi .....                     Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub .....                     İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" .....                     7 azərbaycanlı Vaşinqtona niyə göndərilib? .....                     "Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..." .....                     Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... .....                     26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar .....                     “Revanşistlər”in təşəbbüsü, yoxsa Fondun çaşdırması? .....                     "Səba” ASC-nin yığıncağının vaxtı dəyişdirildi .....                 

Bakıdan yağışdan sonra çıxan göbələklər kimi artan "ucuzluq" - ŞİKAYƏT VAR
Tarix: 17-01-2017, 10:34 | Çap et
Bakıdan yağışdan sonra çıxan göbələklər kimi artan "ucuzluq"
Bakı və Sumqayıtda durmadan çoxalan “Ucuzluq” adlı mağazalara gedən çox, əlidolu çıxan tək-tükdür.

"Qadın, kişi, uşaq paltarları! Gəlin! Alın! Razı qalın! Çoox ucuzdur!..".

Ucuz mallara müştəri haraylayan gənc səhərdən axşamacan gördüyü bu işinə görə gündə 10-15 manat qazanır. İşi uca səslə çağırıb, ucuz məhsullara alıcı tapmaqdır.

Son bir ildə Bakıda və Sumqayıtda "Ucuzluq" adında mağazaların sayı durmadan çoxalır. Adı ucuz, satılan malların qiymətisə digər ticarət yerlərindən elə də fərqlənməyən bu mağazalara gələnlər çox, nəsə alan azdır. Belə mağazalarda, adətən, böyüklər və uşaqlar üçün pal-paltar, ayaqqabı satılır.

45-40 manata olan paltolar, 10-25 manata olan ayaqqabılar...

Satıcıların adına "Türkiyə malı" deyib təriflədiyi mallarda Çin istehsalı olmasıyla bağlı yarlıq diqqət çəkir. Satıcı qızsa israrla deyir ki, məhsul Çin malı deyil:

"Çin malı deyil, başqa yerdir, bir də türk malı da çoxdur. Alıcılar da razıdır".

Satıcı qız həvəslə 45-40 manata olan paltoları, 10-25 manata satılan ayaqqabıları göstərir.


Mağazaya müştəri səsləyən Etibar adlı gənc deyir ki, onsuz da hamı burda Çin malları satıldığını bilir. Alıcıların çox olmasınısa onların müştərilərinin, əsasən, kasıb təbəqədən olmalarıyla izah edir:

"Mallar ucuzdur. Satış çoxdur. Malların çoxu Çin malıdır, ancaq Türkiyə istehsalı olan da var. Camaatın çoxu ucuz mala üstünlük verir, axı alıcılarımız, adətən, kasıblardır".

Alıcıların razı qalanı da var, malların keyfiyyətinə şübhəylə yanaşanı da:

"Məncə, bu qiymətə bu ayaqqabı pis deyil, əsl kasıb malıdır", - ortayaşlı qadın 20 manata aldığı ayaqqabını göstərir.

Tələbə Elnur Kərimli də deyir ki, o, çox vaxt bu cür mağazalardan pal-paltar alır:

"Cibimə uyğundur, ona görə həmişə belə yerlərdən alış-veriş edirəm".

Bir başqa alıcı burdan almağına nəsə aldığını, amma keyfiyyətdən razı qalmadığını söyləyir.

Bakıda brend adıyla saxta mallar satılan mağazalar az deyil. Son vaxtlar peyda olan “Ucuzluq” adlı mağazalarda da belə mallar satılır, hətta açıq-aşkar reklam da olunur. Məsələn, Sumqayıtdakı “Ucuzluq” mağazası sosial şəbəkələrdə "Rolex" markalı saatı 26 manat 60 qəpiyə, "Prada" markalı çantanınsa 19 manata satıldığını bildirir.

Mağazada çalışanlar da deyirlər ki, onsuz da hamı brend malın belə mağazalarda satılmadığını yaxşı bilir:

"Normal mallardır, ancaq orijinal deyil. Bilirsiniz ki, orijinal mal belə dükanlarda satılmaz. Azərbaycana gələn malların hamısı orijinal deyil ki!..".

“20 ildə bir dəfə rast gəlmədim ki...”

"Bu cür məhsullardan şikayətlər yetərincədir, ancaq şikayətlərə baxan yoxdur", - Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözləridir:

"Şikayətlərin biri də müsbət həll olunmur, dövlət orqanlarından deyirlər məhkəməyə müraciət edin. Hökumətin yalnız və yalnız biznesi dəstəkləmək, biznesə toxunulmazlıq statusu vermək siyasəti səhv siyasətdir. Bəzi iş adamları da bu şəraitdən sui-istifadə edir. Bu gün, açıq-açığına, saxta mallar satılır. 20 ildir mən bu işlə məşğulam. Hələ bir dəfə də eşitməmişəm ki, hansısa keyfiyyətsiz malın adı çəkilsin, kiməsə kompensasiya verilsin".

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir müddətdir saxta mallar bazarında yoxlamaları dayandırıb. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, bu durumdan sui-istifadə edənlər də var:

"Qanunun məqsədi sahibkara dəstək vermək, kömək etməkdir. Çox təəssüf ki, bəzi sahibkarlar qanundan sui-istifadə etməyə başladı. Bizə də belə siqnallar daxil olur. Yoxlamaların dayandırılması keyfiyyətsiz məhsulların artmasına gətirib çıxarmamalıdır".

“Ucuzluq” kimi şirnikləndirici adı olan mağazalarsa son vaxtlar yağışdan sonrakı göbələklər kimi artmaqdadır. Müştəri səsləyən gənc oğlansa "biz də kasıbçılığımızı edirik" deyib, uca səslə "ucuz mallar burdadır!" deyib, sağa-sola boylanır, müştərilərin diqqətini çəkmək istəyir... (Azadlıqradiosu)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28
Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Dünən, 16:27
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Dünən, 16:21
“Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Dünən, 16:17
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Dünən, 16:07
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Dünən, 16:03
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Dünən, 15:56
"19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Dünən, 15:40
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Dünən, 15:38
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Dünən, 15:34
Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! – Fazil Mustafadan ÇAĞIRIŞ
Dünən, 15:32
ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 15:25
Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib - ƏMR
Dünən, 15:23
Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB - BUNDAN SONRA...
Dünən, 15:20
Azərbaycanda saxta əlillik verənlər HAKİM QARŞISINDA
Dünən, 15:18
“Bu adam ağlını itirib...” – Rəsul Quliyevdən ŞOK sözlər
Dünən, 15:17
“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” – Təranə 10 minlərlə pulu necə yığdı?
Dünən, 15:15
“Mənə qarşı sui-qəsd hazırlanır” - KİV
Dünən, 15:11
Ermənilərin gecikmiş seçimi – Paşinyan da “yandırılsa”...
Dünən, 15:10
Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 15:07
İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" - "Hamısı məsuliyyətə cəlb edilməlidir"
Dünən, 14:25
7 azərbaycanlı Vaşinqtona niyə göndərilib? – Ermənilərə icazə verildi, plan açıqlandı
Dünən, 14:21
"Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..." - NARAZILIQ VAR...
Dünən, 14:17
Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... - Özü isə deyir ki...
Dünən, 14:07
26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar - TƏFƏRRÜAT
Dünən, 14:03
“Revanşistlər”in təşəbbüsü, yoxsa Fondun çaşdırması? – Ermənistanda saxta sorğular
Dünən, 13:59
"Səba” ASC-nin yığıncağının vaxtı dəyişdirildi - DETALLAR
Dünən, 13:54
Ermənistana 1,5 milyard dollar SƏRMAYƏ QOYACAQ
Dünən, 13:43
Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş OLAY
Dünən, 13:02
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb - “Politico”
Dünən, 13:01
Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... oradan öz yüklərinin yoxlanılmamasını TƏLƏB EDİR
Dünən, 12:56
Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5-ə yaxın nazir, bəzi deputatlar...” - Məşhur astroloqdan ÖNGÖRÜ
Dünən, 12:55
9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib – Ölkələr və qiymətlər
Dünən, 12:50
Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət - “Diqqətsizliyin, qayğısızlığın nümunəsidir”
Dünən, 12:39
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA
Dünən, 12:37
Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:35
Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... - ŞOK FOTOLAR: Yüzlərlə ağac məhv edilib...
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru